Behİşt əhlİ kimlərdİr?


Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. (“Hud” 23).
O kəslər ki, Pərvərdigarın ibadətinə təkəbbür etməz, qəlbləri tövazökardır, heç bir zaman imanları titrəməz, saleh əməl yerinə yetirərlər. Bunlar xüsusi möminlər və bəsirət əhlidirlər, behişt əhlidirlər.


Əgər namazda diqqətlİ deyİlİksə, nə etməlİyİk?


Namazın əhkamları, vacibatları, müstəhəbbatları olduğu kimi, onun ruhu da vardır. Mühüm olanı da budur.
İnsanın namazdan apardığı bəhrə də məhz namazın ruhudur. O insanlar ki, ruhsuz namaz qılırlar, onlara qəbirdə və Qiyamətdə nə üçün namaz qılmamısan deyilməyəcəkdir. Ancaq onlar namazdan bəhrə aparmazlar.


HƏCCİN MƏNƏVİ VƏ MADDİ BƏRƏKƏTİ NƏDİR?


Həccin çox sayda bərəkəti vardır, o cümlədən ibadi, siyasi, ictimai, iqtisadi, mədəni faydaları vardır.
Onları maddi və mənəvi bərəkətdə cəmləmək olar.
Qurani-Kərim həccin mənəvi bərəkəti ilə yanaşı bir sıra hallarda onun maddi və dünyəvi əhəmiyyətindən də bəhs edir.


Halal və haram dostluqlar HANSILARDIR?


İslam təliminin nəzərinə görə müsəlmanları bir-birinə bağlayan rabitələr canlı sayılar. Həmrəylik səfa və rifah gətirər. Allah bu cür rabitələrin möhkəmlənməsini istəyir. Əzəmətli kitabı olan Quranda bunun yollarını göstərir. Allah bəzi dostluqları vacib və bəzilərini isə haram buyurmuşdur.


Sİrat körpüsündən keçmək üçün hansı əməllərİ yerİnə yetİrməlİyİk?


Hər bir insan Qiyamət günü Sirat körpüsündən keçəcəkdir. Ancaq bu körpünü başa vurub-vurmamaq bizim bu dünyadakı əməllərimizdən asılıdır. Ona görə də hələ ki, fürsətimiz var, bu əməlləri tanıyaq və onları yerinə yetirməyə çalışaq.


Şeytan İmkanlı İnsanlar üçün necə tələ qurur?


Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan deyir: “Sərvətli insan mənim çəngimdən xilas ola bilməz. Onu bu üç şeydən birinə giriftar edərəm: ya sərvəti onun gözündə bəzəyərəm, ya məsrəf yollarını onun üçün asan edərəm ki, nəticədə onu nahaq yerə xərcləyər. Ya mal və sərvəti onun sevimlisi edərəm ki, nəticədə onu nalayiq yollardan əldə edər”.


Boşanmanın qarşısını necə almaq OLAR?


Həyatın ən şirin anlarından biri - toy günüdür. Ancaq çox təəsüf ki, cavanların bir çoxu bu şirinliyi boşanmanın acısına çevirirlər.
Çox təəsüf ki, boşanma mövzusu bu gün cəmiyyətdə böyük bir problemə çevirlmişdir. Statistika göstərir ki, boşanmanın səviyyəsi artmışdır. Bəzi rəqəmlərə görə, 3 nikahdan biri boşanmayla sonlanır.


İsrafın nİşanəsİ nədİr?


Həzrət Peyğəmbər (s) buyurur: “İsrafın nişanəsi dörd şeydir: batil işlərlə öyünmək, halına uyğun olmayan şeyləri yemək, xeyir işlərdə rəğbətsizlik, ona fayda verməyən hər kəsi inkar etmək”.


HƏYATIN SİRRİ NƏDƏDİR?


Həyatın sirri nədədir? “De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!» (“Mulk” 30).


Haqqun-nasın pozulmasının Qİyamət əzabına təsİrİ NƏDİR?


Haqqun-nas dedikdə başqalarının sənin boynunda olan bütün haqları nəzərdə tutulur. Haqqun-nas iki hissəyə bölünür: maddi tərəf və abır-şəxsiyyətlə əlaqədar. Maddi haqqun-nas dedikdə, insanların malını məhv etmək, qəsb etmək nəzərdə tutulur. Haqqun-nasın abrı aparmaq hissəsi isə qeybətə, töhmətə, şayiələrə, abrı aparacaq hər bir yersiz sözə aid edilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter