avatar

22 Feb, 2025,

Düzəliş edildi 16 Jul, 2025

Oruclu halda Qusmaq, yeməyi və mədə suyunu qaytarmaq orucu pozarmı ?

Məsələ 1617: Əgər oruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəb üzündən qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.
 

Məsələ 1618: Əgər gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi gecə yeyərsə, orucu səhihdir.
 

Məsələ 1619: Əgər oruc tutan qusmasının qarşısını alacağı təqdirdə vəziyyəti dəyişib öz normal halından çıxarsa, qarşısını alması lazım deyil.
 

Məsələ 1620: Oruc tutan şəxsin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Əgər bu qədər aşağı getməmişsə, qusmaq da lazımsa, onu xaricə çıxarmalıdır. Əgər qusmanın ona zərəri və ya artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur.
 

Məsələ 1621: Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.
 

Məsələ 1622: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.
 

Məsələ 1623: Əgər oruc tutan şəxs gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.\\sistani.org

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept