Həyatı cənnətə çevirəcək həyat yoldaşın qismət olması üçün necə dua edək?!


REBBIM bir insan qoy qelbime!! Amma o insan Senin de sevdiyin olsun Ve mene ele bir insan sevdir ki,O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki, Menden evvel onunla goruwmuw olan Sen olasan Onunla el-ele tutdugumuzda Ikimizin uzerinde Senin elin olsun
Mene ele gozler goster ki, Men o gozlerden Sene baxim Mene ele bir sevgili ver ki, O gozler Cennete acilan iki pencere olsun
Onunla ele bir yolda gedek ki, Beledcimiz Sen olasan ey REBBIM Ele bir sevgili ver ki mene, Ona sarildigimda kainat bize baxsin Bir-birine sarilsin
Sevgimiz qurdla quzulari bariwdirsin Bize baxib weytan Ademe secde etsin Gunah savab ugrunda ozunu feda etsin.
Bize ele bir sevgili ver ki, Sevgimizde Mehemmed (s.a.s) sevilsin Ele sevek ki bir-birimizi Hz. Xedice goylerden bize seslensin Ve desin ki,
Ya Mehemmed bax bu sevgililere. Onlar bizde, bizde onlardayiq.Bax Ewqimiz bir daha yawanir yer uzunde...


Hz Peyğəmbər (s) axır-zaman insanların vəziyyəti haqda nələr buyurmuşdu?!


Muhəmməd Peyğəmbər( ə ) axır zaman haqqda söylədikləri:
1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər.
2.Rüşvətə şirinlik adi veriləcək,gözdaği üçün günahsiz insanlar öldürüləcək
3. \"Peyğəmbərəm\" deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək.
4. \"Məndən bir hədis söylənincə\" \"Rasulullah bu söyləməz, hədisi burax, Qurana bax!\" deyərək məni yalanlayanlar çıxacaq.
5. \"Qurandan başqa dəlil qəbul edə bilmərəm\" deyənlər çıxacaq.
6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər...


Hz Peyğəmbər (s) rihlətindən öncə qəbristanlığa gedərək dəfn olunan möminləri hansı məsələ ilə müjdələdi?!


Səfər ayının 28-si Peyğəmbərin (s) vəfat etdiyi tarixdir. Nəql edirlər ki, həmin günün gecəsi müsəlmanlardan biri Peyğəmbərimizin (s) yanında qalır ki, ona yardım etsin. Gecənin qaranlığında Peyğəmbər (s) həmin müsəlmanı çağırdı və buyurdu: \"Gəl, məni qaldır”. Bu sözlərdən aydın görünür ki, Həzrətin bədəni çox zəifləmişdir və ayağa qalxa bilmirdi. Həmin müsəlman nəql edir: \"Mən Peyğəmbərin (s) qolunun altına girib, onu otuzdurdum.”
O, buyurdu: \"Oturmaq istəmirəm. Məni qaldır, bayır qapısını yavaşca aç və məni Bəqi qəbiristanlığına apar”. Dedim: \"Ağacan, siz bu halla addım ata bilmirsiniz, getmək sizin üçün çətin olar. Bu gecə vaxtı niyə Bəqi qəbiristanlığına gedirsiniz?”. Amma mən gərək Peyğəmbərin (s) əmrinə itaət edəydim. Odur ki, o Həzrətin (s) qolunun altına girdim və qəbiristanlığa tərəf apardım”...


Quran və hədislərə əsasən: Salam insanlar arasında dostluq üçün bir yoldur!


Əksər insanlar görüşdükləri vaxt bir-birlərinə məhəbbətlərini bildirir, bir-birlərinə dua edib sağlamlıq arzulayırlar. Bu münasibət bəzən sözdə, bəzən əməldə özünü göstərir. İnsan qarşı tərəfə öz dili, əli ilə və ya başqa bir şəkildə məhəbbətini bildirir. Dostluq əlaqəsini bildirmək üçün müsəlmanlar arasında daha çox müraciət olunan yollardan biri salamlaşmaqdır. \"Salamun ələykum” yəni Allah səni salamat etsin. Bu mübarək və pak bir salamdır. Qurani- kərimdə də salam məhəbbəti bildirmə vasitəsi kimi təqdim olunur. Saleh əməl sahibləri behiştdə bir-birlərini salamlayırlar.
Salam təkcə müsəlmanlara xas deyil. İslamdan öncəki qövmlər arasında da salamlaşma olmuşdur. Mələklər naməlum qiyafədə həzrət İbrahimin görüşünə gəldikləri vaxt onu salamladılar və həzrət İbrahim də onların salamını aldı. Bu mövzuda bir neçə hikmətli buyuruğu nəzərdən keçirək: Həzrət Peyğəmbər (s) buyurur: \"Sözə salamla başlayın, salamsız sözə başlayana cavab verməyin.” İmam Sadiq (ə) buyurur: \"Salam verməkdən çəkinən şəxs paxıldır...


Şeytanı, iblislərinə gördüyü işlərdən hansı daha çox sevindirdi?!


Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi. İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi: -Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım.
Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi.
Digər şeytan söz aldı: -Mən bir insanın qumar oynamasına səbəb oldum. Hər şeyini itirmişdi. Sadəcə evi qalmışdı. Ona \"Evini də ortaya qoy. Qazansan, bütün itirdiklərini geri alarsan” –deyə vəsvəsə verdim. O da oynadı və evini itirdi. İndi uşaqları ilə bayırda qalıb.
Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:...


İblisin ilk və birinci olaraq gördüyü işlər nələr olmuşdur?!


İblisin ilk dəfə gördüyü işlər
Yer əhalisindən göylərə Allaha ibadət edən ilk kəs İblis olmuşdur.
İbadəti mələkləri təəccübə gətirən ilk kəs İblis olmuşdur.
Allaha etiraz edən ilk kəs də İblis olmuşdur.
İlk fəryad çəkən də İblis olmuşdur ki, həmin gün Allah ona lənət elədi
İlk dəfə başqalarına oxşarlığı yaradan da İblis olmuşdur.
İld dəfə cadu edən İblis olmuşdur.
İlk dəfə saz düzəldib çalan İblis olmuşdur
İlk dəfə saç uzadıb zülf saxlayan İblis olmuşdur...


Hz Peyğəmbər (s) Allahdan həya etməyi hansı əməllərə bağlı olduğunu buyurur?!


Kim Allahdan həya edirsə Bir gün Rasulullah (s) minbərə çıxır və səhabələrə müraciət edərək buyurur: - \"Allahdan həya edin!” Səhabələr dedilər: - \"Ya Rasulullah! Axı biz Allahdan həya edirik.”
Rasulullah (s) buyurdu: - \"Sizdən kimsə Allahdan həya edirsə heç bir gecə ölümü gözü önünə gətirmədən yatmasın,qarnına haram tikə qoymasın, zinadan çəkinsin, dilini, gözünü və qulağını haramdan qorusun, ölümü və öldükdən sonra çürüyəcəyini düşünsün, dünya zinətinə aldanmasın!


Həzrəti Peyğəmbər (s) Allah-Təalanın (c.c) bəndələrinə olan məhəbbətini səhabəsinə necə izah edir?!


Bir kişi mərhəmətli Həzrəti Məhəmmədin (s) hüzuruna gəlib dedi: \" Ey Allahin elçisi meşədən keçəndə quş balalarının səsini eşitdim.Onları götürüb,xurcuna qoydum.Ana quş başımın üstündə qanad çalanda xurcunu açıb, balalarını ona göstərdim.O balalarının yanına qondu üstünə qanadlarını açdı.Yenidən xurcunun ağzını bağlayıb bura gətirdim.\"
Məhəmməd Peyğəmbər dedi: \"Xurcunu yerinə qoy ,ağzını aç !\"
Kişi peyğəmbərin sözünə əməl etdi.Quşun balalarını əvvəlki yerinə qaytardı və analarını da yanına buraxdı.Ana quş balalarına qovuşdu.Məhəmməd Peyğəmbər buyurdu:
\"Ananın balalarına olan məhəbbət və eşqindən razısanmı? And olsun məni peyğəmbər göndərənə, Allahın öz məxluqatına olan məhəbbəti ananın balalarına olan məhəbbətindən daha çoxdur.\"


İslam şəriətinə əsasən namazın savabını artıran 30 əməl hansılardır?!


Namazın müstəhəb əməlləri
1. Birinci rəkətdə Həmddən qabaq “Əuzu billahi minəş- şəytanir- racim” demək;
2. Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rahim”i ucadan demək;
3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək;
5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;
6. Həmdi oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək; istər camaat namazında, istər də tək halda (furada) qılınan namazda.İstər pişnamaz olsun, istərsə də iqtida edən...


Hansı məsələlər həqiqi narahatçılıq yaratmalıdır... Nələr üçün narahat olmağa dəyməz?!


Niyə bikefsən??? Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?
Niyə bikefsən??? Yunus peyğəmbər (a.s) kimi dənizəmi atıldın?...
Nə düşünürsən, dünyalıq işlərmi? Kədərlənəcəksənsə, namazını qəzaya saxladığın üçün, birinin qəlbini qırdığın üçün kədərlən..
Kədərlənəcəksənsə, bu gün Allah üçün bir şey etmədiyin üçün, Allahi Rəsulun (s) İmamları (ə) razı edə bilmədiyin üçün kədərlən..
Fələstində, Suriyada və Dünyanın dörd bir yanında zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən..
Kədərlənəcəksənsə, bir kasıba yardım edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən..


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter