Həzrəti Muslim (r) Kufə səfirliyinə aid bir neçə sual cavab...


Suаl 1. Imаm Hüsеyn əlеyhissаlаmın Kufəyə göndərdiyi səfir kim idi? Cаvаb: Müslüm ibni Əqil.
Suаl 2. Kufə cаmааtı Imаm Hüsеyn əlеyhissаlаmı də`vət еtmək üçün nеçə məktub göndərmişdilər? Cаvаb: 150-yə qədər.
Suаl 3. Kufə cаmааtı Imаm Hüsеyn əlеyhissаlаmı dəvət еtdikləri müddətdə nеçə nəfər Həzrət Müslümdən bеyət еtdilər? Cаvаb: 18 min nəfər.
Suаl 4 Həzrət Müslümün uşаqlаrının аdı nədir? Cаvаb: Müslümün оğlаnlаrı Ibrаhim və Məhəmməd idilər ki, Məhəmməd Ibrаhimdən böyük idi və hər ikisinin yаşı 10-dаn аz idi.


İmam Hüseyn (ə) haqda 5 sual cavab...


Suаl 1. Imаm Hüsеyn əlеyhissаlаmın аzаn dеyəninin (müəzzin) аdı nə idi? Cаvаb: Həccаc ibni Məsruq.
Suаl 2. Imаm Hüsеyn əlеyhissаlаm və səhаbələri nə zаmаn Mədinədən Məkkəyə hicrət еtdilər?
Cаvаb: Imаm Hüsеyn əlеyhissаlаm hicrinin 60-cı ilinin rəcəb аyını 28-də bаzаr günü öz övlаdlаrı, qаrdаşlаrı (Məhəmməd ibni Hənəfiyyədən bаşqа) və bir dəstə qоhumlаrı ilə birlikdə gеcəylə Mədinədən Məkkəyə tərəf hərəkət еtdilər və cümə ахşаmı şə`bаn аyının 3-də Məkkəyə çаtdılаr.
Suаl 3. Imаm Hüsеyn əlеyhissаlаm nеçə gün Məkkədə qаldı və о Həzrət nə zаmаn Məkkədən Irаqа yоlа düşdü.
Cаvаb: Imаm Hüsеyn əlеyhissаlаm və səhаbələri 95 günə qədər Məkkədə qаldılаr və öz həcclərini tаmаm еdə bilmədiklərinə görə ümrəyə çеvirdilər və hicrinin 60-cı ilinin zihəccə аyının 8-də öz аiləsi və övlаdlаrı ilə birlikdə Irаqа tərəf yоlа düşdülər...


İmam Hüseyn (ə) haqda 12 sual-cavab...


Suаl 1. Imаm Hüsеyn əlеyhissаlаmın məşhur ləqəbi hаnsıdır? Cаvаb: Sеyyidüş-şühədа.
Suаl 2. Imаm Hüsеyn əlеyhissаlаmın künyəsi nədir?Cаvаb: Əbа-Əbdillаh.
Suаl 3. Imаm Hüsеyn əlеyhissаlаm nə zаmаn və hаrаdа dünyаyа göz аçdı? Cаvаb: Hicrinin 4-cü ili şəbаn аyının 3-ü, Mədinə şəhərində.
Suаl 4. Imаm Hüsеyn əlеyhissаlаmın yаşаyış dövrü nеçə hissəyə bölünür?
Cаvаb: Dörd hissəyə bölünür: 1) Pеyğəmbər zаmаnı. 2) Аtаsı ilə оlаn dövr. 3) Qаrdаşı Imаm Həsən əlеyhissаlаmlа оlаn dövr. 4) Öz imаmlıq dövrü.
Suаl 5. Imаm Hüsеyn əlеyhissаlаm nеçə il imаmаlıq еtmişdir? Cаvаb: 10 il...


Aşura günü İmam Huseyn (ə)-ın son sözləri nələr oldu?!


İzzət yalnız Allaha, Onun Peyğəmbəri (s)-ə və möminlərə məxsusdur. (Munafiqun surəsi, ayə 8)
Allahın Rəsulu (s) buyurubdur: Qeyrət imandandır. (Mən-la-yəhzuruhul-fəqih, cild 3, səh. 444)
Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir. (Mizanul-hikmət, cild 7, səh. 357)
Düşmən qoşunundan bəzisi İmam Hüseyn (ə)-ın şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə İmam (ə) fəryad edib buyurdu:
Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun.(Bihar, cild 45, səh. 49)...


Qurani-kərimdə zeytun, xurma və üzümün adı nə üçün xüsusi qeyd edilir?


Cavab: «Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: «...Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir». Nə üçün ayədə zeytun, xurman və üzümün adı xüsusi çəkilir? Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə bilməz.
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur. İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zeytun, yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür». Bütün bu əhəmiyyətlərinə görə, Quranda zeytun «mübarək ağac» adlandırılır...


Camaat namazında diqqət olunası 10 müstəhəb əməllər hansılardır?!


İmam Baqir (ə) nəql edir ki, İmam Əli (ə) belə buyurmuşdu: “Hər kim camaat namazının azanını eşidərsə və heç bir üzrü olmadan getmərsə onun üçün həmin vaxt təklikdə qıldığı namazın savabı olmaz. ” Vəsail Əş-Şiə, cild-5, səh: 375.
İslam şəriətinə əsasən gündəlik namazları camaatla qılmağın çox savabı vardır. Nəql olunan hədislərdə deyilir camaatla qılınan namazın savabı tək qılınan namazdan 25 dəfə çoxdur. İslam şəriətinə əsasən camaat namazında bu məsələlərə diqqət yetirmək namazın savabını artırar və sünnətdir:
1-Müstəhəbdir ki, camaat namazı qılmaq istəyən şəxs əgər kişidirsə İmamın sağ tərəfində dayansın, əgər qadındırsa sol tərəfində dayansın. Əgər iqtida edərsə məmun gərək imanın ayaqlarına və ya dizinə yaxın səcdə etsin...


Namaz qılanın paltarı üçün deyilən 8 müstəhəb əməllər hansılardır?!


İmam Sadiq (ə) buyurdu: “Ən yaxşı geyim odur ki, səni Allahı xatırlamaqdan qafil etməyə və səni başqasına çəkməyə səbəb olmaya. Bəlkə o paltar yaxşıdır ki, səni şükrə, zikr və itaətə həvəsləndirə.” Mənbə: Misbahuş-şəriə, 7 ci bab, geyim bölümü.
İslam şəriətinə əsasən namaz qılan şəxsin paltarında bu məsələlərə diqqət yetirməklə ibadətin savabını bir neçə dəfə artırmaq mümkündür:
1-Namaz qılan şəxsə müstəhəbdir ki, ibadətə dayandığı zaman ağır və vüqarlı geyimlərdən istifadə etsin!
2-Müstəhəbdir ki, namaza duran şəxs getimdə pambıq və kətan parçalardan tikilmiş paltarlardan istifadə etsin!
3-Müstəhəbdir ki, namaz qılan şəxs ibadətə dayanan zaman ağ və ən yaxşı paltarını geyinsin!...


İslam şəriət və hədislərində dəstəmaz alınarkən müstəhəb olan 9 tapşırıq hansılardır?!


Dəstəmaz alarkən diqqət olunası müstəhəb əməllər- Allahın Rəsulu (s) buyurdu: “الوضوء مفتاح الصلاه” Dəstəmaz namazın açılış və açarıdır. Nəhcül-Fəsahə- hədis: 1588.
Dəstəmaz və namaz insanı dayandıran vasitədir ki, beş vaxtda insanın bədən və ruhunu çirkinlik və günahlardan saxlayaraq paklıq və təmizliyə tərəf çəkir.
Müstəhəbdir ki, namaz qılan şəxs dəstəmaz alarkən dəstəmazın bütün şərtlərinə əhəmiyyət verərək Allahın razılığını əldə etsin. Bu yolla Allahın dərgahında ibadətə dayanarkən lazım olan diqqət və nuraniyyəti əldə etmiş olsun. Dəstəmazda diqqət olunması tövsiyə olunan əməllər:
1-Dəstəmazın birinci müstəhəb əməli qibləyə duraraq dəstəmaz almaqdan ibarətdir. Necə ki, rəvayətlərdə gəlmişdir: “Hər kim dəstəmazı üzü qibləyə duraraq alarsa onun əməl dəftərində iki rəkət namazın savabı yazılar. -Bir hədisdə İmam Həsən Müctəbanın (ə) dəstəmaz alması barədə belə nəql olunur: “Dəstəmaz alarkən ayaqları titrəyərdi, üzünün rəngi sarı olardı. İmamın bu halının dəyişməsini soruşduqda belə cavab verdi: -Hər kim Allahın dərgahında dayanmağa hazırlaşarsa münasibdir ki, rəngi dəyişsin və ayaqları titrəsin. (Onun əzəmət və böyüklüyündən qorxaraq...


Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər?


İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: \"Allahummə cafil-ərzə ən cənbey hi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu Öz dərgahına yüksəlt, ona Öz razılığını təlqin et. Onun qəbrinə Öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın)...


Anamı razı salmaq üçün istəmədiyim insanla ailə qurmağım düzdür?


Cavab: İslam dini ata-ana haqqına, onları nəzərə alıb diqqət yetirməyə böyük əhəmiyyət verir. Bir çox Quran ayəsində ata-anaya yaxşılıq (ehsan) əmr olunur. Ehsan yaxşı və gözəl rəftar etmək deməkdir. Allah bu barədə belə buyurur: \"Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: \"Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!
Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: \"Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”. Rəbbiniz sizin qəlblərinizdəkini çox yaxşı bilir. Əgər siz yaxşı (əməlisaleh) olsanız, bunu bilin ki, Allah pislikdən üz döndərib tövbəyə üz tutanları bağışlayandır”. (İsra, 17/23-25)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter