avatar

25 Jan, 2025,

Düzəliş edildi 14 Mar, 2025

Bu günlərdə qeyd edilən “məbəs bayramı” nə deməkdir?

Ərəb dilindən tərcümədə “məbəs” və ya “besət” göndərilmə deməkdir. Dini ədəbiyyatda Allah tərəfindən Həzrət Mühəmmədin (s) peyğəmbərliyə seçilməsini və bəşəriyyətə peyğəmbər göndərilməsini bu cür ifadə edirlər. Bu günün İslam tarixində əhəmiyyəti böyükdür. Hətta bəzi hadisələrin baş vermə tarixini məsələn “besətdən 5 il əvvəl” və ya “besətdən 2 il sonra” şəklində göstərirlər. 

 

Məbəs günü dindarlar tərəfindən bayram kimi qeyd edilir. Lakin bu bayramın hansı gün keçirilməsi barədə alimlər arasında fikir ayrılıqları vardır. Əksəriyyəti şiə alimlərindən ibarət olan bir dəstənin fikrincə, məbəs günü rəcəb ayının 27-sidir və həmin gün şiə müsəlmanlar məbəs bayramını qeyd edirlər. Əhli-sünnə alimlərinin çoxunun fikrincə isə, Həzrət Mühəmmədə (s) peyğəmbərlik ramazan ayında verilmişdir və onlar məbəs gününü ramazanda qeyd edirlər. Rəcəb ayının 27-si isə əhli-sünnə arasında merac gecəsi kimi tanınır və bu münasibətlə “mirac kandili” adlı mərasimlər keçirilir. //islam.az

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept