Müxtəlif hədislərdə də insanların üç qismə bölündüyünün şahidi oluruq: Onlar xalis möminlər, xalis kafirlər, orta səviyyəli adamlar və zəiflərdirlər.
Bərzəx aləmi birinci və ikinci qruplar üçündür. Üçüncü qrup isə xəbərsiz bir halətdə Bərzəx aləmini qət edəcəklər.
“Kafi” kitabında hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur ki, ondan möminlərin ruhları haqda soruşdular. İmam (ə) buyurdu: "Onlar cənnətin hücrələrində (otaqlarında) yaşayırlar. Cənnətin yeməklərindən yeyir, içkilərindən içir və deyirlər: Pərvərdigara! Qiyaməti mümkün qədər tez et və bizə verdiyin vədlərə əməl et!"