SUAL - 423: Hüseyniyyəni müəyyən şəxslərin adına qeydiyyata salmağa şəri baxımdan icazə verilirmi?
Cavab: Əgər bir hüseyniyyə dini məclislərin təşkil edilməsi üçün ümumi vəqf edilibsə, onu “şəxsi mülk” kimi qeydiyyata salmağa icazə verilmir. Onu müəyyən şəxslərin adına “vəqfi mülk” kimi qeydiyyata salmaq isə zəruri deyildir. Hər halda, onu müəyyən şəxslərin adına“vəqfi mülk” kimi qeydiyyata salanda, yaxşı olar ki, bu hüseyniyyənin tikintisində iştirakı olna bütün şəxslərin icazəsi və razılığı olsun.