avatar

22 Feb, 2025,

Düzəliş edildi 17 Jul, 2025

Həzrət Peyğəmbərin (ə) Əbuzərə yeddi vəsiyyəti nələr haqda olmuşdur ?

Əbuzər deyir: Peyğəmbər (s.) mənə yeddi vəsiyyət etdi:

1. Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm.

2. (Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm.

3. Məzlumları sevəm və onlara kömək edəm.

4. Acı olsa da həmişə haqq söz deyəm.

5. Məndən üz çevirsələr də qohumlarımla əlaqələrimi kəsməyəm.

6. Allahın əmr etdiyi işi görməkdə başqasının məzəmmət və danlağından qorxmayam.

7. Cənnət xəzinələrindən sayılan “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini tərk etməyəm.\\sibtayn.com

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept