Peyğəmbər (s)-dan qadınları incidən kişilərə müraciəti nə oldu?


Peyğəmbər (s)-dan qadınları incidən kişilərə müraciəti nə oldu? Peyğəmbər (s)-dan qadınları incidən kişilərə müraciət:
1-\"Qadınları ağlatmayın. Bunu bilin ki, Allah-Taala qadını ağladan kişini səhvini anlayanadək peşiman edər. Getdiyi hər qapı uğursuz olar. Qadının gözündən axdığı hər damcı yaşa görə o kişi əzablar çəkər.\"
2-\"Ən gözəl dünya neməti, insanın sahib ola biləcəyi nemətlərin ən xeyirlisi: Zikr dil, şükür edən ürək və insanın iman istiqamətində (müsəlmanca) yaşamasına köməkçi olan qadındır.\" Hz.Muhemmed (s)
3-Başqa bir rəvayətdə oxuyuruq: “Sizin ən yaxşınız ailəsi üçün yaxşı olandır. Mən öz ailəm üçün sizin hamınızdan üstünəm. Böyük insanlar qadınları girami tutur, rəzil insanlar onları əskik sayır.” Dini bir rəvayətdə deyilir: Qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir: “Bilin ki, Allah və peyğəmbər zövcəsinə zərər-ziyan yetirəndən üz çevirmişdir.”...


Qeybət etməyə zəminə yaradan 5 səbəb hansılardır?


Qeybət etməyə zəminə yaradan 5 səbəb hansılardır? Hər bir işi görmək üçün zəminə lazımdır. Qeybətin zəminələri çoxdur. Qeybət etmək böyük günahlardandır ki, insanın axirətini yandırar. Qeybətin zəminələrini tanıyaraq ki, bu böyük günahdan çəkinməyə çalışaq.
1. Qəzəbimizi müalicə edək. İnsan başqasına hansısa amilə görə qəzəblənərsə, qəzəbini yatızdırmaq üçün onun qeybətini edər və onun haqqında pis sözlər deyər. Bəzən də insan bu qəzəbini büruzə verməz və kinə çevrilər. Kinli insan qarşı tərəfin qeybətini etməyə həmişə həvəsli olar. Ona görə deyə bilərik ki, həm qəzəb və həm də kin qeybət üçün zəminə olar.
2. Sui-zənn. Bəzən insan elə bilir ki, başqaları onun əleyhinə danışır və onun əleyhinə şəhadət verirlər. Qarşı tərəf sözünə başlamazdan əvvəl, o, həmin insanın qeybətini edər. Ya da həmin insan haqqında əvvəl düz məlumat verər və sonra da onu yalana bağlayar.
3. Lovğalanmaq məqsədilə başqalarının qeybətini etmək. Başqalarının etibarını alçaltmaq məqsədilə qeybət edər ki, özünü onlardan daha böyük göstərsin...


Gözəl əxlaqın 10 komponenti nələrdir?


Gözəl əxlaqın 10 komponenti nələrdir? İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq 10 şeydir, əgər bacarsan onlara malik ol. Bəzən bir şəxsdə o olur, övladında olmur. Bəzən övladında olur, atasında olmur. Bəzən qulda olur, azadda olmur”. Soruşurlar ki, onlar hansılardır? Həzrət (ə) buyurur:
1. Allah yolunda sadiq və şücaətlə vuruşmaq. 2. Düz danışmaq. 3. Əmanətdarlıq. 4. Sileyi-rəhm. 5. Qonağa qulluq etmək.
6. Yoxsula yemək vermək. 7. Yaxşılıqların əvəzini vermək. 8. Elə iş görməmək ki, qonşunun məzəmmətinə səbəb olsun.
9. Dostun haqqına riayət etmək. 10. O kəs ki, Xaliq və məxluq qarşısında həyaya malik olar”.
(Həya bütün məkarim əxlaqın başında durur).


Kişi həkim qadın xəstəyə toxuna bilərmi?


Kişi həkim qadın xəstəyə toxuna bilərmi? Xəstələrin canı və iffəti həkimlərə əmanətdir...
Xalq arasında yayılmış bir söz var: Həkim xəstəyə məhrəmdir!! Guya kişi həkim qadın xəstəyə, qadın həkim kişi xəstəyə heç bir maneəsiz baxa və toxuna bilər. Etiqadlı insan üçün təqlid mərcələrinin hökmü əhəmiyyət kəsb edir. Əslində həkim xəstəyə yox, onun sirlərinə məhrəmdir!
Sual: Qadın xəstə qadın həkim olduğu zaman kişi həkimə, rentgenoloqa, sonoqrafistə, cərraha müraciət edə bilərmi? Müctəhidlərin baxışı:
-Ayətullah Sistani: Əgər mütəxəssis qadın həkim varsa, kişi həkimin haram baxış və haram toxunma ilə müayinə və müalicəsi icazəli deyil.
-İmam Xomeyni: Zərurət yaransa, kişi həkimə müraciət edə bilər. Amma qadın həkim varsa, kişi həkimə müraciət etməsin.
-Ayətullah Behcət: Zərurət yaranmasa, kişi həkim qadın xəstəyə baxa bilməz, toxuna bilməz.
-Ayətullah Xamenei: Əgər müayinə və müalicə haram baxış və haram toxunma ilə şərtlənibsə caiz deyil. Peşəkar qadın həkim olmasa istisnadır...


Allahla barışmaq üçün yol saxlamısan?


Allahla barışmaq üçün yol saxlamısan? Ağıllı insan dəlilsiz inkar etmir... Ləyaliyul-əxbar kitabında maraqlı bir əhvalat nəql olunub...
Nəcəfdən İrana qayıdan alimin olduğu karvanı yolkəsənlər qarət edir. Alim bir ömür zəhmət çəkib kitab yazmışdı. Bu kitab da qarət olunan mallar arasında aparılır. Alim məcbur qalıb yolkəsənlərdən birinə yaxınlaşır və deyir:
-Axı o kitabın sizin üçün dəyəri yoxdur. Mən ömrümü o kitaba sərf etmişəm. Əgər qaytarsanız sizə dua edərəm.
Yolkəsən deyir ki, qarət olunmuş mallar arasından nəsə götürə bilməz. Bunu başçıya demək lazımdır. Alim başçının harada olduğunu soruşanda, oğru dağın arxasını gösrtərir. Alim dağın arxasına keçir. Tənha alaçığa yaxınlaşanda görür ki, quldurların başçısı namaz qılır. O namazını qurtaran kimi alim təəccüblə soruşur:
-Sizin işiniz yoldan ötənlərin malını qarət etmək, oğurlamaqdır. Bu qədər günah içində namaz qlılmağınızın faydası nədir?
Başçı fikrə gedib deyir: -İnsan nə qədər günaha batsa da Allaha doğru dönmək, Allahla barışmaq üçün yol saxlamalıdır. Namaz qılıram ki, geri dönməyə üzüm olsun!


Hər insan daha çox günah etdiyi bədən üzvünə oxşar?


Hər insan daha çox günah etdiyi bədən üzvünə oxşar? Vilayet.info saytı yazır: Bəziləri iddia edir ki, insanlar məhşər səhnəsinə günahkar bədən üzvünə oxşar simada gətirilər. Belə bir iddia əsassızdır. Rəvayətlərdə deyilir ki, məsx əsasında qiyamət günü insanlar öz ruhiyyələrinə uyğun olaraq on sifətdə səhnəyə gətirilər:
1-Şayiə yayanlar meymun sifətində
2-Haram yeyənlər donuz sifətində
3-Sələmçilər dağınıq simada
4-Ədalətsiz hakimlər kor vəziyyətdə
5-Lovğalar kar və lal
6-Əməlsiz alimlər dilini çeynəyən vəziyyətdə ...


Pulla olmayan sədəqənin 7 növü hansılardır?


Pulla olmayan sədəqənin 7 növü hansılardır? Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:
1. Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir”.
2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Pisliyi və şəri yerinə yetirməmək – sədəqədir”.
3. Özün üçün sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Dilini saxla, çünki dili büdrəmədən qorumaq – sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən”.
4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: “Pakizə söz – sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım – sədəqədir”.
5. Susuza su vermək. İmam Sadiq (ə) buyurur: “Ən yaxşı sədəqə - ürəyi yanan susuzlara su vermək və onları sərinlətməkdir. Hər kim ciyəri yanan susuz insana və ya heyvana su içizdirərsə, Allah Qiyamət günü ona kölgə salar”...


İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi nə olmuşdur?


İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi nə olmuşdur? İslaminSesi – Quranla yanaşı Əhli-beytə itaət etmək dinin əsaslarından biridir. Əhlibeytin fəzilətlərini inkar edən münafiq hesab edilirsə, onları sevmək də cənnəti müjdələyən vədlərdən biridir. Əhli-beyti sevmək Quranda və hədislərdə o qədər tövsiyə edilib ki, bəziləri bunu səhv anlayaraq, vacib əməllər olmadan sırf Əhli-beyt məhəbbətinin qiyamətdə insanı xilas edəcəklərini düşünüblər.
İ. Baqir (ə) Xeysəmə adlı səhabəsi vasitəsi ilə ondan uzaqda olan şiələrə xüsusi tövsiyəsi və sifarişini bu şəkildə göndərib. “Bizim şiələrimizə çatdır ki, Allahın yanında olanlara yalnız əməllə nail olmaq olar. Onlara çatdır ki, qiyamətdə ən çox həsrət çəkən insan ədalət etməyi tövsiyə edib, öz işlərində isə onun əksinə əməl edən adamdır”
Ümumiyyətlə İmamlardan və peyğəmbərin özündən şiələrə edilən xüsusi tövsiyələr müxtəlif hədislərdə yer almışdır. Məhəmməd peyğəmbər (s) həqiqi şiələr haqda İ. Əliyə (ə) buyurdu: “Ey Əli Sənin şiələrin həm aşkarda həm də gizlində Allahdan qorxanlardır. Ey Əli sənin şiələrin mənəvi dərəcələr məsələsində bir-birini qabağlayanlardır. Onlar Allahla mülaqat edəndə (görüşəndə) onların hesab-kitabı qalmaz. Ey Əli sənin şiələrinin əməlləri hər cümə mənə göstərilir. Sən onların saleh əməlləri ilə sevin! Pis əməllərinə görə isə onlar üçün istiğfar et!”


Şəban sözünün mənası nədir?


Şəban sözünün mənası nədir? İslaminSesi – Şəban hicri-qəməri ilinin səkkizinci ayıdır. Ayın bu adla adlandırılması islamdan öncəki tarixə qayıdır. Şaban sözü şöbə (bölmə) şöbələşmək (bölünmək) mənasındadır.
Tarixçilər bildirir ki, rəcəb ayı ərəb qəbilələri üçün döyüşlərin qadağan olduğu ay idi. Amma növbəti ay isə (şaban) belə deyildi. Məhz bu ay başlayanda qəbilələr yenidən bir birindən ayrılıb şöbələşər və döyüşlərə başlayardılar.
Amma islam dini şaban ayına fərqli şəkildə baxır və fərqli şəkildə onu mənalandırır
Səvabul-Əmal əsərində gələn hədisə əsasən peyğəmbər (s) şəban sözünü belə izah edərdi:
“O şəban adlanıb, çünki möminlərin ruzisi bu ayda bölünər”


Şaban ayında hərgünlük gün batana yaxın oxunan dua hansıdır?


Şaban ayında hərgünlük gün batana yaxın oxunan dua hansıdır? Şəban ayının hər günü gün batana yaxın bu salavatların deyilməsi müstəhəbdir:
Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, şəcərətin-nubuvəti və məvziir-risaləti və muxtələfil-məlaikəh, və mə-dinil ilmi və əhli-bəytil vəhy. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl fulkil cariyəti fil-lucəcil ğamirəh, yə mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha, əl-mutəqəddimu ləhum-mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl-lazimu ləhum lahiq. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu-təsimin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali-Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, ət-təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, və;mur qəlbi bitaətik, və la tuxzini bimə-siyətik, vərzuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter