Təfəkkür neçə növdür?


Təfəkkür neçə növdür? Təfəkkür nədir? Təfəkkür: təhlil, sintez, təzə məlumatı almaq üçün köhnə məlumatı təhvil etməkdir.
Təfəkkürün növləri:
1. Hədəfsiz təfəkkür (xəyal): xəyallar qurmaq və dağınıq düşüncələr.
2. Yaradıcı təfəkkür: xüsusi bir zəminədə yeni layihə qurmağa səbəb olan düşüncələr.
3. Fəza təfəkkürü: zahirdən batinə seyr etmək, hadisənin dərinliyini və onda İlahi nişanələri görmək.
4. Məntiqi təfəkkür: məlum olanları məchulu aradan aparmaq üçün nizama salmaq.
Məntiqi təfəkkür ən çox dəqiq elmlərlə məşğul olan insanların yardımına gələr. Belə ki, bir riyaziyyatçı məsələni həll edən zaman məntiqi təfəkkürdən istifadə edər.


İlahi rəhmətə gedən yol 3 nələrdir?


İlahi rəhmətə gedən yol 3 nələrdir? İnsan bilməlidir ki, İlahi rəhmətə gedən yol üç addımladır: 1. Günahdan peşman olmaq və tövbə etmək. 2. İlahi əmrlər qarşısında təslim olmaq. 3. Saleh əməl və Quranın ardınca getmək.


Tövbənin dünyəvi nəticələri varmı?


Tövbənin dünyəvi nəticələri varmı?Həzrət Saleh (ə) öz qəbiləsinə deyir: “Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?». (“Nəml” 46). Bu ayədən göründüyü kimi hər kim tövbə edər, İlahi rəhmətə şamil olar. Lakin Salehin (ə) qəbiləsi tövbə emtədiyinə görə Allah onlara İlahi əzab nazil etdi və onları məhv etdi. Bu sualın cavabını bu ayə aydınca buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12). Allahın dünya rəhmətini insanlara nazil etməsi insanların dünyada günahlardan peşiman olması ilə sıx bağlıdır.


Əməllərimizin ixlasına nə mane olur?


Əməllərimizin ixlasına nə mane olur?İxlas - hər cür çirkinlikdən uzaq olmaq deməkdir. İxlaslı insan o kəsdir ki, özünü hər cür şirkdən paklayar və icazə verməz ki, hədəfinə və ya niyyətinə Allahdan qeyrisi daxil olsun. İxlaslı insanın seyri Allahdan Allahadır, Allaha təvəssül və təvəkküllədir. Hər bir yerdə qeyrisini Allahla qarışdırmaz. Bu, elə bir sifətdir ki, ancaq Allaha aşiq olanların ürəyində meydana gələr. Ona görə də hər kim bu ali məqama çatmaq istəyirsə, gərək Allahı öz məhbubu qərar versin. Bu yolla Allahın razılığını özünə cəlb etsin. Hər kim Allahın məhbubu olar, bütün varlığı ixlasa bürünər. Sevgi o zaman həqiqi olur ki, ikitərəfli olsun. (Erfan) İnsan çox mürəkkəb bir varlıq olduğu üçün ixlasın meydana gəlməsi asan məsələ deyildir. İnsanın ehtiyacları olduğu üçün maddi dünyaya çox meyl edər və ona görə də maddi həyat insanın ixlaslı olmasına mane olan ilk amildir.


Xoşbəxtliyə çatmağın ən mühüm yolu hansıdır?


Xoşbəxtliyə çatmağın ən mühüm yolu hansıdır? Xoşbəxtliyə çatmağın yolu çoxdur. Ancaq bu yollardan biri elə bir yoldur ki, onda heç bir zaman peşman olmazsınız. Bu, elə bir yoldur ki, hər addımı dəyərlidir. Hər bir addımında böyük xeyir vardır. (Tebyan) İnsanın xoşbəxtliyə çatmağının ən mühüm yolu - özünü tanıması və özünü tərbiyə etməsidir. Özünü tərbiyə etmək üçün özünü tanımaq lazımdır. İnsan əgər özünü tanıyarsa, Allahını da tanıyar. Əgər Allahı tanıyırıqsa, deməli real xoşbəxtliyə çata bilərik.


Qədr gecəsi ilə əlaqədar tövsiyələr nələrdir?


Qədr gecəsi ilə əlaqədar tövsiyələr nələrdir? Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.


Allah bəyəndiyi orucun 3 xüsusiyyəti nələrdir?


Allah bəyəndiyi orucun 3 xüsusiyyəti nələrdir?Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Amma Allah bəyənin orucun 3 xüsusiyyəti: 1. Çox yeməyi tərk etmək. Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur. 2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir. 3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir.


Təvəkkül neçə cür olur?


Təvəkkül  neçə cür olur? Nə zaman çətinliyə düşsək, fikir tərzimizə və əməllərimizə diqqət edib görürük ki, Allahı nə qədər zəif hesab etmişik. Halbuki, zahirdə Onu qüdrətli və əzəmətli hesab edirik. Lakin batində tamamilə başqa cür əməl edirik. (Tebyan) Amma İslam maarifindən istifadə olunan mətləblərdə Təvəkkül üç cəhətdə olmalıdır: etiqadda, yardımda, hacətdə
Cəbrayil (ə) təvəkkülü bu cür mənalandırmışdır: “Bunu bilmək ki, məxluq nə ziyan vurur və nə də fayda verir, nə bir şey verir və nə də bir şeyin qarşısını ala bilir və insanlardan ümid gözünü çəkməkdir”. “Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz”. (“Zumər” 36).


Şəhid Mütəhhərinin baxışında orucluğun mənəvi cəhəti necə tanıtdırılır?


Şəhid Mütəhhərinin baxışında orucluğun mənəvi cəhəti necə tanıtdırılır? Ustad Mütəhhərinin sözündə ramazan ayının mənəvi cəhəti budur ki, naqis insanlar sağlam insanlara çevrilsinlər, sağlam insalar isə kamilliyə və Allaha ibadət üçün hərəkətdə olsunlar. Ramazan yəni paklanma və ruhu lazımi məqsədinə tərəfə hərəkət verməkədir.


Ramazan ayında orucluqdan faydalanmaq üçün hansı tövsiyələr olunur?


Ramazan ayında orucluqdan faydalanmaq üçün hansı tövsiyələr olunur? Ramazan ayı, oruc tutan mömin şəxslər üçün çox dəyərəli Allahın dəvət etdiyi qonaqlıq, bərəkət və rəhmət qazanmaq ayıdır. Bu aydan yaxşı faydalanmaq üçün İslam təlimlərində tövsiyələr gəlmişdir. Ibarətdirlər: Birinci tövsiyə: Hər müsəlman şəxsə tövsiyə olunur ki, bu ayda dini elm və mərifətini artırmaqda ciddiliyi daha da artırsın. İkinci tövsiyə: Bu ayda başqa aylara nisbətən ibadət və duaları çoxaltmaq, Bu ayda ilin başqa aylarında edilən vacib və müstəhəb əməllərdən başqa, Allahın razılığını qazandıran əməllər gəlmişdir. Üçüncü tösviyə: Yatıb dincəlməyə diqqət etməyin lazımlığı. Ramazan orucluğunun bərəkətindən yaxşı bəhrələnmək üçün olan başqa tövsiyələr: 1-Haramlardan çəkinmək, 2-Neçə dəqiqəlik Quranda təfəkkür etmək, 3-Ruhiyyəyə uyğun dualar oxumaq, 4-Boş vaxtlarda zikr deməkdən uzaq qalmamaq, 5-Həmişə dəstəmazlı olmağa çalışmaq, 6-Gecə-gündüzləri imkan həddində ibadətlə keçirmək, 7-Məscid, hüseyniyyələrdə Mövizə, dini maarifləndirmə və şəriət mərasimlərində iştirak etməyə diqqət etmək. 8-Ağır idman sisteminə yaxınlaşmamaq, 9-Səhər və iftar zamanı çox yeməkdən uzaq durmaq, 10-Yersiz vaxtını xərcləməkdən uzaq qalmaq,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter