avatar

01 Feb, 2025,

Düzəliş edildi 22 Feb, 2025

İmam Hüseyn (ə) niyə unudulmur ?

   Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan kimsə, heç vaxt unudulmaz. Әksinə, zaman keçdikcə xalqın imam Hüseyn əleyhissalama olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o «sadiq inqilabçı»ya olan eşqi daha da artır.

Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi.

 

O, namazı, Allaha yalvarmağı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından birisi Hüseynin ibadətləri və onun ərəfə duası barəsində belə deyib: «Zilhəccə ayının 10-cu günü Hüseyn (ə) Әrəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu:

«Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıbsan, həmişə qoruyubsan və mənə müxtəlif nemətlərdən ruzi veribsən. Iradəsini heç bir şey dəyişə bilməyən və bağışlayıcılığına heç kəs mane ola bilməyən Allaha həmd olsun.

 

Ey Allah! Ehtiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, işığı gözümdə və bəsirəti isə dinimdə qərar ver».\new./az/articles

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept