Namaz qılmayan şəxsə şeytanın nəsihətyönlü cavabı nə oldu?


Namaz qılmayan şəxsə şeytanın nəsihətyönlü cavabı nə oldu? Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir: - Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir: - Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir: - Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmiş ki! ceferiler.


Kərbəlada səbrdə Həzrət Zeynəbdən (ə) dərs alan şir ürəkli ananın əhvalatı nə idi?


Kərbəlada səbrdə Həzrət Zeynəbdən (ə) dərs alan şir ürəkli ananın əhvalatı nə idi? Aşura günü Cunadə ibn Haris Ənsari meydana gedib şəhid olandan sonra, oğlu Əmr də döyüşə girdi və kafirlərdən bir dəstəsini öldürəndən sonra şəhid oldu. Ondan da sonra atası şəhid olmuş cavan bir oğlan meydana gedəndə anası ona dedi: “Meydana get və peyğəmbər övladının düşməniylə döyüşüb İmamı (ə) müdafiə et”. O, meydana tərəf çapıb, gücü çatdığı qədər İmam Hüseynin (ə) hüzurunda döyüşdü. İmam (ə) buyurdu: “Atası təzə şəhid olmuş bu cavan oğlanın anası bəlkə onun meydana gəlməsinə razı olmazdı”. Cavan dedi: “Məni anam meydana göndərib”. Cavan ildırım kimi sıçrayıb meydana tələsdi və döyüşməyə başladı. Axırda şəhid oldu. Onun anası bu səhnəni görürdü. Düşmən o cavanın başını bədənindən ayırdı və anasına tərəf atdı. Ana bir xeymənin sütununu əlinə götürüb özü meydana getdi və belə bir rəcəz oxudu: “Ey mənim qəlbimin sevinci Hüseyn! Mən əldən düşmüş, üzülmüş zəif bir qarıyam”.
Sonra düşmənlərə xitab edib dedi: “Ey Allah düşmənləri! Fatimənin (ə) əziz övladlarına kömək etmək üçün sizi ağır zərbələrlə məhv edəcəm”. Bu qadın düşmənlərdən ikisini öldürdükdən sonra İmam Hüseyn (ə) onu xeyməyə qaytardı və onun üçün dua etdi...


Möminə xanımın Allah-Taaladan qazanacağı tövfiqlərdir bunlar!


Möminə xanımın Allah-Taaladan qazanacağı tövfiqlərdir bunlar! Salihə qadına veriləcək lütflər:
1. Namazını qılan, orucunu tutan, iffətini qoruyan, yoldaşına hörmət və itaət edən salihə qadın sayılır və ona dilədiyi qapıdan Cənnətə girmə haqqı verilir.
2. Əri xanımına şəfqətlə baxar, xanımı da ərinə şəfqətlə (mərhəmətlə) baxarsa, Allah c.c. hər ikisinə şəfqətlə baxar.
3. Xanımına bir dini məsələ öyrədən kişiyə 80 illik nafilə ibadət savabı verilir.
4. Əri qadınından razı halda ölən möminə qadına Cənnət vacib olur.
5. Ümmətimin qadınlarının ən xeyirliləri mehirləri (evlənmə zamanı kişinin verdiyi mal) ən az olanlarıdır.
6. Ər ilə arvadı bir-birinə düşmən edən kişi və ya qadın mənim ümmətimdən deyildir.
7. Ciddi səbəb olmadan boşanmaq istəyən qadın Allahın rəhmətindən uzaq olar.
8. Əri evə yorğun bir halda gəldiyində xanımı onun hal və xətrini soruşduqdan sonra, əri söyləmədən onu ovxalayarsa, qadına 7 qram qızıl dəyərində sədəqə vermiş savabı verilir. Əri söylədikdən sonra ovxalayarsa 7 qram gümüş dəyərində sədəqə vermiş savabı verilir.


İmam Sadiqin (ə) nəsihət istəyənə 11 nurlu kəlamları nə oldu?


İmam Sadiqin (ə) nəsihət istəyənə 11 nurlu kəlamları nə oldu? Bir nəfər İmam Cəfər Sadiqin (ə) yanına gəlib, Ondan nəsihət istədi. İmam o adama buyurdu:
1. Əgər Allah-təala ruzi yetirəcəyinə vəkildirsə, onda ruzi qazanmaqdan ötrü dəridən-qabıqdan çıxmaq nə üçündür?
2. Əgər ruzi Allah tərəfindən bölünübsə, onda hərislik nə üçündür?
3. Əgər Qiyamət gününün hesabı həqiqətdirsə, onda dünya malını toplamağın nə mənası var?
4. Əgər xərclənən malın geri qayıdacağı və artacağı Allahın öhdəsindədirsə, onda xəsisliyə səbəb nədir?
5. Əgər cəza izzət və cəlal sahibi olan Allahdandırsa, günahın səbəbi nədir?
6. Əgər ölüm haqdırsa, bu dünyada doyunca gülmək nə üçündür?
7. Əgər bütün əməllər həqiqətən Allaha təqdim olunursa, hiyləgərlik etməyin nə mənası var?
8. Əgər Şeytan düşməndirsə, ondan qafil olmağın səbəbi nədir?
9. Əgər sırat körpüsünün üzərindən keçmək haqdırsa, özünə qürrələnməyin nə mənası var?
10. Əgər hər şey qəzavü-qədərə bağlıdırsa, kədərlənmək nə üçündür?
11. Əgər dünya fanidirsə, ona arxayın olmaq nədəndir? (Şeyx Səduq. Tövhid, səh. 376).


İnsan üçün hansı mənəvi üstünlük var ki, namazda olmasın?


İnsan üçün hansı mənəvi üstünlük var ki, namazda olmasın? Ustad Qəraəti buyurur: “Tarixdə gəlmişdir ki, İmam Riza (ə) Məşhəddə olanda camaat namazı qılmaq istədi. Zamanənin zalim xəlifəsi olan Məmuna dedilər ki, əgər Riza (ə) camaat və bayram namazı qıldırsa sənin işin sona çatacaq və məqamını əldən verəcəksən!! Məmun İmam Rizadan (ə) xahiş etmişdi ki bayram namazı qılsın bu hədələmədən qorxaraq, İmamı ictimai ibadətdən yarımçıq sarayına qaytardı.
Yəni namazdır ki insanlarda sevinc, həyəcan və eləcə zalim-zülmə qarşı oyadır. Qəraəti: Mən sizə deyim ki, bu namaz və camaat namazlarımızdır ki, İranda İslam hökuməti qurdu. Namazı qorumaq məsumların qiyamətdə şəfaətinə şərait yaradar başqa günahlar qarşısında. Bəziləri deyirlər ki, namazı vaxtında qılmaq üçün vaxtımız yoxdur!! Onlardan soruşuram: Yol qaydalarında qırmızı işıqda dura bilirsiniz?! Çörək cərgələrində durmağa vaxt tapırsınız?! Maşınınıza benzin doldurmaq üçün gözləmək üçün vaxt tapırsınız?!
Diqqət yetirməlisiniz ki, cavanlarınızı evləndirirsiniz ki, çirkin işlərdən çəkinsinlər, namazı da qoruyun ki batininiz çirkin işlərdən amanda qalsın. Namazda hər şey var, Məad, Tövhid, nübuvvət, İmamət və Allahın ədalətini bu xüsusi ibadətdə görmək olar. Namazda paklıq-nəzmlilik qaydaları var ... Qurani Kərimdə 270 yerdə Allah-Taala namaza dəvət edir zəkat çıxmaqla bir yerdə. Yəni daxili kasıbçılığınızı ibadətlə doldurun.


Uduşlu kağızlar (lotorеya)- İslamda hökmü nədir?


Uduşlu kağızlar (lotorеya)- İslamda hökmü nədir? -Lotorеya bilеtlərini alıb-satmaq və mükəlləfin udduğu mükafatı götürməsinin hökmü nədir?
Cavab: Lotorеya bilеtlərini alıb-satmaq düzgün dеyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
-Sual-1: Camaat arasında “еkoloji hədiyyə”, yaxud “rəhmət hüması” adları ilə hazırlanıb yayılan vərəqələri hazırlamaq, onlar üçün pul vеrmək və bu vərəqələr vasitəsilə püşkdə iştirak еtməyin hökmü nədir?
Cavab: Xеyriyyə işlərində sərf olunmaq, xеyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq еdib rəğbətləndirmək məqsədi ilə xеyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Еləcə də xеyriyyə işlərində iştirak еtmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul vеrməyin еybi yoxdur.
-Sual-2: Bir şəxs öz maşınını bəxt yoxlamaq üçün qərar vеrmişdir (uduşa qoymuşdur). Bеlə ki, müsabiqədə iştirak еdən şəxs müəyyən tarixdə və müəyyən qiymətə püşk atılacaq vərəqəni alır və qеyd olunan müddət sona çatdıqdan və camaatın bir qrupunun püşk mərasimində iştirak еtməsindən sonra püşk kimin adına çıxsa, o şəxs udur və qiymətli maşını təhvil alır. Maşını satmaq üçün püşk atma yolundan istifadə еdilən bu üslub şərən caizdirmi? Cavab:


İslamda Böyük oğulun atanın qalmış namazlarının qəzasını qılmasının hökmü- 5-Sual-Cavab


İslamda Böyük oğulun atanın qalmış namazlarının qəzasını qılmasının hökmü- 5-Sual-Cavab Atanın qəza namazlarının böyük oğula düşməsi haqda 5 şəri hökm:
1-Sual: Böyük oğulun boynunda oruc-namaz qəzası olsa, bundan da əlavə, atasının oruc-namazı da onun boynunda olsa, bu halda (qəzalardan) hansını birinci еtməlidir? Cavab: Bu halda ixtiyar sahibidir; hansından başlasa, еlə o da düzdür.
2-Sual: Mənim atamın boynunda bir qədər qəza namazı vardır, lakin qəzasını qıla bilmir. Mən də ailədə böyük oğlanam. Atamın sağlığında onun fövtə gеtmiş namazlarını qılmağım, yaxud bu işi görmək üçün bir nəfəri əcir еtməyim caizdirmi? Cavab: Diri bir şəxsin oruc-namazının qəzasını yеrinə yеtirmək üçün naib tutmaq düz dеyil.
3-Sual: Bütün ibadi əməlləri bilərəkdən tərk еdən atanın 0böyük oğluna vacibdirmi ki atasının fövtə gеtmiş bütün oruc-namazlarını (təqribən əlli illik) qəza еtsin? Cavab: Qəsdən tərk еdən halda böyük oğula, onların qəzasını yеrinə yеtirməsi vacib dеyil, lakin müstəhəb еhtiyat budur ki, bеlə olan halda da (atanın əvəzində) onların qəzasını yеrinə yеtirsin.
4-Sual: Ata bütün ömrü boyu namaz qılan olmasa, bu halda onun bütün namazları qəzadırmı və böyük oğula onların qəzasını qılmaq vacibdirmi? Cavab: Vacib еhtiyat budur ki, bеlə olan halda da (onun əvəzindən) yеrinə yеtirilsin...


Həzrəti Zeynəb (ə) və Əbulfəzl Abbasın İmam Əli (ə) ilə tarixi ibrətli əhvalatından yazın?


Həzrəti Zeynəb (ə) və Əbulfəzl Abbasın İmam Əli (ə) ilə tarixi ibrətli əhvalatından yazın? Tarixdə qeyd olunmuş İmam Əlinin (ə) oğlu Abbas və qızı Zeynəbi Kübra (ə) ilə ibrətdolu əhvalatı: (Aviny)
-Bir gün İmam Əli (ə) oğlu Abbas və qızı Zeynəblə oturmuşdu. Üzünü Abbasa tutub dedi: De: Bir. Abbas (ə) atasının istəyini dedi.
Sonra İmam (ə) oğlu dedi: De iki. Abbas (ə) atasının istəyinə cavab olaraq belə ərz etdi: Bir dillə ki Allahın təkliyini demişəm ona şərik olan ikini də dilə gətirim. Həzrət Abbasın (ə) atasına incə cavabı xoş gəldi və övladının alnından öpdü.
- Sonra İmam Əli (ə) üzünü qızı Zeynəbə (ə) çevirərək sual soruşmaq istədiyini gözləməyən qızı atasına sual ünvanladı! Ata! Bizləri sevirsən?! Möminlərin Əmiri (ə) qızının cabaında buyurdu: \"Bəli qızım. Övladlarımız bizim qəlbimizin parəsidirlər.\".
Həzrəti Zeynəb (ə) bu sualı ilə əsas sualına başlayaraq soruşdu: \"Ata! İki sevgi (Allah və övlad sevgisi) mömin şəxsin qəlbində yer tapmaz!! Əgər sevməlisənsə gərək mehribanlığını bizlərə göstər Amma xalis sevgini isə Allaha göstər. İmam Əli (ə) bu iki istedadlı övladının sözlərini eşidərək onlara daha çox rəğbət və əlaqə göstərməyə başladı...


Kimlər Həzrəti Zeynəbdən (ə) hədis nəql etmişlər?


Kimlər Həzrəti Zeynəbdən (ə) hədis nəql etmişlər? Həzrəti Zeynəbin (ə) nəql etdiyi rəvayət və hədislərin etibarı məsumlardan hədis nəql edən ravilərin etibarından daha üstündür. Çünki Zeynəbi-Kübra (ə) məsumların hədislərini dəqiqliyi ilə dərk edib nəql edən xanımlardan hesab olunur. (zaynab.ommolketab)
Şiə alimlərinin baxışına görə Həzrət Zeynəb (ə) Ali Əbadan (ə) hər nə hədis nəql edibsə hamısı etibarlı və əməl edilməsi İlahi qanuna tabe olmaq hesab olunur. Hətta uşaqlıq çağında ondan gələn hədislər belə Cəfəri məktəbinin hədis silsiləsindən etibarlı olaraq qəbul olunmuşdur. -Tarixə fəxr olan bu xanım Peyğəmbərin (s) ölümündən 5 il əvvəl dünyaya gəlmiş, atası İmam Əli (ə) anası isə sonuncu peyğəmbərin (s) qızı olan Fatimədir (ə). -Zeynəbi-Kübra (ə) hədislərinin çoxunu anası Fatimədən (ə), atası İmam Əlidən (ə), Əsma binti Ümeys və Ümmü Əyməndən nəql etmişdir. -Həzrəti Zeynəbdən (ə) çox sayda rəvayətlər hədis kitablarında qeyd olunmuşdur. -Həzrəti Zeynəbdən (s) hədis nəql edən şəxslər isə ibarətdirlər: Əli ibn Hüseyn (ə) İmam Səccad (ə), İbn Abbas İmam Əlinin (ə) Quran və təfsir şagirdi, Məhəmməd ibn Ömər. Əta ibn Saib, Fatimə binti Hüseyn, Məhəmməd Cabir, İbad Amiri və sair...


Nəfsani istəklərin ardınca getmək insanın həyatında hansı mənfi təsirlərə səbəb olur?


Nəfsani istəklərin ardınca getmək insanın həyatında hansı mənfi təsirlərə səbəb olur? Əgər insan nəfsani istəklərin ardınca getsə, bir müddət sonra başa düşəcək ki, Allah ondan əl çəkmişdir və ona yardım etmir. Quranın nəzərinə görə, nəfsani istəklərin ardınca getmək insan üçün təhlükəli nəticələr gətirər. Onların bəzisinə işarə edək:
1. Qəflətə səbəb olar. “Qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).
2. Küfrə səbəb olar. “... Ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətdən) yayındırmasın, ki, həlak olarsan”. (“Taha” 16).
3. Yolunu azmaq. “Beləliklə, əgər sən (in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. ...”. (“Qəsəs” 50).
4. Haqq yolundan yayınmaq. “... Nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar”. (“Sad” 26).
5. Fəsada səbəb olar. “Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs pozuntuya düçar olaraq, yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi”. (“Muminun” 71)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter