avatar

22 Feb, 2025,

Düzəliş edildi 16 Jul, 2025

Oruclu haqlda Tozu boğaza çatdırmaq haqda şəriət alimləri hansı hökmləri yazmışlar?

Məsələ 1583: Ehtiyat-vacibə əsasən qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.


Məsələ 1584: Qatı olmayan tozu boğaza çatdırmaq orucu batil etmir.
Məsələ 1585: Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, ehtiyat-vacibə əsasən orucu batil olar.
 

Məsələ 1586: Ehtiyat-vacib budur ki, oruc tutan siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.
 

Məsələ 1587: Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma boğazına yetişməyəcəyini güman edilsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.
 

Məsələ 1588: Əgər oruc olduğunu unudub diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına çatarsa, orucu batil olmaz.
Məsələ 1589: Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.\\sistani.org

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept