Dua etməzdən əvvəl Allahın hansı 8 adı deyilsə, dua qəbul olunar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.


İşlərimizdə “İnşəallah” demək lazımdırmı?


“Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır). Yalnız (belə de: «Əgər) Allah istəsə, (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin.
Bu ayələrdən bəlli olur ki, hər bir işdə “İnşəallah” demək bəyənilən əməldir. Bəzən insan qafil halda gələcəyi barəsində bəzi şeylər deyər. Misal üçün deyər ki, mən filan zaman filan işi görəcəyəm. Halbuki, beş dəqiqə sonra həyatında nələrin baş verməsindən qafil olar. Ona görə bu ayə möminlərə bir qaydanı tövsiyə edir. Heç bir zaman bir iş haqqında demə ki, mən sonra bu işi görəcəyəm. Bəlkə bir qədər gələcəyini düşün və de ki, Allah istəsə, mən bu işi görəcəyəm. Bu əməlinlə Allah qarşısında özünü müti göstərmiş olarsan...


Başqalarının sirrini öyrənmək olarmı?


O kəs ki, insanlara qarşı bədgüman olar, onun sirlərini öyrənməyə çalışar ki, öz bədgümanlığı üçün şahid əldə etsin. O, bu yolla başqalarının əmin-amanlığını xətərə salmış olar.
İnsanların sirrini açmağa çalışmaq, əslində sui-zəndən qaynaqlanır. Nəticədə sui-zənni gücləndirər.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insanlar – bəd güman bəsləyənlər və bədgümanların ən fasidi isə insanların sirrini açmağa çalışanlardır. İnsanların sirrini açmağa çalışanların ən alçağı – onların ən çox danışanıdır”. İnsanların sirrini açmağın təsirləri. İnsanların sirrini açmağın həm fərdi və həm də ictimai təsirləri vardır. Bu təsirlərə nəzər salaq. 1. Cəmiyyətin əmin-amanlığı təhlükəyə düşər. Əgər cəmiyyətdə insanların sirrini açmaq hissi güclənərsə, insanların ictimai əmin-amanlığı təhlükəyə düşər. Etimad, dostluq və qardaşlıq insanları tərk edər. O kəs ki, başqalarının eybini açmağa çalışar – özünə dost tapa bilməz. İmam Sadiq (ə) buyurur: “İnsanların sirrini açmağa çalışma ki, dostsuz qalacaqsan”...


Quran və hədislərə əsasən Hansı günahlar bağışlanmır?


Şeyx Hüseyn Ənsarian buyurur: “Allah rəhmətindən ümidsüz olmaq – ən böyük günahlardandır. Hər nə ki, insanın ümidsiz olmasına səbəb olar – onu Allahın rəhmətindən uzaqlaşdırar. Allah Təala bunu kafirlərin sifəti kimi tanıtmışdır: “Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”. (“Yusif” 87).
Hər kim günah işlədər – əgər naümid olmasa, tövbə edər və Allahdan bağışlanma istəyər. Ancaq məyus insan tövbəni unudar. Çünki bağışlanmasına ümidi olmaz.
Uca Allah Qurani-Kərimdə özünü tövbələri qəbul edən kimi tanıtmışdır: “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (”Şura” 25).
Allah Təala buyurur ki, bütün günahlar bağışlanandır, Allahın rəhmətindən məyus olmaq olmaz. Ancaq mühüm olan – tövbə tövfiqinə malik olmaqdır. Günahdan peşman olmaq, ona geri qayıtmamaq üçün qəti qərar vermək, əzm göstərmək – bunların hamısı tövbə tofiqatının əlamətləridir...


Zilqədə ayının bazar günü qılınan xüsusi namaz necə qılınır?!


Həzrət Rəsuləllahdan (s) bu ayın bazar günü qılınan bir namaz qeyd olunmuşdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa - Qiyamət günü bu kəslər ondan razı qalar, dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar. Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar. Həzrət Rəsuləllah (s) bu namazın qaydasını belə bəyan etmişdir: Bazar günü qüsl et, dəstəmaz al.
Dörd rükət (iki rükət-iki rükət) namaz qıl. Hər rükətdə 1 dəfə \"Həmd\", 3 dəfə \"İxlas\", 1 dəfə \"Fələq\" və \"Nas\' surələrini oxu. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə “Əstəğfirullahə Rabbi və ətubu iləyh” deyərək, istiğfar edilməlidir (bağışlanma dilənməlidir)....


Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə azandan sonra bir qədər səbr edib, namaz qılırlar?


Cavab: Onların səbr etməsi nafilə namazının qılınması və namaz qılanların camaat namazına toplanması üçündür. Şiələr də nafilə namazı qıldıqda bu namazdan sonra vacib namazı qılırlar. Ümumiyyətlə, sünnə əhli namazın şəri vaxtına kifayət qədər diqqətlidir. İmam Sadiq (ə)-a sual verdilər ki, sünnilərin azanı ilə namaz qılmaq olarmı? İmam (ə) buyurdu: \"Bəli, onlar namazın vaxtına çox diqqətlidirlər.”(Vəsailüş-şiə”, c. 5, s. 378, bab 3, hədis 1.)
Bununla belə, azan deyilən kimi namaz qılmaq olar, çünki azan şəri vaxtda deyilir. Sübh və günorta azanlarından fərqli olaraq, axşam (şam) azanına münasibətdə şiələr və sünnilər arasında ixtilaf var. Sünnilərin nəzərincə, şam namazının və iftarın vaxtı günəş batanda çatır. Ona görə də günəş batan kimi azan deyirlər. Amma şiə fəqihlərinin nəzərincə, günəş batandan sonra şərqdəki qızartı insanın başı üstən keçdikdən sonra azan vaxtı olur. Beləcə, sünnilər şam azanı dedikdə biz namaz qıla bilmərik. Onların azanından təqribən 12 dəqiqə sonra namaz qılıb, iftar edə bilərik...


Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar?


Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bəzən isə tənha duranların namazını batil hesab edirlər.
Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.(\"Töhfətul-ixvan”, Ben Baz, s. 96 və \"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1 səh-405.)
(Məlum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir. Bir daha qeyd edək ki, möminlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar...


Nə üçün şiələr namazda əllərini yana salır, sünnilər isə qarşı tərəfdən üst-üstə qoyurlar?


Cavab: Şiə fiqhində sübut olunub ki, həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) namazda əllərini yana salmışlar. Əhli-beyt rəvayətlərində əlləri üst-üstə qoymaq qadağan edilir. İmam Baqir (ə) bir şəxsə buyurur: \"Əllərini üst-üstə qoyma, çünki atəşpərəstlər belə edirlər.”(\"Vəsailüş-şiə).Rəvayətlərdə bildirilir ki, namaz halında əlləri budların üzərinə qoymaq müstəhəbdir. Əgər bir şəxs əlləri üst-üstə qoymağı namaz qaydası bilərək belə edərsə namazı batil olar. Bu məsələdə sünnilər arasında cüzi fərqlər də olsa, onların əksəriyyəti bu işi müstəhəb hesab edir. \"Səhihe Buxari” və \"Səhihe-Müslim”də(Səhih Buxari, Kitabul əzan, səh-120, Səhih Müslim, Kitubs-səlati, səh-205, hədis 401) bu barədə cəmi bir rəvayət nəql olunmuşdur. Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) qiraət halında olarkən sağ əlini sol əlinin üstünə qoymuşdur. Sünnilərin bəzisi əlləri sinənin üstündə, bəziləri isə göbəkdən aşağı üst-üstə qoymağı zəruri bilirlər...


Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?


Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və İmamların \"amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: \"İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra \"amin” yox, \"əlhəmdulillahi rəbbil-aləmin” deyin” (\"Vəsailüş-şiə”, fəsil 17, hədis 1) Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir...


Nə üçün camaat namazının birinci və ikinci rəkətlərində yalnız imam, bəzi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?


Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rəkətdə yalnız İmamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: \"Camaat namazında iqtida edənə (məmuma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında İmamla birlikdə oxumaq məkruhdur.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 228) \"Səhihe Buxari”..


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter