Hədislərdən aydın olur ki, “Əraf” səadət və bədbəxtlik kimi iki qütbün, yəni cənnət və cəhənnəmin arasında hicab kimi çəkilmiş xüsusi bir məkandır.
Yaxud da, Cənnət və Cəhənnəmin arasında fasilə salan yüksəklikdir. Belə ki, orada dayananlar cənnət və cəhənnəmi görür və hər iki dəstəni müşahidə edir.
Ayələrdə Əraf üzərində dayanan insanlar haqqında deyilir ki, onlar cənnətə daxil olmaq arzusundadırlar. Onlar cənnət əhlinə salam göndərir və gözləri cəhənnəm əhlinə sataşanda Allaha pənah aparırlar."/www.makarem.ir