Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər hansı vəziyyətdə məhşur olarlar?


Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər hansı vəziyyətdə məhşur olarlar? Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər qiyamətdə bu vəziyyətdə gələrlər:
Həzrət Rəsulullah (s) buyurur: Hər kəs bu dəstə günahları etmiş olsa bu vəziyyətdə məhşur olar:
1-Söz gəzdirənlər, meymun simasında, 2-Haram yeyənlər donuz simasında, 3-Sələm yeyənlər, sabit qədəm olmayan halda- ayaqları titrərək, 4-Qəzavət etməkdə zülm edənlər, kor halda, 5-Özündən razı və özünü bəyənən şəxs, lal və kar halda məhşur olar. 6-Əməlsiz alim və qazilər, dillərini çeynəyən halda və eləcə də ağızlarından çirk gələr ki, onun iyi bütün insanları narahat edər. 7-Qonşulara zülm və əziyyət edən şəxs, iylənmiş murdardan pis iyiyə sahib olan halda, 8-Zalimlərin yanında xəbərçilik edən, alovlu paltar geyinmiş və göyərmiş misin bədəninə yapışmış halda, 9-Allah haqqını ödəməkdə maneçilik törədənlər, əl və ayaqlarının kəsilmiş halda məhşur olar. 10-Təkəbbürlü olanlar, yanğın ağaclara asılmış və yapışmış halda məhşur olarlar.


Uşaq tərbiyəsinə dair Quran hansı əxlaqi göstərişləri verir?


Uşaq tərbiyəsinə dair Quran hansı əxlaqi göstərişləri verir? Hər birimiz övladımıza düzgün tərbiyə vermək üçün can atırıq. Lakin bu yolda nə qədər müvəffəq olduğumuzu övladımız həddi-büluğa çatan zaman hiss edirik. Qurani-Kərim bizlər üçün daima hidayət çığarı olmuşdur. Övlad tərbiyəsində də bizlərə doğru yolu göstərir. Müqəddəs Kitabımız uşaq tərbiyəsinə dair bizlərə 10 göstəriş verir ki, onlarla tanış olaq: 1. Uşaqla alicənab rəftar etmək. 2. Həyanı təlim vermək. 3. Dindarlığın üsulları ilə tanış etmək. 4. Uşaqlara əhkamı öyrətmək. 5. Uşağın rəyinə hörmət etmək. 6. Uşaqda məsuliyyət hissini gücləndirmək. 7. Uşağın oynamasına və əylənməsinə diqqət etmək. 8. Övladlar arasına fərq qoymamaq. 9. Pis rəftar qadağandır. 10. Güzəşt etmək tərbiyə üsullarındandır.


Ən çox axirət faydası verən dostlar hansıdır?


Ən çox axirət faydası verən dostlar hansıdır? Yaxşı dost insanı Allah bəndəliyinə dəvət edəndir. Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “İmanın hansı qulpu daha möhkəmdir?”. Biri dedi namaz, biri dedi oruc, üçüncüsü dedi zəkat, dördüncüsü dedi həcc. Həzrət Rəsulullah (s) buyurdu: “Sizin dediklərinizin hamısı doğrudur. İmanın qulplarındandır. Lakin o möhkəm qulp - başqasıdır. Odur ki, insanlar bir-birini Haqqa xatir sevsinlər və Haqqa görə düşmən olsunlar”. Yəni insan Allaha xatir, zalımın zülmünə görə düşmən olsun. Tövhidinə, imanına və ədalətinə görə də dost olsun.
Bəs yaxşı dostun meyarı nədir? Yaxşı dostun xüsusiyyətləri: 1. İman. O kəs ki, imandan bəhrəsiz olar, dostluq etmək üçün şəxsiyyəti kifayət həddə olmaz. 2. Dini mövzulara hörmət etmək. 3. Düz danışmaq. Bütün şər qapılarının açarı yalandır. 4. İkitərəfli dostluq.


Namazdan sonra salavat deməyin nə belə faydaları var?


Namazdan sonra salavat deməyin nə belə faydaları var? Zöhr namazından sonra 100 dəfə salavat göndərənin borcu olmaz, imanı qorunar, nemətdən sorğu edilməz:
İslam dinində duanın xüsusi əhəmiyyəti vardır. Bəzən insanlar duanın yardımı ilə hədəflərinə çatmaq istəyirlər, lakin bunu bilmək lazımdır ki, duanın bəzi şərtləri vardır. Bəzi dualar müəyyən zamanda və müəyyən miqdarda və sayda oxunmalıdır ki, həmin təsiri göstərə bilsin. (Tebyan)
İmam Sadiq (ə) buyurur: “Bilin ki, Allahın adları xəzinə kimidir, əgər ədədlərini bir qədər az və ya çox etsən, əvvəldə və ya axırda qoysan, xəzinəyə çata bilməzsən”. Həzrət Peyğəmbərə (s) salavat göndərməyin fəziləti böyükdür. Hətta Allah Təala Özü bu işi görür və buyurur: “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56). ...


İslam Peyğəmbərinin (s) hədisində kimlərin namazı qəbul olunmayacaq?


İslam Peyğəmbərinin (s) hədisində kimlərin namazı qəbul olunmayacaq? Allahın Rəsulu Həzrəti Muhəmməd Mustafa (ə) buyurur: Beş nəfərin namazı yox kimidir.
1-Əri narazı olan qadının namazı hesaba gəlməz.
2- İmam camaat ki, ona iqtida edənlər onun əməllərindən narazıdırlar.
3-O şəxs ki, dini qardaşı ilə əlaqəsini kəsibdir və üç gündən çox onunla danışmaya,
4-O şəxs ki, davamlı olaraq şərab içir. (eləcə də deyə bilərik böyük günahları edən şəxsin tövbə etməyə qədər ibadətləri qəbul olunmaz.
5-Mömin şəxsin qeybətini edən şəxsin namazı hesaba gəlməz, o zamana kimi ki, qeybəti olunan şəxs haqqını bağışlaya.


Namazda qiyamın müstəhəb əməlləri nələrdir?


Namazda qiyamın müstəhəb əməlləri nələrdir? Namazda Qiyamın bir sıra müstəhəb əməlləri:
1-Bədəni düz saxlamaq, 2-Çiyinləri sallamaq, 3-Əlləri ayaqların üstünə qoymaq, 4-Əl barmaqlarını bir-birinə bitişdirmək, 5-Səcdə məkanına baxmaq, 6-Bədənin ağırlığını iki ayağın üstünə bərabər şəkildə salmaq, 7-Xüzu və xuşu halında olmaq, 8-Ayaqların birini irəli, digərini geri qoymamaq.
(Xamenei ağanın fətvaları na əsasən)


Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir?


Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir? İslam dininin bütün müsəlmanlara tövsiyəsi budur: Xeyir və saleh əməllərin hamısı birlikdə yerinə yetirilsin. Necə ki, yaxşı işləri diriltmək və eləcə də pis işləri məhv etməkdə Quran müsəlmanlara birlikdə olunmasını tələb edir. Saleh əməllərdən biri də vacib namazları birlikdə qılmaqdır. Əgər bu əməlin faydalarını yaxşı tanısaq camaat namazında daha tez iştirak edərik. Məqaləmizdə camaat namazında iştirak etməyin fəlsəfələrini açıqlayacağıq.
Camaat namazının fəlsəfələri: 1-Hesaba gəlməyən savabı qazanmaq imkanı əldə etmək. 2-Birlik rəmz və nişanəsi. 3-Cəmiyyətin problem və vəziyyətindən xəbərdarlıq, 4-Dini qardaşların vəziyyətindən xəbərdarlıq. 5-Dini məsələlərdən məlumatlanmaq, 6-Yersiz rəftarların dəyişməsi,


Məscidə getməyin bərəkətləri məsumların hədislərində


Məscidə getməyin bərəkətləri məsumların hədislərində Məscid ancaq vacib namazları yerinə yetirmək məkanı deyildir. İctimai və fərdi rabitələrdə mühüm rola malik olan bir müəssisədir. Məsumlarımız (ə) da bizə məhz namaz qılmaq üçün məscidə getməyi tövsiyə etmirlər. Sadəcə ora getməyi tövsiyə edirlər. (Tebyan) Rəvayətlərdə məscidə getməyin təsir və bərəkətləri:
A) İmam Həsən Muctəba (ə) məscidin 8 təsirindən buyurur: \"Hər kəs məscidə get-gəl edə, bu səkkiz fayda və bərəkətlərdən birini ələ gətirər: 1-Quranın aydın hidayət edən ayələrindən bəhrələnər, 2-yaxşı dost tapar, 3-Təzə biliyə sahib olar, 4-Gözlədiyi Allahın mərhəmətini qazanar, 5-Yolunu yaxşı tanımaqda yeni söz eşidər, 6-Azğınlıqlardan amanda qalar, 7-Məscid və həyasının artması səbəbindən günahı tərk etməyə güc tapar, 8-Allah qorxusundan günah və pis adətlərini tərk edər.
B) Məscidə getməyin bərəkətləri: Allahın Rəsulu (s) səhabələrinə xitab edərək buyurdu: \"1-Çətinlik gündə dəstəmaz almaq, 2-Məscidə çox get-gəl etmək, 3-Namazdan sonra camaat namazını gözləmək\" C) Məscid əhli Allahın ziyarətçisi hesab olunar: İmam Huseyin (ə) buyurur: Məscid əhli Allah ziyarətçəsi (məcazi mənasında) hesab olunarlar. Ev sahibinin öhdəsinədir ki, ziyarətçisinə hədiyyət versin. D) Məscid əhlinin şəfaətçiliyi: Peyğəmbər (s) buyurur: \"Allah Taala üç dəstəyə söz vermişdir ki, qiyamətdə hesab kitabsız cənnnətə daxil olsunlar, və hər biri də 8 min nəfəri şəfaət etsinlər. Rəvayətdə şəfaət edənlər: 1-Azan deyən şəxs, 2-məscid İmamı, 3-o kəs ki, dəstəmaz ala məscidə gedə və camaat namazı qıla\".


Adəm və Həvvanın neçə övladı var idi?


Adəm və Həvvanın neçə övladı var idi? Həzrət Adəmin övladlarının sayı barəsində (tarixi hadisələrin çoxu kimi) qəti nəzər mövcud deyil, çünki tarixi mötəbər kitablarda, onların adları və sayları barəsində ixtilaflar nəzərə çarpır. Bu da, ola bilsin onların tarixi yazma zamanı ilə çoxlu fasilənin olmasına ua onların hamısının adlarının mühüm olmaması və ... görə ola bilər.
Qazi Nasirəddin Beyzavi nizamut- tarix kitabında həzrət Adəm və Həvvanın övladlarının sayı barəsində deyir: Həvva hər dəfə hamilə olanda bir oğlan və bir qız (əkiz) dünyaya gətirirdi. Hər doğuşdan olan qız o biri doğuşdan olana verilirdi. (Hər doğuşdan olan qız, digər doğuşdan olan oğlanla əqd edilirdi). O ardında yazır: O (Həvva) yüz iyirmi qarın övlad dünyaya gətiribdir. Qabil dördüncü qarnın oğludur. Habilin ölümündən beş il sonra; Adəmin bir qarında tək qız olmayan bir oğlu oldu, ona \"Şeys\" adı qoydu və buyurdu: O Habilin əvəzinə mənə verilib və mübarək bir oğlandır və Peyğəmbər olacaq.[1] Bu nəzərə əsasən, Adəm və Həvvanın 239 övladı olubdur. Təbəri öz tarixində bu şərhə üç nəzər veribdir: 1. Oğlanlı qızlı yüz iyirmi övlad. 2. Qırx oğlan və qız. 3. İyirmi beş oğlan və dörd qız.


İmam Əli (ə) əvvəlki xəlifələrin başqa ölkələrə qoşun yetirməsi qarşısında hansı mövqe seçmişdi?


İmam Əli (ə) əvvəlki xəlifələrin başqa ölkələrə qoşun yetirməsi qarşısında hansı mövqe seçmişdi? Əbu Bəkr və Ömər bəzi müharibələrdə, o cümlədən İran və Roma müharibələrində, Beytül-müqəddəsin fəthində Əli (əleyhis-salam) ilə məşvərət edirdilər, lakin o həzrətin özü müharibədə iştirak etmirdi. Həzrət Əli (əleyhis-salam) belə hallarda öz nəzərini təkcə islamın və müsəlmanların məsləhəti əsasında deyil, üstəlik bütün bəşər cəmiyyətinin, xüsusilə müstəzəflərin və məzlumların mənafeyinə olan əsasda elan edirdi.
İranla aparılan müharibədə Əli (əleyhis-salam) bütün dünya əhalisinə, hətta qeyri-müsəlmanlara və kafirlərə belə, xeyirxah nəzərlə yanaşan və onlara ürək yandıran məsum İmam ünvanı ilə məşvərətçi nəzərlər verməklə elə bir iş gördü ki, bu müharibələr mümkün olan ən az təhlükə və ən aşağı miqyaslı tələfatla sona çatdı.
Diqqət yetirmək lazımdır ki, əgər o dövrdə Peyğəmbər (səlləllahu əleyhi və alih) sağ olsaydı, yaxud Əli (əleyhis-salam) Peyğəmbərdən sonra xilafətə çatsaydı, şübhəsiz, hadisələr tamamilə başqa şəkildə baş verərdi. Yəni xəlifələrin dövründə baş verən fəthlər İmam tərəfindən tam şəkildə və yüz faiz qəbul olunmurdu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter