Narahatçılıqdan qurtulmağın reseptləri nələrdir?
Narahatçılıqdan qurtulmağın reseptlərini beş (baxış və əməllə) yollarla mümkündür: 1. Ancaq bu günü və özünüzün indiki vəziyyəti haqda düşünün. Keçmiş və gələcək qapılarını üzünüzə bağlayın. 2. Başqaları tərəfindən möcüzə intizarında olmayın, özünüz möcüzə yaradın. 3. Bəd şanslılıq kimi mənfi sözlərdən uzaq olaraq, öz gücünüzü bir neçə dəfə artırın. 4. Başqalarının yersiz sözlərinə əhəmiyyət verməyin, özünüz, öz həqiqi aqibətiniz üçün yaşayın, başqaları üçün deyil. 5. Öz istedad və qabiliyyətinizə imanınız olsun. Onun üçün proqram qurun. Başqalarının əsassız sözlərinə əhəmiyyət verməyin. (Buna diqqət: “Dünən tarixin bir hissəsidir, sabah isə sirrdən başqa bir şey deyildir”
Elmin sərvətə nisbətdə üstünlükləri nələrdir?
Var-dövlətə nisbətdə elmin 7 dəyəri vardır: 1-Elmin Peyğəmbərlər irsidir, mal başqalarının. 2-Elmin yaymaqla azalmaz amma mal azalır. 3-Malın qorunmağa ehtiyacı var amma elm insanın qorucusudur. 4-Elm dünya və axirət üçün faydalıdır amma mal təkcə dünya üçün. 5-Elm möminə məxsus amma mal qeyri möminə də yetişər. 6-Hamının elmə ehtiyacı var amma mala yox. 7-Elm məad mərhələlərində köməkdir amma mal insanın məadında səadətinin maneəsi ola bilər. Diqqət edilməlidir ki, elmdən məqsədimizi bəhsimizdə dini biliklərdir.
Cəmiyyətdə islahçılıqda hansı hədəflər önə çəkilməlidir?
Hər bir yenilikdə və dəyişilikdə və xüsusən də islah edici hərəkətlərdə 3 hədəf önə çəkilməldiir: 1-Allahın şüarlarını böyültmək məqsədi olmalıdır Allaha yaxınlaşmaq məqsədi ilə, 2-Düşməni və onun fəsad törədəcək əməllərin dəff etmək məqsədi ilə, 3-Kinə və həsəd yönlü məqsədlərdən uzaq olmaq.
Xanım Fatimə (s.ə)-ın hədislərindən qeyd edin?
Hikmətli bulaqdan qətrələr: 1-Xanım Fatimə qadınlar üçün ən gözəl şeyin nə olduğu barəsində buyurub: “(Qadınlar üçün ən yaxşısı) kişiləri görməmələri və kişilərin də onları görməmələridir”. 2-Xanım Fatimə (s.ə): “Allah Rəsulu buyurub: “Vay o qadının halına ki, həyat yoldaşını qəzəbləndirər. Xoş o qadının halına ki, yoldaşı ondan razı qalar”. 3-Yenə o həzrətdən: \"Barmağına əqiq üzük taxan adam həmişə xeyir görər\".
Əmanətdarlığın qismləri hansılardır?
Əmanətdarlıq İslam maarifində və eləcədə pak və insaflı insanların baxışında çox əsaslı bir xüsusiyyət kimi tanınır. Amma bəzəni insanların bəzisi onun tək bir yönlü ölduğunu düşünürlər. Elmin az olması və ya olmaması bu problemləri üzərə çıxarır. Biz də öz növbəmizdə bu elmin dərinləşməsi üçün axtarışmızdan bunu əldə etdi ki, İslam maarifində əmanətdarlığa üç cəhətdən yerinə yetirilməlidir: 1-İnsan Allahı qarşısında əmanətdar olmaldıır, 2-İnsan başqalarına qarşı əmanətdar olmalıdır. 3-İnsan özünə nisbətdə, əmanətdar olmadıdır yəni elmli, ömrü və qüdrətinə qarşı diqqətli olmalıdır.
Naməhərəmə baxmağın gətirdiyi pis nəticələr nələrdir?
Naməhərəmə baxmağın gətirdiyi pis nəticələr: 1. Pis adət əldə edər. 2. Rahatlığı aradan aparar. 3. Ağlı xəstə olar. 4. Müxtəliflik tələb etmək xəstəliyinə düçar olmaq. 5. İnsan bədnam olar. 6. Daima nigarandırlar. 7. Ailələr dağılar. 8. Günah doğurar.
Təfəkkür qüvvəsini gücləndirməyin 7 yolu hansılardır?
Əgər bir insanın təfəkkür qüvvəsi zəif olarsa, necə elm öyrənə, biliyini artıra, ibadətinin keyfiyyətini qaldıra və özünü kamala çatdıra bilər? Aydındır ki, əgər insanın təfəkkür qüvvəsi zəif olarsa, həqiqətləri olduğu kimi dərk edə bilməz. Belə bir halda məntiqli yol odur ki, insan təfəkkür qüvvəsini gücləndirsin. Bəs bunu necə edə bilərik? (Tebyan) Təfəkkür qüvvəsini gücləndirməyin 7 yolları: 1. Müəllimdən istifadə etmək. 2. Kitab və mütaliə ilə rabitədə olmaq. 3. Səfər etmək, eləcə də tarixi mütaliə etmək. 4. Kor-koranə təqlidçilikdən çəkinmək. 5. Alimlər və bilikli insanlarla əlaqə saxlamaq. 6. Bildiklərinə əməl etmək. 7. Hiss orqanlarından istifadə etmək: a). Yaxşı görmək. b). Yaxşı qulaq asmaq. d). Quran məsəllərinə diqqət etmək.
Dinsizliyin və imansızlığın zərərləri nələrdir?
Dinsizliyin və imansızlığın zərərləri ibarətdir: 1-Puçluq hissi keçmirmək, 2-Ruhi sakinliyin olmaması, 3-Məsuliyyət hissi və vəzifə borcları qəbul etməmək, 4-Təklik hissi keçirmək, 5-Ölçülərdə dəyərlərin dəyişdirilməsi, 6-Pərişanlığın yaranması, 7-Əxlaqi dəyərlərə qiymət verməmə,
Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün hansı düşüncələrə malik olmalıyıq?
Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün bu cür düşüncələr kömək edəndir: 1. Ehtiyac və yoxsulluq bəşərin zatındadır. 2. Mal-dövlət - imtahan vasitəsidir. 3. Dünya nemətləri azdır və həqiqi ruzi Allahın yanındadır. 4. Ruzi verən Allahdır. 5. Yoxsulluqdan xilas olacağına ümid bəsləmək.
Allaha yaxinlaşdıran və ondan uzaqlaşdıran səbəblər nələrdir?
İmam Kazim (ə) buyurur: Allaha yaxınlaşmağın ən gözəl vasitələri: 1-Onu tanıyandan sonra, 2-namaz qılıb 3-ata-anaya yaxşılıq etməkdir. Amma Allahdan uzaqlaşdıran əməllər: 1-paxıllıq, 2-özündən başqasını üstün bilməmək, 3-Hər hansı yaxşı əməlləri əsası özünü bilmək.