Haram olan 10 dəstə oruclar hansılardır?
Haram oruclar aşağıdakılardan ibarətdir:
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;...
Xəstə şəxsin oruc tutması haqda 4 şəri suala cavab.
Xəstə şəxsin orucunün 4 hökmü:
1-Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Gərək oruc tutmasın.
2-Sual: Əgər xəstə olan şəxs orucun zərərli olmasına inamla oruc tutarsa, hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər oruc tutarsa, orucu düz deyil və gərək ramazan ayından sonra qəza etsin.
3-Sual: Bir şəxs bilsə və ya ehtimal versə ki, tutduğu oruc mədə xəstəliyinə və ya sidiklikdə daş yaranmasına səbəb olacaq, oruc tutması vacibdirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər dərin ağıl və düşüncə ilə ehtimal versə, oruc vacib deyil...
Oruc tutmaq barədə 7 yanlış stereotip hansılardır?
Orucluq ayında 7 işi görmək qadağandır düşüncəsi yalandır:
1)-Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.
2)-Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.
3)-Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.
4)-Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır...
Dovşan əti halaldır?
Cəfəri məktəbində dovşanın ətinin haram olması hökmü qətidir.
Dovşan ovu və dovşanın çoxaldılması başqa heyvanlara nisbətən asan olduğundan şəritəin dovşan əti barədə hökmü çox vaxt nəfs istəklərinin kölgəsində qalıb. Əslində necədir?
-Mərhum Ayətullah Behcət: Dovşan əti mütləq şəkildə haramdır...
-Ayətullah Vəhid Xorasani: Dovşan əti haramdır...
-Ayətullah Sistani: Bütün növdən olan dovşanların əti haramdır...
-Ayətullah Məkarim Şirazi: Dovşan əti haramdır...
-Ayətullah Xamenei: Dovşan əti haram ətlərdəndir...
Oruc olan şəxsin təhsil üçün səfər çıxdığı vəziyyətdə vəzifəsi nədir?
Təhsil yeri, birinci səfər haqda 2 şəri hökm:
1-Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Cavab: Bütün müctəhidlərin rəyi (Sistani, Məkarim və Vəhiddən başqa): Təhsil yeri vətən hökmündə deyil.
Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir.
2-Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir?
Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir.
Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın.
Oruc tutan şəxsin cənabətli olması haqda şəriətdə nə belə hökmlər gəlmişdir?
Oruc tutan şəxsin cənabətli olması haqda 4 şəri suala cavab:
1-Sual: Gündüz yatarkən, adətən, möhtəlim olan bir cavan ramazan ayında gündüz yata bilərmi?
Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, gündüz yata bilər. Yuxuda möhtəlim olacağını bilsə də, orucu səhihdir.
2-Sual: Sübh namazından sonra möhtəlim olan və gün batana qədər qüsl etməyən şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Tələsik qüsl etməyi lazım deyil və orucu səhihdir. Amma namaz üçün gərək qüsl etsin.
3-Sual: Bir şəxs bir müddət oruc tutub, namaz qılmışsa, sonradan cənabətli olduğunu bildikdə vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Əgər cənabət məsələsindən xəbərsiz olubsa, orucları düzdür. Amma namazları gərək qəza etsin...
Şəban ayının axırıncı gününün niyyəti necə olur?
Cavab: Bütün müctəhidlərin rəyi:
Xeyr, o gün oruc tutmaq vacib deyil. Amma oruc tutmaq istəsəniz ramazan ayının niyyətini edə bilməzsiniz. Şəban və ya boynunuzdakı qəza orucu üçün niyyət etməlisiniz. Sonradan bilinsə ki, ramazan ayı imiş, tutduğunuz oruc ramazan ayından sayılacaq. Əgər günün yarısında bilsəniz, gərək təxirə salmadan öz niyyətinizi ramazan ayının orucuna çevirəsiniz.
Yövmüş-şəkk nədir?
Yövmüş-şəkk “şəkk günü” deməkdir, əsasən ramazan orucu ilə bağlı işlədilir. İnsan şəbanın son günü yoxsa ramazanın əvvəli olmasını dəqiq bilməsə, həmin gün yövmüş-şəkk sayılar. Eləcə də, əgər orucluğun sonunda ramazanın son günü yoxsa şəvvalın ilk günü olmasında şəkk etsə, bu da yövmüş-şəkk hesab edilir. Yövmüş-şəkkin hökmü budur ki, əgər ramazanın başlayıb-başlamadığına şəkk etsə (yəni bilməsə ki, bu gün şəbanın sonudur ya ramazanın əvvəlidir), bu halda oruc tutmaya da bilər. Əgər həmin günün ramazandan olduğunu sonralar bilsə, orucu qəza etməlidir. Əgər oruc tutsa, bunu qəza və ya müstəhəb oruc niyyəti ilə tutsa daha yaxşıdır. Əgər gün ərzində ramazan ayının girdiyini öyrənsə, orucun niyyətini vacib ramazan orucu niyyətinə çevirər. Ramazanın son günü yoxsa bayram günü olmasında şəkk edən adam həmin gün oruc tutmağa davam etməlidir. Amma gün ərzində öyrənib bilsə ki, ramazan bitib – o halda gərək orucunu pozsun və bayram eləsin.
Oruc tatan şəxs səfərə çıxarkən hansı 4 hökmə daha çox diqqət yetirməlidir?
Ramazanda səfər çıxmaq haqda 4 ümumi qayda:
1) Əgər Ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər.
2) Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra sə-fərə çıxsa, orucunu tutmalıdır.
3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyə-tində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır.
4) Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın.
Bədəndən qopan dəri hissələri pakdırmı?
Cavab: İslam dininə görə insanın canı və sağlamlığı möhtərəmdir. İnsana əziyyət verməklə bədənindən bir hissə (istər ət olsun, istərsə dəri) qoparmaq günahdır və həmin hissə murdar sayılır, ona toxunan şəxs də özünü pak etməlidir. Amma əgər bədəndən kiçik dəri hissəsi rahatlıqla və ağrısız qopursa, həmin dəri hissəsi murdar sayılmır. Məsələn, bəzən insanın ayağında və ya barmaqlarında dəri quruyub qabıq şəklinə düşür, onu ağrısız qopardıqda pak sayılır. Həmçinin, bəzən insanın dodağının üzərində də xırda dəri parçaları quruyur. Bu dəri parçalarını da ağrısız qoparmaq olar və onlar murdar sayılmır.