avatar

15 Feb, 2025,

Düzəliş edildi 22 Feb, 2025

Əhli-sünnə alimlərinin nəzərində “Səqəleyn” hədisinin etibarı necə dəyərləndirilir?

Əhli-sünnənin böyükləri bu hədisin xüsusi etibara malik olması fikrindədirlər:

  •  
  • 1. Muhəmməd bin İsa ət-Tirmizi

ət-Tirmizi Səqəleyn hədisini Zeyd bin Sabitdən nəql edir və sonda deyir:

هذا حديث حسن غريب.

Bu hədis həsən ğəribdir.

Əbu İsa ət-Tirmizi (vəfatı 279 h), əl-Cami əl-kəbir, c.5, səh.663; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Əhməd Məhəmməd Şakir və başqaları

  •  
  • 2. Hakim ən-Nisaburi

Hakim ən-Nisaburi “əl-Müstədrək” kitabında bu hədisi Zeyd ibn Ərqəmdən nəql edəndən sonra deyir:

هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه.

Bu hədis Şeyxeynin (əl-Buxari və Müslimin) şərtlərinə görə səhihdir, lakin onlar (öz kitablarında) qeyd etməyiblər.

Hakim ən-Nisaburi(vəfatı 405 h), əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.160, Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1411/1990; təhqiq: Mustafa Əbdül-Qadir Əta

  •  
  • 3. İbn Kəsir əd-Dəməşqi

İbn Kəsir öz təfsirində yazır:

وقد ثبت في الصحيح م 2408 أن رسول الله صلى الله عليه وسلم قال في خطبة بغدير خم إن تارك فيكم الثقلين كتاب الله وعترتي وإنهما لم يفترقا حتى يردا علي الحوض.

Səhih Müslimdə 2408 nömrəli hədisdə Peyğəmbərin (s) Qədir Xumda söylədiyi – Sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və itrətim. Onlar Kövsər hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar – hədisi sabit olmuşdur.

İbn Kəsir əd-Dəməşqi (vəfatı 774 h), Təfsir əl-Quran əl-Əzim, c.4, s.114, Dar əl-Fikr, Beyrut, 1401/1980

  •  
  • 4. Əbul-Həsən əl-Heysəmi

Hafiz əl-Heysəmi “Məcmə əz-Zəvaid” kitabında “xəlifəteyn” kəlməsi olan hədisi etibarını açıq-aşkar təsdiqləyərək yazır:

رواه أحمد وسنده جيد.

(Bu hədisi) Əhməd (bin Hənbəl) rəvayət etmişdir və sənədi yaxşıdır.

Əbul-Həsən əl-Heysəmi (vəfatı 807 h), Məcmə əz-zəvaid və mənbə əl-fəvaid, c.9, səh.163, Dar ər-Rəyyan lit-Turas/Dar əl-kutub əl-Ərəbi, Qahirə/Beyrut – 1407/1986

Başqa yerdə deyir:

ورجاله ثقات.

(Bu hədisin) raviləri siqa (etibarlı) şəxslərdir.

Əbul-Həsən əl-Heysəmi (vəfatı 807 h), Məcmə əz-zəvaid və mənbə əl-fəvaid, c.1, səh.170, Dar ər-Rəyyan lit-Turas/Dar əl-kutub əl-Ərəbi, Qahirə/Beyrut – 1407/1986

  •  
  • 5. Suyuti və Məhəmməd bin Yusif Salehi Şami

Bu iki nəfər Tirmizi ilə Hakimi həsən və səhih bildiyi Səqəleyn hədisini nəql etmiş və onların sözlərini rədd etməmişlər.

وأخرج الترمذي وحسنه والحاكم وصححه عن زيد بن أرقم أن النبي صلى الله عليه وسلم قال (إني تارك فيكم الثقلين كتاب الله وأهل بيتي)

Bu hədisi ət-Tirmizi həsən və əl-Hakim də səhih hesab etməklə Zeyd bin Ərqəmdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli beytim.

Cəlaluddin əs-Suyuti (vəfatı 911 h), Xəsais əl-kubra, c.2, s.466, Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1405/1985

Muhəmməd bin Yusif əs-Salehi əş-Şami (vəfatı 942 h), Subul əl-huda və ər-rəşad fi sirat xəyr əl-ibad, c.11, s.6; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1414/1994; təhqiq: Adil Əhməd Əbd əl-Məvcud və Əli Muhəmməd Muavvaz

  •  
  • 6. Həsən bin Əli Səqqaf

Seyyid Səqqaf əl-Qureyşi yazır:

ورواه الترمذي (5 / 663 برقم 3788) بسند صحيح بلفظ: «إني تارك فيكم ما إن تمسكتم به لن تضلوا بعدي، أحدهما أعظم من الآخر: كتاب الله حبل ممدود من السماء إلى الأرض، وعترتي أهل بيتي، ولن يتفرقا حتى يردا على الحوض، فانظروا كيف تخلفوني فيهما».

Tirmizi bu hədisi (c.5, s.663, h.3788) səhih sənədlə bu ləfzlə rəvayət etmişdir: Mən sizin aranızda bir digərindən daha əzəmətli olan iki şey qoyub gedirəm, əgər məndən sonra onlara sarılsanız, azmazsınız. Biri göydən yerə uzanmış möhkəm bir ip olan Allahın kitabı, digəri isə İtrətim, Əhli-beytimdir. Bu iki şey Kövsər hovuzunda mənə yetişənədək bir-birindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.

Həsən bin Əli əs-Səqqaf əl-Qureyşi, Səhih şərh əl-əqidət ət-Təhaviyyə, s.654; Dar əl-İmam ən-Nəvəvi, Amman, İordaniya, 1416/1995

  •  
  • 7. Nasir əd-Din əl-Albani

Hədisdə “Əmir əl-muminin” və “dövrün Buxarisi” adlandırılan əl-Albani (vəfatı 1420 h) də bu hədisi öz “Səhih Cami əs-Səğir” kitabında (2457 nömrəli hədis) qeyd etmiş və onu səhih hesab etmişdir.

Bunlar əhli-sünnə alimlərinin kəlamlarından bəzi nümunələr idi. Biz də bunlarla kifayətlənirik.\\imamzaman.blog

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept