avatar

15 Feb, 2025,

Düzəliş edildi 22 Feb, 2025

İmam Zamanın (ə.f) tövsiyə etdiyi hacət namazı necə qılınmalıdır?

Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən “cümə axşamı”, dua üçün ən münasib vaxt hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan «qədr» gecəsinə bənzədilib.. Din böyükləri deyirlər: “Çalışın cümə axşamı namaz, dua,zikr, tövbə ilə dolfurasınız. Allah-Taala cümə gecəsi iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər.”

 

İmam Baqir (ə) buyurur: “Allah-Taala hər cümə axşamı bir mələyə göstəriş verir ki, gecənin əvvəlindən sonunadək Onun adından belə nida etsin: “Sübh açılmamış dünya və axirəti üçün bir mömin bəndə məni çağıracaqmı ki, duasını yerinə yetirim? Sübh açılmamış bir mömin bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mömin bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım? Sübh açılmamış bir xəstə mömin istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mömin sübhdən qabaq dua edəcəkmi ki, onu zindandan qurtarım? Görəsən haqqında zülm edilmiş bir mömin sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, onun haqqını qaytarım?” Bəli, bu mələk sübh açılanadək nida edər.”

 

Biz müntəzirlərin isə ən başlıca duası birdir. Allahummə əccil livəliyyikəl fərəc!

Əziz müsəlman bacı qardaşlarım, bu mübarək və əzəmətli ramazan ayının cümə axşamında hörmətinə var olub nəfəs aldığımız Mövlamız İmam Zamanın (ə.c) müqəddəs vücudun bibəla olması, xəta-bəladan uzaq olmaq, nazənin qəlbinin şad olması, qəlbindəki qəmin-kədərin xar olub aradan getməsi və şərəfli zühurunun tezləşməyi üçün dua edək. Bunun üçün elə mövlamızın tövsiyyə etdiyi hacət namazını fərəcin tezləşməsi niyyətinə qılaq və niyyətimiz üçün Allaha dua edək

 

Əbul Hüseyn ibn Əbi Bəğl deyir:

Əbu Mənsur ibn Salihandan (müəyyən bir) əməl örgəndim, .. sonra Cümə gecəsi Qureyş qəbirstanlığına getdim. Orada dua və istəklərim üçün gecələdim. … dua və ziyarət edirdim, namaz qılırdım, elə bu arada İmam Kazım (ə) qəbri yanında ayaq səsləri eşitdim. Bir şəxs Adəm (ə) və Ulul-Əzm (peyğəmbərlərini) ziyarət edib salam verirdi. Sonra tək-tək İmamlara (ə) salam verərək Sahibəz — Zəman da (ə.f) qurtardı və Onun (ə.f) yad etmədi. Bundan təəccübə gəldim, öz özümə dedim ki ola bilsin yaddan çıxartdı, yaxud (Onu (ə.f)) tanımır və ya bu kişinin öz məzhəbidir.

 

Elə ki ziyarət elədi qurtardı sonra iki rükət namaz qıldı və İmam Təqini də (ə) elə həmin ki kimi ziyarət etdi.

… mən Onu (ə.f) tanımadım, əynin də ağ paltar olan cavan birisi idi, kəkili də əmmamə ilə bükülmüşdü və çiyninə atılmış paltar var idi.

Mənə dedi: — ….. niyə «Fərəc duasını» oxumusan?

Dedim: » Ağam nədi o?»

Dedi ki: — 2 rəkət namaz qıl sonra (bu duanı) de;

Ya mən əzhərəl cəmil, və sətərəl qəbih. Ya mən ləm yu’xəzu bilcəriyrə və ləm yəhtəki əs-sitrə. Ya Əzimul mənn. Ya Kərimul səfhi. Ya Husnu ət-təcavuz. Ya Vasiəl məğfirət. Ya Basitəl yədeyni bir-rəhmə. Ya Muntaha kulli nəcva. Ya Ğayətə kulli şəkva. Ya Ovnə kulli mustəiyn. Ya Mubtədiən bil-ğəmmi qəblə istihqaqiha.

 

10 dəfə — Ya Rəbbah

▪10 dəfə — Ya Seyyidah

▪ 10 dəfə — Ya Movlah

▪ 10 dəfə — Ya Ğayətah

▪ 10 dəfə — Ya Muntəha rəğbətah.

 

(Sonra de) Əs’əlukə bihəqqi hazihil-əsma və bihəqqi Muhəmməd və bihəqqi Alihit-tahirin illa ma kəşəftə kərbi və nəffəstə həmmi və fərrəctə ənni və əsləhtə hali

Nə istəyin var istə sonra sağ yanağını yerə qoy və 100 dəfə de

Ya Muhəmmədu ya Əliyyu, ya Əliyyu ya Muhəmməd. İkfiyani fəinnəkuma kafiyani fənsurani fəinnəkuma nasirani

 

Sol yanağını yerə qoy və 100 dəfə [Ədrikni ] de. Sonra

Nəfəsin kəsilincəyə qədər [Əl ğəvs] de.

Sonra başını qaldır. İnşəAllah, Allah Öz kərəmi ilə hacətini qəbul edəcək…»

Əllamə Məclisi — Biharul Ənvar, c 95, səh 200

Şeyx Təbəri — Dəlailu İmamə, səh 304\\https://imamzaman.blog

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept