avatar

01 Feb, 2025,

Düzəliş edildi 22 Feb, 2025

İmam Hüseyn (ə) Müaviyəyə yazıdığı məktubda Onun hansı üç tarixi cinayətini açıqlamışdır?

IMAM HÜSEYN (Ә) MÜAVIYӘNIN DÖVRÜNDӘ

 

Imam Həsən əleyhissalam Müaviyə tərəfindən şəhid edildikdən sonra Әli əleyhissalamın 46 yaşında olan ikinci oğlu imam Hüseyn əleyhissalam xəlifəlik və imamət məqamına yetişmişdi.

Imam Hüseyn əleyhissalam çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir və Müaviyə müxtəlif hiylə və planlarla islamın əsaslarını məhv etmək istəyir. Amma Müaviyə özünü xalqa elə göstərirdi ki, guya islam və müsəlmanların halına yanan yeganə adamdır. Buna görə də imam Hüseyn əleyhissalam onunla aşkar şəkildə mübarizə apara bilmirdi. Çünki bilirdi ki, mübarizəyə qalxarsa, özünün də taleyi qardaşının taleyi kimi olacaq.

 

Buna görə də imam (ə) çalışırdı ki, xalqı cəhalət və nadanlıq yuxusundan ayıldıb, tədriclə şüurlu adamları öz tərəfinə çəkərək onlardan islamın mənafeyi naminə istifadə etsin.

Imam (ə) hələ mömin şəxslərin tərbiyəsi ilə məşğul ikən, bəzən Müaviyənin əleyhinə də danışırdı. Müaviyə oğlu Yezid üçün xalqdan beyət aldığı zaman, imam Hüseyn əleyhissalam bu işə qarşı çıxıb Müaviyəyə göndərdiyi məktublar vasitəsilə onu rüsvay etmişdi. Həmin məktublardan bəzilərini qeyd edirik:

 

1. «Ey Peyğəmbər xəlifəsi olduğunu iddia edən Müaviyə! Sən Әzra çölündə Hicr ibni Әdiyyi və dostlarını öldürmədinmi? Demək, sən qatil və günahkarsan, səni cəzalandırmaq lazımdır və sənin ümmətin rəhbəri olmağa haqqın yoxdur».

 

2. «Ey Müaviyə! Sən illər boyu xalqın arasında atası bəlli olmayan Ziyadı öz qardaşın və Әbu Süfyanın haramzadə oğlu olaraq tanıtmadınmı? Beləliklə sən öz ailənin təmiz olmadığını etiraf edibsən. Buna görə də sənin islam ümmətinə rəhbərlik etməyə haqqın yoxdur».

 

3. «Ey Müaviyə! Sənin çirkin əməllərindən biri də budur ki, Yezid adlı səfeh bir cavanı xalqa hakim edib onun üçün camaatdan zorla beyət alırsan. Deməli, sən Allahın dinini xarab edib müsəlmanları oyuncaq hesab edirsən».\https://new./az/articles

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept