Cavab Sözsüz ki, təlim və tərbiyə üçün iki – həvəsləndirici və çəkindirici – amil olmalıdır.
Cənnət və cəhənnəm də həqiqətdə bu iki qüvvə hökmündədir. Cənnət haqq yolçularının özünə doğru səsləyir. Onları ibadət və itaətə sövq edir. Cəhənnəm onları düz yoldan azmaqdan, Allahın fərmanlarından boyun qaçırmaqdan saxlayır. Söz yox ki, onların hər ikisi zəruridir.
Əlbəttə, Allah-Taala mükafat və hərəkət verici qüvvəyə daha çox əhəmiyyət vermişdir. Belə ki, hər yaxşı iş üçün ən azı 10 bərabər mükafat verir. Amma pis işə görə bir dəfədən artıq cəzalandırmır.