Ayətullah Sistaninin internetdə Kişi-Qadın Münasibətlərinə nəzərini yazın?
Ayətullah Seyid Əli Sistani qadının naməhrəmlə internetdə əlaqə saxlaması barədə suala öz fikirini bildirib. Sual-cavab:
1- Qızın və ya qadının vəlisinin icazəsi olmadan naməhrəm oğlanla danışması necədir?
2- Qızın və qadının naməhrəmlə danışmasına yaxınları müdaxilə edə bilərmi?
3- Qız və qadın əgər naməhrəmlə gizli danışsa ər, ata və qardaşın vəzifəsi nədir?
CAVAB-lar: Ayətullah Sistaninin cavabı və tövsiyələri: \"Qadın və kişinin bir-birinə yazılı və ya danışıqla mesaj göndərməsi realda bu əlaqələrin icazə verildiyi miqdarı istisna olmaqla, caiz deyildir. -Qadının ərində şübhə yaradacaq hərəkətləri etməsi düzgün deyil, həmçinin bu hökm uşaqların ata və anasına qarşı da keçərlidir. Bu iş bəzi hallarda haramdır...
Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər?
Cavab: Zəkat və fitrə zəkatı səkkiz yerdə xərclənir:
1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir.
2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir.
3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq üçün məmur edilmiş şəxs.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;...
Hansı 11 şəxsə oruc tutmaq vacib deyil?
Bütün müctəhidlərin rəyi: İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:
1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;...
Ramazan ayında cinsi əlaqə haqqında 2 şəri suala cavab.
Oruc tutan şəxsin cinsi əlaqədə olması haqda 2 şəri suala cavab:
1-Əgər oruc tutan şəxs ramazan ayının gün ərzində zina, istimna (özünü haramla cünub etmək) və haram olan şeyi yeməklə orucu batil edərsə orucunun hökmü nədir? Cavab: Qeyd olunan 3 haram yolla ramazan ayının orucunu batil edən şəxs Gərək batil etdiyi orucun qəzasını tutmaqdan əlavə 60 gün kəffarə orucu tutsun. 31 gün davamlı kəffarə və qalan 29 günü fasilə verməyə icazəli olaraq. və ya 60 nəfər kasıba yemək versin. Bunu qeyd etmək lazımdır ki, əksər müctəhidlər haramla batil olunan orucun kəffarəsinə hər iki kəffarənin vacib olduğunu deyirlər.
2-Əgər ramazan ayında oruclu vəziyyətdə kişi öz xanımını cinsi əlaqəyə məcbur edərsə xanımın öhdəsinə hansı şəri vəzifə gələr? Cavab: Əgər ramazan orucunu tutan xanım həyat yoldaşı tərəfindən zorla cinsi əlaqə qurmağa məcbur edilsə, Gərək kişi həm özünün həm də xanımının orucuna düşən kəffarəni ödəsin. və Qadın üçün yalnız həmin günün qəzasını tutmaq düşər.
Orucu pulla digərinə tutdurmaq olarmı ?
Ünvanlanan suallardan biri budur ki insan öz orucunu pulla və ya digər bir vəsait və ya xidmətin qarşılığında başqalarına tutdura bilərmi?
İlk növbədə onu demək lazımdır ki, insan həyatda olduğu dövrdə öz oruclarını digərinə tutdura bilməz. İnsan xəstə və üzrlü olsa belə onun sağalması ehtimalı az da olsa vardır. Məhz bu səbəbdən insan yaşadığı dövrdə orucunu digərinə tutdura bilməz. Amma orucunu tuta bilməyən şəxs qəzaya gedən hər gün üçün yoxsul və aclara gündəlik olaraq 750 qramlıq qida verməlidir. Bu qida növü adi buğda, un və ya düyü də ola bilər. Bu qidanı vermək də qəzaya getmiş orucların yerinə yetirilməsi anlamında deyil.
Amma insan vəfat etdikdən sonra onun qəzaya getmiş oruclarını digərinə tutdurmaq olar. Məsələn mərhumun övladları, onun qazanıb qoyub getdiyi əmlakdan xərcləyərək, mərhumun vacib namaz və oruclarını yerinə yetirmək üçün müəyyən bir şəxsi əcir tuta bilərlər.
Oruclu halda damaq və ağızdan qanın gəlməsi orucu batil edərmi?
İstər vacib ramazan, istər qeyri ramazan ayında tutulan vacib oruc zamanı ağız və damaqdan qan gələrsə, oruc tutanın şəri vəzifələri: 1-Əgər oruc tutan şəxs şəkk edə ki, ağız və damağından oruclu halda qan gəlibdir yoxsa yox belə halda - oruc düzdür.
2-Oruc tutan şəxs damaq və ağzından qanın çıxmasını bilir bu isə bir neçə cürə təsəvvür oluna bilər:
2-1-Ağızda həll olunmayıb: Onu səhvən və ya yatmış halda udmaq orucu batil etməz. Amma Ağız və damaq qanını bilərəkdən udmaq orucu batil edər, qəzadan əlavə kəffarəsi də vardır.
2-2- Əgər oruc tutan şəxsin ağız və damağından qan gələrsə və o qan ağız suyu ilə həll olub aradan gedərsə Onu ağız suyu ilə udmaq haqda iki baxış var: a) Onu udmağın haramlığı yoxdur və orucu da batil etməz. b) Amma bəzi müctəhidlər isə deyirlər bu suyun nəcis olması deyilmir, amma oruc halda onu udmaq ehtiyat vacibə görə icazəli deyildir. Bu haqda oruc tutanlar öz təqlid etdiləri müctəhidin rəyinə müraciət etməlidirlər.
Üzürsüz oruc tutmayan şəxsə yemək hazırlamaq olarmı?
Oruc tutmayan şəxs üçün yemək hazırlamağın hökmünün izahı:
Orucu qəsdən pozan şəxs üçün yemək hazırlamağın icazəli olub olmaması haqda hökm iki cürə təsəvvür olunur. Əgər oruc tutmayan şəxsin şəriət baxımından üzrü olsa, misal üçün xəstə ola, onun üçün yemək hazırlamağa icazə var və hətta xəstə şəxsə xidmət etmək böyük savaba səbəb olar.
Amma Ramazan ayında şəri üzrü olmadan oruc tutmayan şəxsə yemək hazırlamağın günahı var. Necə ki Allah-Taala Qurani-Kərimin Maidə surəsinin 2 ci ayəsində buyurur: \"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın...\" Bu ayəyə əsasən qəsdən və heç bir şəri üzrü olmayan və orucunu ramazan ayında yeyən şəxsə yemək hazırlamaq onların günahına kömək etmək mənasında təbir oluna bilər. Və bu iş İslam dininin füruiddinini danmaq və əhəmiyyətsiz yanaşmaq mənasında qəbul olunur. Müctəhidlərin baxışı: 1-Ayətullah Xamenei: \"Əgər oruc tutmaq onlar üçün vacib ola və şəri üzrü olmadan orucünü yeyərsə belə şəxsə yemək hazırlamaq icazəli deyil\"...
Estetik əməliyyatlara İslam dinində icazə verilirmi?
Sual: Anadangəlmə və ya sonradan yaranmış fiziki qüsurları aradan qaldırmaq, hətta sadəcə daha da gözəl görünmək üçün icra edilən estetik əməliyyatların şəriətdə hansı hökmü vardır?
Oxucumuzun ünvanladığı sualı, İslam dünyasının müctehidləri olan Ayətullahil-üzma Xamenei, Sistani və Məkarim şirazinin fətvalarına əsasən cavablandırırıq.
Cavab: Bu tip cərrahiyyə əməliyyatlarının öz-özlüyündə heç bir eybi yoxdur. Lakin əməliyyat zamanı naməhrəm baxışı və toxunuşundan çəkinmək lazımdır...
\"Oruc olan halda, çimmək olarmı? Məsələn, gedib dənizdə yaxud hamamda.
Oruc tutan şәxs başının hәr yerini qәsdәn suya batırsa, hәtta bәdәni sudan çöldә olsa da, ehtiyat-vacibә görә o orucun qәzasını tutmalıdır. Amma әgәr bәdәninin hamısı suyun altında, başının bir qәdәri isә çöldә olsa, oruc batil olmaz. Əgәr әvvәlcә başın bir yarısını, sonra isә o biri yarısını suya batırsa, orucu batil olmaz.
Başının hamısının suyun altına girib-girmәmәsindә şәkk etsә, orucu sәhihdir. Başın hamısı suyun altına batsa, amma tüklәrin bir miqdarı çöldә qalsa, oruc batildir.
Oruc tutan şәxs ixtiyarsız olaraq suya düşsә vә başının hamısı suya batsa, yaxud oruc olduğunu unudub başını suya batırsa orucu batil olmaz. Әgәr bir kәs suya düşәndә adәtәn başı suyun altına gedirsә, bu halda bu mәsәlәni nәzәrә alaraq özünü suya atsa vә başı suyun altına getsә orucu batil olur.
Oruc olduğunu unudub başını suya batırsa, yaxud bir kәs zorla onun başını suya batırsa, bu halda suyun altında oruc olması yadına düşsә vә ya mәcbur edәn kәs әl çәksә dәrhal başını sudan çıxartmalıdır. Әgәr sudan çıxartmasa orucu batildir. Oruc olduğunu unudub qusul niyyәti ilә başını suya batırsa, orucu vә quslu sәhihdir...
Ramazana aid iki sualın cavabı necədir?
Höccətülislam vəlmüslimin Fəllahzadə cavab verir:
1-Sual: Xəstəlik səbəbindən ömrünün sonuna qədər oruc tuta bilməyən şəxsə kəffarə vacibdir?
Cavab: Əgər həqiqətən xəstəlik səbəbindən oruc tuta bilməsə, hər günə 1 mud – 750 q un (ya çörək, düyü, buğda, arpa, xurma) yoxsula verməlidir və bu halda qəza orucu öhdəsindən götürülür.
2-Sual: Bir şəxs bilərəkdən, yemək-içməkdən başqa yolla orucunu pozsa (batil etsə) vəzifəsi nədir?
Cavab: Həm qəza, həm kəffarə vacibdir. Kəffarəsi 60 gün ardıcıl oruc ya 60 fəqiri doyurmaqdır.