Cavab: Həzrət Zəhranın (salamullahi əleyha) şəhadətinin ildönümünə dair iki hədis mövcuddur. Onlardan birinə görə Həzrət Zəhra (salamullahi əleyha) Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 75 gün sonda şəhidlik məqamına çatdı. Bu da cəmadi əl-əvvəl ayının 13-nə təsadüf edir.
Digər hədisə görə isə o, peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 95 gün sonra şəhadətə qovuşdu və bu da cəmadi əs-sani ayının 3-nə təsadüf edir. Bu 20 günü əyyamı “Fatimiyyə” günləri adlandırmışlar. https://www.makaremshirazi.net/