avatar

01 Mar, 2025,

Düzəliş edildi 08 Apr, 2025

– “Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur ! ”.

– “Oruc – cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir”. – “Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin”. – “Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər”. – “Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə – Allahın mərhəmətinin şahidi olanda”. –

 

    “Allah-təala buyurub: “Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm”. – “Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür”. – “Oruc tutun ki, sağlam olasınız”. – “Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun”. – 

 

“Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar”. – Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi. – Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi. – Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi. //islam.az

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept