avatar

11 Mar, 2025,

Düzəliş edildi 16 Jul, 2025

Nikah zamanı qadının öz soyadından çıxaraq ərinin soyadını qəbul etməsi icazəlidirmi?

Bu barədə son zamanlar bəzi radikal qüvvələr tərəfindən süni şəkildə gündəmə lazımsız müzakirələr gətirilir. Soyadın dəyişdirilməsi şəriət baxımından günah deyil, hətta insanın öz istəyi ilə adını dəyişdirməsi də şəriətdə günah sayılmır.

   

   Şəriətin qəbul etmədiyi məsələ bir şəxsin öz bioloji atasını inkar etməsi və özünü başqa adamın övladı kimi göstərməsidir. Nikah zamanı qadın ərinin soyadını qəbul edirsə, öz bioloji atasını inkar etmir, onun bütün digər şəxsi göstəriciləri öz yerində qalır.

  Əgər qadın öz istəyi ilə, məcburiyyətsiz şəkildə ərinin soyadını qəbul edirsə, bunun şəriət baxımından heç bir maneçiliyi yoxdur.\\islam.az

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept