Ramazan və Qurban bayramları arasında evlənməyin qadağan olunması haradan qaynaqlanır?!


İslamın yayıldığı ilk vaxtlarda ilin ayları haqqında qədimdən qalmış səhv anlayışlara görə Ramazan və Qurban bayramlarının arasında yer alan Şəvval ayında evlənməyə icazə verilmirdi. (Şəvval sözünü \"məhv etdi\" mənasına gələn \"işalə\" kökündən gəldiyinə inanırdılar. Əl-Qari, \"Mirkatul-Məfat\", \"Şərhi Mişkatil-Məsabih\", c.10,s.81) Onlara görə, bu ayda evlilik yaxşı nəticə verməz, boşanma və ya gözlənilməz ölümlə nəticələnərdi. İbni Əbil-Hədid \"Nəhcul-Bəlağə\"nin şərhində Peyğəmbərin həyat yoldaşı Ayişəyə aid hadisələrə aid etdiyi fəsildə belə deyir: \"Peyğəmbər şəvval ayında Ayişə ilə evləndi. Ayişə bu ayda gənclərin ailə qurmalarını tövsiyə edərdi. Və belə deyərdi: \"Mən şəvval ayında evlənməyimə baxmayaraq, Peyğəmbərin həyat yoldaşları arasında məndən daha xoşbəxt olanı varmı?\"\"
Sonra İbn Əbil-Hədid davamında belə yazır: \"Ayişə bu sözləri ilə İslamın ilk illərində bəzi adamların iki bayram arasına düşən şəvval ayında baş tutan evliliyin yaxşı olmadığı ritorikasını tənqid etməkdə və rədd etməkdədir. (İbn Əbil-Hədid, \"Şərhi Nəhcul-Bəlağə\", c.9, s.190)...


Kərbəla şəhidlərinə niyə yas tutulur?


Hər il Məhərrəm ayı gəldikdə, \"Əgər İmam Hüseyn (ə) qələbəyə nail olubsa, niyə bunu bayram etmirik, niyə ağlayırıq, bu böyük zəfər qarşısında bu qədər ağlamaq yaraşırmı\", - deyə sual edirlər. Ağlamaq və insanın qəlbinin bacası olan gözdən yaş damcıları tökmək dörd formada ola bilər:
1. Şövq və sevinc ağlaması: Canı qədər sevdiyi balasını itirib, illər sonra tapan ananın ağlaması və ya bir ömür boyu məşuqundan ayrı qalıb, onu tapdıqda sevincdən ağlayan bir aşiqin ağlaması kimi. Kərbəladakı igidliklərin böyük bir hissəsi şövq yaradıcıdır. Məhz buna görə də bu cür igidlik, qəhrəmanlıq, fədakarlıq, şücaət, azadlıq ardıcılları olanlar əsir kişi və qadınların coşdurucu söhbətlərini eşidərək, gözündən şövq yaşı axıdır. Bu ağlamalar məğlubiyyətdənmi irəli gəlir, yoxsa şövq və sevinc göz yaşıdırmi?
2. Duyğusal ağlamalar: İnsanın sinəsində daş deyil, bir ürək var. Və bu qəlb insani duyğu dalğalarını əks etdirir. İnsan bir qış gecəsi anasının qucağında dayanan yetim uşağı gördükdə tükləri biz-biz olur və gözündən yaş axıdaraq insani duyğularla dolub-daşan canlı bir ürəyə sahib olduğunu göstərir...


Kərbəlaya piyada getməyi ilk dəfə kim başladıb?


Ərbəin səfəri uzun tarixə malikdir. Bəzi zamanlar olub ki, Ərəbinə gedənləri həbs və edam ediblər. Lakin indi dünyanın ən böyük illik toplantısına çevrilib.
Bəzi mənbələr göstərir ki, İmam Hüseynin (ə) qəbrini ilk dəfə Aşuradan 40 gün sonra Xanım Zeynəb (s.ə), İmam Səccad (ə), Cabir ibn Abdullah Ənsari və Bəni-Haşim qəbiləsindən olan bir qrup ziyarət edib. Sonrakı illərdə şiələr onların bu addımını təkrarlayıblar. Əsrlər boyu Ərbəin yürüşü, xüsusən də Nəcəfdən Kərbəlaya qədər olan məsafəni piyada qət etmək İslamın böyük alimləri tərəfindən təbliğ olunub. Səfəvilər hakimiyyəti dövründə də Ərbəin ziyarəti alimlər tərəfindən təbliğ edilib və və Şeyx Ənsari, Axund Xorasani və başqa alimlər şagirdləri ilə birlikdə piyada Ərbəin ziyarətinə gediblər.Kərbəlaya səfər maşınla daha da asanlaşdıqdan sonra piyada səfər etmək tamamilə unudulmaq üzrə olub. Lakin Ayətullah Seyyid Mahmud Şahrudi şagirdləri ilə birlikdə Kərbəla ziyarətinə piyada gedib və bu cür ziyarət yenidən gündəmə gəlib. Onun bu hərəkəti ilə yeni bir hərəkat başlayıb. Yürüş simvolik mənəvi hərəkata çevrilib...


Sünni mənbələrində salavat barədə belə yazılıb!


Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: \"Cümə günü günlərinizin ən fəzilətlisidir. Çünki Cümə günü Adəm (ə) xəlq edildi, Cümə günü vəfat etdi, Cümə günü (ruhların məhşərə toplanması üçün) Sur çalınacaq (ən-nəfxətu), Cümə günü bütün canlıların ölməsi üçün \"səs\" (əs-sə`qətu) qopacaq. Belə isə Cümə günü mənə çox salavat göndərin. Həqiqətən də sizin salavatlarınızın mənə çatdırılır\".Soruşdular: \"Ey Allahın Rəsulu! Bizim salavatımız sənə neçə çatdırılacaq, halbuki sənin sümüklərin də çürüyüb (və torpağa qarışıbsan)?\" Peyğəmbər (s) buyurdu: \"Allah-Taala peyğəmbərlərin cəsədlərini yerə haram etmişdir – (yəni torpaq onların bədənlərini çürütmür)\".
1). Əhli-Sünnə İmamı Əhməd ibn Hənbəl (vf. 241 hq), \"əl-Müsnəd\", c.26, s.84, hədis:16162.
2). Əhli-Sünnə hədis alimi İmam Darimi (vf. 255 hq), \"əl-Müsnəd\" (əs-Sünən), c.2, s.981, bab:206, Cümə gününün fəziləti babı, hədis: 1613 – (Darul-Müğni çapı, Ərəbistan).


Sirat körpüsü və əməl tərəzisi islam maarifində necə izah olunur?!


Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qurani-kərim: \"Sizin hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (Nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!” (Məryəm, 71-72) Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır.
Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: \"Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!” Yaxud Qariə surəsinin 6-9-cu ayələrində buyurulur; \"Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!”...


Qurani Kərim \"Bərzəx” aləmi. (dünyası) olması haqda nə buyurmuşdur?!


Biz inanırıq; bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, \"Bərzəx” adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məzh Bərzəxdə yerləşdirilir. Və qimət gününə qədər orada qalırlar. Qurani-kərim bu barədə buyurur: \"Onların arxasında (ölümdən sonra) Qiyamət gününədək Bərzəx vardır!” (Muminun, 100)
Əlbəttə, biz Bərzəx aləmi barəsində (onun necə bir aləm olduğuna) dəqiq məlumata malik deyilik. Amma bilirik ki, yaxşıların və mömin insanların ruhu (şəhidlər kimi) Bərzəx aləmində müxtəlif nemətlərə qərq olmuşdur! Ali-İmran surəsi, 169-cu ayədə oxuyuruq; \"Allah yolunda öldürülənləri (şəhidləri) əsla ölü sanma, onlar diridirlər. Və Rəblərinin yanında onlara ruzi (nemətlər) verirlər!” Həmçinin zalım, tağut və günahkar insanlar və onları müdafiə edənlərin ruhları Bərzəx aləmində əzabdadırlar. Qurani-kərim buyurur: \"Onların əzabı (Bərzəxdə cəhənnəm) odudur! Hər sübh və şam vaxtı onunla cəzalanarlar. Qiyamət günü gəlib çatdıqda isə (buyurular): \"Ali-Fironu ən şiddətli əzabla cəzalandırın!” (Ğafir, 46)...


Qiyamət günü \"şəfaət” məsələsi kimlər tərəfindən hansı şəxslərə olunacaq?!


Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum İmamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-təala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, heç də, hesab-kitabsız deyildir. Şəfaət də, bir növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: \"Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!” (28-ci ayə) Nübuvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s.ə) \"Əzəmətli şəfaət” məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum İmamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qurani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir...


Qiyamət günü Mənəvi və maddi mükafatlar deyildikdə necə başa düşmək olar?!


Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə buna görə də, Axirətdə insanlara bəxş olunacaq mükafatlar, həm mənəvi, həm də cismi olacaqdır.
Qurani-kərimdə buyurulan bu ayələr: \"Ağaclarının altından arxlar axan behişt bağları” (Tövbə, 89), \"Behişt bağları, onun kölgə və meyvəsi qurtaran deyil” (Rəd, 35) \"İmanlı şəxslər üçün pak zövcələr” (Ali-İmran, 15) və həmçinin, \"cəhənnəmin qaynar-yandırıcı odu və ağır əzabları” barəsində gələn ayələr maddi mükafatın, maddi cəzanın nümunələridir. Lakin bunlardan daha əhəmiyyətlisi mənəvi ləzzətlərdir; ilahi mərifətinin nuru, Allah-təalaya mənəvi yaxınlıq, onun Cəlal və Cəmal sifətlərinin cilvələridir. Bütün bunlar vəsf oluna bilməyən dərəcədə ləzzətbəxş və gözəldir....


Allah Taalanın (c.c) feili tövhidi peyğəmbərlərin möcüzələri ilə zidiyyət təşkil etmirmi?!


Tövhid və möcüzələr - İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi, iznilə baş tutur. Və bu möcüzələrin tövhidi-əfali ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Qurani-kərim İsa (ə)-a buyurur: \"Anadan gəlmə kora və (əlacı mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin. Və ölüləri mənim əmrimlə dirildirdin.” (Maidə, 110)
Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-kərimdə belə buyurulur: İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: \"Sən gözünü qırpmamışdan öncə mən onu sənin yanına gətirərəm.” Süleyman (ə) taxtı öz yanında görcək dedi: \"Bu, Tanrımın mərhəmətindəndir.” (Nəml, 40)
Beləliklə, Quran aşkar şəkildə əlacı mümkün olmayan xəstələrə şəfa vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə bağlayır. Və bu iş tövhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir...


Allah-Taala (c.c) dünayda və ya axirətdə gözlə görünə bilərmi?!!


Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-kərim buyurur; \"Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; \"Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi: \"Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: \"Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım. Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter