Sual: Qara libas geyməyin məkruhluğunu nəzərə alaraq Həzrət Zəhranın şəhadət günlərində qara geyinmək icazəlidirmi?
Fatimiyyə günlərində matəm mərasimləri təşkil etmək nə dərəcədə düzgündür? Nə üçün bir çoxları bu işə etirazla yanaşır?
Həzrət Zəhranın (s) qapısına həqiqətən od vurulub, yoxsa bu bəzi insanların hesab etdiyi kimi əfsanədir?
Cavab:
1. Məsumların şəhadət günlərində qara libas geyməyin bir növ “Təzimi-şəairi ilahi” (İlahi nişanələrə hörmət) sayıldığını nəzərə alsaq, bu iş məkruh deyil.
2. Bu mərasimlər müsəlmanların sıraları arasında təfriqə və nifaq salmayacaq şəkildə təşkil olunsa, heç bir kəs ona mane olmamalıdır. Mane olanlar elə təsəvvür edirlər ki, bəzi mərasim iştirakçıları əhli-sünnətə qarşı radikal çıxışlar edirlər və bu da hazırkı şəraitdə təfriqəyə səbəb olur.
3. Həzrət Zəhra (salamullahi əleyha) dünyasını təbii ölümlə dəyişməyib. Bu fikrin tarixi faktlarını “Vəhy evinə yürüş” kitabında əhli-sünnət mənbələrindən qeyd etmişik.\www.makaremshirazi.net