Sonuncu İmam (əc) harada məskunlaşıb?!
Hədislərdən belə məlum olur ki, o Həzrət (ə) camaat arasında yaşayır.
Südeyr Seyrufi, İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət buyurdu: “ Sahibul-əmrin (ə), həzrət Yusiflə (ə) oxşarlığı var. Ona görə ki, Yusifin (ə) qardaşları ağıllı və bilikli olduqları və öncə onunla ünsiyyətdə olsalar da, onun yanına daxil olanda o özünü tanıtdırmayınca onu tanımadılar. ...
Həzrət Mehdİ (ə) evlənİbdİrmİ?
Həzrət Mehdinin (ə) evlənməsi haqda iki nəzəriyyə irəli sürülmüşdür. Əgər biz bir mənalı olaraq evlənmədiyini söyləsək, heç bir eybi yoxdur. Çünki, o Həzrət (ə) qeybdə olmasına əngəl olacaq heç bir iş görməmişdir. Necə ki, evlənmək qeybət sirrilə ziddiyyət təşkil edərək o Həzrətin ifşa olunmasına səbəb olardı.
Deyİlənlərə görə, İmam (əc) “Xəzra” adasında yaşayır. Bu, doğrudurmu?
Yəqinliklə deyə bilərik, əgər “Xəzra” adasının varlığı həqiqət olsa belə, İmam orada yaşamır. Çünki, «Nüdbə» duasında oxu-yuruq: “Canım sənə qurban, qaibsən, amma bizdən uzaqda deyilsən...
İntİzar nə deməkdİr və hansı xüsusİyyətlərİ var?
İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. ...
İddİa olunur kİ, “İmam Zaman (ə) qeybətdə olduğu məkan olan sərdabədən zühur edəcək” doğrudurmu?
Abbasi xəlifəsi Mötəzidin xilafətinin başlanğıcında, hicri 279-cu ildə İmam Həsən Əsgərinin (ə) evində iki dəfə axtarış aparıldı. Bir dəfə Mötəzid üç nəfəri məxfi olaraq Həzrətin (ə) evinə göndərdi və göstəriş verdi ki, evdə kimi görsələr, öldürsünlər və başını xəlifəyə gətirsinlər. Bu üç nəfər evə daxil oldular və evdə gözəl pərdəli bir məxfi otaq tapdılar. ...
İntİzarda olmanın nə kİmİ özəllİk və fəzİlətİ vardır?
Həzrət Mehdinin (ə.f.) zühur intizarının dəyəri haqqında bu gün əlimizdə yüzlərlə hədis mövcuddur. Burada onların bir neçəsini nümunə üçün qeyd edirik:
Allahın rəsulu həzrət Məhəmməd (s) buyurmuşdur:
“İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (əc.) zühurunun intizarıdır\".
İntİzar hansı səcİyyələrdən təşkİl olunmuşdur və onun neçə növü vardır?
Xilaskarın zühur intizarı üç xüsusiyyətə malik olmasa, zühur gerçəkləşməz:
1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.
2. Nəfs səciyyəsi: İntizarda olan şəxs daim hazırlıq halında olmalıdır. ...
Xİlaskarın İntİzarının hansı təsİrlərİ var?
İntizarın zəruriliyi və əhəmiyyətini müxtəlif baxışlardan araşdırmaq olar:
1. İntizar ümumdünyəvi bir hərəkat üçün hazırlıqdır. Belə bir hazırlıq dövrünə malik olmayan istənilən bir inqilab naqis və səmərəsizdir.
2. İntizarın əhəmiyyətindən danışarkən yalnız bunu qeyd etmək kifayətdir ki, düşmənlər onu öz istismarçı hökmranlıqları üçün təhlükə sayırlar. ...
Fərəc İntİzarı nədİr və fəlsəfİ məktəblər fərəc İntİzarını dəyərlİ sayırmı?
Sonda haqqın batilə qələbə çalacağına, bütün insani dəyərlərin qüvvəyə minəcəyinə, ideal bir cəmiyyətin qurulacağına, Mehdi adlı bir şəxs tərəfindən bütün bu məqsədlərin həyata keçiriləcəyinə inam azca fərqlə bütün İslam məzhəblərində mövcuddur. ...
Xİlaskarın İntİzarının hansı İmtİyazları var?
Sünnə əhli həzrət Mehdinin (ə) fərəc intizarını qəbul etsə də, onun dünyaya gəlişinə inanmır. İmamiyyə şiə məzhəbi və bəzi digər İslam məzhəbləri bu əqidədədirlər ki, xilaskar hal-hazırda mövcuddur, əməl və rəftarlarımızı, eləcə də, müsəlmanların problemlərini görür. ...