Haqla batil arasında 4 barmaq fasiləsi dedikdə nə başa düşülür?!
Əxlaq alimlərinin nəzərinə görə, töhməti eşidən insan dörd haldan qeyrisində qərar tutmaz:
1. Eşidən bilir ki, bu söz – töhmətdir. 2. Eşidən bilmir ki, bu söz – töhmət və ya böhtandır.
3. Eşidən bilmir ki, bu, töhmətdir, yoxsa qeybət. 4. Eşidən bilmir ki, bu, töhmətdir, yoxsa böhtandır, yoxsa qeybətdir.
O zaman ki, insan eşitdiyi xəbərin töhmət olduğunu bilir – qarşı tərəfə qarşı bədgümanlar bəsləməyə başlayır. Yəni, eşidən insan bilir ki, danışan şəxs öz güman və ehtimalları üzərindən danışır və müttəhim etdiyi şəxs haqqında məlumatı yanlışdır. Bu agahığı sayəsində bədbinliyi özündən uzaqlaşdıra bilər və töhməti qarşı tərəfin yanlış nəticələr çıxartması hesab edər...
Bu günahı hətta şeytan belə etmək istəmir?!
Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır. Töhmət və böhtanın ziyanları:
1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.
2. İnsan rabitələrinə mənfi təsir edər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”...
Saliklər (mənəvi yolda addımlayanlar) kiminlə yol yoldaşıdır?
Salik – Allah yolunun yolçusu – ya bu yolun çətinliklərindən, eniş və yoxuşlarından xəbərdardır, ya da deyildir. Əgər salik üçün bu yol tanış deyildirsə, onu məqsədə çatdıra bilən bir rəhbərə ehtiyac vardır. Həmin rəhbər bu yolun çətinliklərindən xəbərdardır və bilir ki, bu yolu necə salamat getmək olar.
Bütün İlahi peyğəmbərlər (ə), övliyalar bu yoldan xəbərdardırlar. Onlar – bəşəri hidayət edən səfirlərdirlər. Ona görə də Allah Təala ayədə Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28). Salik bilməlidir ki, Allah həmişə onunladır. Əgər salik bu həqiqəti qəbul etməsə, o zaman nə məqsədə çatar, nə İlahi qürb məqamına...
İmam Zamanın (ə.c) anası Nərcis Xatun tarixdə hansı ilahi şəxsiyyətin nəslinə qayıdır?!
İmam Zaman ağanın (ə) mübarək anası Nərcis xanım cənab Şəmunun nəslindən gəlir. Şəmun – Allahın peyğəmbəri və Həzrət İsanın (ə) vəsisi olmuşdur.
Xristianlar onu Petrus da çağırırlar. Atasının adı Yuna idi və hər ikisi də balıqçı idilər. Nərcis xanım (s.ə) – Şəmunun nəslindəndir. Kiçik yaşlarından babası olan Roma imperatorunun tərbiyəsi altında böyümüşdür. O, əvvəl xristian idi və hədislərin buyurduğuna görə, yuxuda Peyğəmbəri (s) və İmam Əlini (ə) görür və görür ki, onlar Roma imperatorunun sarayına elçilik üçün gəliblər. Onları Həzrət İsa (ə) qarşılayır. Bu zaman Peyğəmbər (s) İmam Həsən Əsgəriyə (ə) işarə edir və buyurur: “Ey Allahın ruhu! Mən bu övladım üçün sənin vəsin olan Şəmunun qızına elçiliyə gəlmişəm”. Həzrət İsa (ə) Şəmuna nəzər salır və buyurur: “Necə bir şərafət sənə nəsib olmuşdur. Bu mübarək kəbinə razı ol”. Şəmun da razı olur. Sonra Peyğəmbər (s) minbər başına qalxır və xütbə oxuyur. Sonra Nərcisi İmam Həsənlə (ə) nikahlayır. Orada olanları buna şahid tutur”. Şəmuna işarə edən ayələr: “İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik”. (“Ənkəbut” 27). Şəmun - Həzrət Məryəmin (s.ə) bibisi oğlu idi və Həzrət İbrahimin (ə) zümrəsindən hesab olunur....
İmam Zamanın (ə.c) anası Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?
İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.
Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur.
Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.
1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.
2. Şeyx Səduq kimi böyük alimlər isə buyurur ki, xanım İmam Həsən Əsgəri (ə) şəhid olan zaman sağ idi və onun yatağının başında dayanmışdı....
İmam Zaman ağanın (ə.f) dördüncü naibindən sonra niyə xələf və xüsusi naiblik davam etmədi?!
İmam Zaman ağa (ə.f) qeybə çəkilən zaman insanlarla naibləri vasitəsilə əlaqə saxlamışdır. Onların dördüncüsü Şeyx Cəlil Əbul-Həsən Əli ibni Muhəmməd Səməri idi. Onun doğum tarixi məlum deyildir. İnsanlar onu İmam Həsən Əsgərinin (ə) səhabələrindən biri kimi tanıyırdılar.
O, Hüseyn ibni Ruhdan sonra üç il İmamın (ə.f) səfirliyini etmişdir. O, da başqa naiblər kimi etimad olunan təqvalı insan idi. Ancaq özündən əvvəlki üç səfirdən fərqli olaraq, geniş fəaliyyətə malik deyildi. Çünki həmin zamanda cəmiyyəti zülm bürümüş və çox sayda günahsız insanların qanı tökülmüşdü. Ona görə də dördüncü naib vəfat edəndən sonra İmamın (ə.f) böyük qeybi başlayır.
Dördüncü naib vəfat etməzdən əvvəl İmamdan (ə.f) məktub alır və orada yazılmışdı ki, kiçik qeyb sona çatmış və böyük qeyb dövrü başlamaqdadır. Ona özündən sonra naib təyin etmək icazəsi verilmir....
Namazda diqqətimizi toplamaq üçün hansı məsələlərə diqqət yetirək?!
Ali dini Rəhbər buyurur: “Namazda əllərini göyə qaldır və dua et, yəni namazın müstəhəbbatı olan qunutu yerinə yetir. Bunu ona görə tövsiyə edirəm ki, insanın namazdakı diqqətini təmin edər”. Namazda qəlb hüzurunun olması – mühüm mövzulardandır. Çünki əgər namazı qəlb hüzuru ilə qılarıqsa, ona ruh verər və can verərik. Əks halda, cansız bir cisim kimi göyə göndərərik. Qəlb hüzurunu meydana gətirən amilləri tanıyaq:
1. Cismin şad olması. Həkimlərin nəzərinə görə, əgər insan yeməyi sevinclə yeyərsə, o zaman həmin yemək daha yaxşı həzm olar. Namaz da yemək kimidir, ancaq ruhun yeməyidir. Əgər onu sevinclə və Allaha qovuşmaq şövqü ilə qılsaq – qəlb hüzuru meydana gələcəkdir.
2. Dünyaya bağlanmamaq. Dünyaya bağlanmaq insanı İlahi qürb məqamından saxlayar. Ona görə də insan Allahla münacatdan ləzzət ala bilməz. Qəlbi tədricən qaralmağa başlayar. İmam Sadiq (ə) buyurur: “Hər bir xatanın mənşəyində dünya sevgisi durur”.
“Fil” surəsi necə nazil olub? “Fil” surəsini oxumağın savabı
İslam Peyğəmbəri (s) və müsəlmanlar Məkkədə çox əziyyət görürlər. Allah Təala Quranda bu mövzuya dəfələrlə işarə etmiş və kafirləri əzabla hədələmişdir. “Fil” surəsi əslində tarixdə baş verən hadisəni bizə tanıtmışdır və bu yolla Peyğəmbərini (s) himayə etmişdir. Belə ki, bu surədə oxuyuruq ki, Əbrəhə filə minərək Məkkəyə tərəf yollanır ki, Kəbəni viran etsin. Allah da onları möcüzəvi yolla məhv edər və buyurur ki, ey Peyğəmbər! Sən mənim üçün Kəbədən də əzizsən və bil ki, səni də himayə edirəm. Sənə müxalif olanlar öz cəzalarına çatacaqlar. “Fil” surəsi Məkkədə nazil olmuşdur və Allah burada möcüzələrindən birini bəyan edir. İslam düşmənlərinə demək istəyir ki, İslam dini – haqq dindir və hər kim bu dinə gələrsə, Allah onu hidayət edər, əks halda Əbrəhə kimi məhv olar və cəza alar. Həzrət Əbu Talib Peyğəmbərə (s) deyir: “Ey qardaş oğlu! Sən bütün insanlar üçün məbus olmusan, yoxsa ancaq öz qövmün üçün?”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Bütün insanlar üçün məbus olmuşam. Ağına, qarasına, ərəbə, əcəmə. And olsun o Kəsə ki, canım onun əlindədir, mən bütün insanları – istər ağ dərili olsun, istərsə də qara dərili – bu dinə dəvət edirəm. O kəslər ki, dağın başındakı qaladadırlar, onları da bu dinə dəvət edirəm. Mən bütün romalıları da dəvət edirəm”....
Tövhidə iman gətirənin 4 bəhrəsi nələrdir?!
Tövhid – İslam dininin ən böyük sütunudur ki, hər bir müsəlman bu sütunu möhkəm saxlamalıdır. Allahın yeganə olmasına etiqad bəsləməli və Ona şərik qoşmamalıdır.
Tövhid etiqadı dinimizin əsasını təşkil etdiyi kimi, həm də bir çox bəhrələri vardır. Bunlarla tanış olaq:
1. Azadlıq. Tövhidin faydalarından biri – azadlıqdır. Hər kim tək olan Allahı qəbul edərsə və bilərsə ki, O, hər şeyə qadirdir və hər bir xəlq – Onun məxluqudur, heç bir zaman heç kəsə baş əyməz və heç kəsə yaltaqlanmaz. Ən böyük hegemonlar belə onu sındıra bilməz və o, ancaq Allaha baş əyər. “Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver”. (“Həcc” 34).
2. Şeytandan amanda qalmaq. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99)...
Həyanın 3 əsası. Həyanın təqvadan fərqi nədədir?!
“Həya” sözünün lüğətdəki mənası “utancaqlıqdır” ki, əks mənası “utanmazlıqdır”. Əxlaq alimlərinin nəzərinə görə, həya elə daxili sifətdir ki, insanı bəyənilməyən əməllərdən çəkindirir. Həyanın mənşəyində qorxu və başqalarının məzəmməti durur. O zaman ki, insan, Uca Allahı öz əməllərinə nazir, nəzarət edən hesab edər – özünə layiq olmayan əməlləri yerinə yetirməkdən çəkinər. Ona görə də həyanın üç əsası vardır: - fail (əməl edən); - feil (əməl); - nazir (nəzarət edən).
Həyada fail o şəxsdir ki, nəfsani kəramətə və alicənablığa malik olar. Həyaya nazir o şəxsdir ki, o, failin nəzərində ən uca və ən böyükdür. Həyanı həyata keçməsinə səbəb olan feil isə bəyənilməyən əməllərdir. İnsan bu əməllər qarşısında həya göstərər. Əgər həyanı qorxu və təqva ilə müqayisə etmək istəsək, gərək deyək ki, həyaya səbəb olan əsil amil – nazir olan Allahı dərk etmək və ona ehtiram göstərməkdir. Ancaq qorxu və təqvada əsil amil – Allahın qüdrətini dərk etmək və cəzasından qorxmaqdır...