Sual 425: Qədim bir məscidin yanında bir hüseyniyyə tikilibdir. Hal-hazırda namaz qılanlar qədim məscidə sığmırlar. Hüseyniyyəni məscidə birləşdirmək və ondan məscid ünvanında istifadə etmək olarmı?
Cavab: Hüseyniyyədə namaz qılmağın maneəsi yoxdur. Amma əgər hüseyniyyə, şəri baxımdan düzgün qaydada hüseyniyyə ünvanında vəqf edilibsə, onu məscidə çevirməyə icazə verilmir. Həmçinin onu məscid ünvanında məscidə birləşdirməyə də icazə verilmir./leader.ir