avatar

01 Feb, 2025,

Düzəliş edildi 22 Feb, 2025

İmam Hüseyn (ə) haqqsevərlərə hansı tapşırıq və nəsihətləri buyurmuşdur?

1. Imam Hüseyn əleyhissalam Aşura günündə buyurdu: «Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. Imtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar».

 

2. O həzrət (ə) oğlu Zeynül-abidinə belə buyurmuşdu: «Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin».

 

3. Aşura günündə vidalaşdığı zaman uşaqlarına belə buyurdu: «Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dörd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın».

 

4. Әn pis adam axirətini dünyasına satan şəxsdir.

5. Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma.

6. Allaha qul olanlar, başqasına qul olmazlar.

 

7. Qardaşım imam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.

8. Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.\\new./az/articles

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept