Məsumların hədisində Quranın \"Nəsr\" surəsini oxumağın nə belə savabı var?


Məsumların hədisində Quranın "Nəsr" surəsini oxumağın nə belə savabı var? Nəsr surəsini oxumaq haqda hədislər: -İmam Cəfər Sadiq (ə) bu surə haqqında buyurur: “Hər kim “Nəsr” surəsini vacib və ya müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənlərinə qarşı yardım edər və Qiyamət günü elə halda gələr ki, onunla danışan kitab olar. Allah bu kitabı qəbrinin daxilindən çıxardar. Orada cəhənnəm atəşinin istiliyindən aman vardır. Bu surənin qarisi üçün dünyada xeyir vasitələri hazır olar ki, kimsə görməmiş və qəlbinə daxil olmamışdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Nəsr” surəsini oxuyar, ona Məkkənin fəthində Peyğəmbərlə (s) birlikdə vuruşan və şəhid olanların savabı verilər. Hər kim “Həmd” surəsindən sonra oxuyarsa, namazı ən yaxşı şəkildə qəbul olunar”.
Bu surənin bərəkətləri: 1. Duaların qəbul olması. Hər kim “Nəsr” surəsini nafilə namazlarında və ya cümə günü günəş batan zaman oxuyarsa, dua edərsə Allah duasını qəbul edər. 2. Allah düşmən qarşısında ona yardım edər. Hər kim “Nəsr” surəsini vacib və müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənləri qarşısında yardım edər.


Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı?


Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı? Cavab: Əgər ata ilə oğul eyni zamanda dəfn edilirsə, bu vəsiyyətə əməl etmək olar. İslam tarixində eyni qəbirdə iki və daha çox cənazənin dəfn olunması halları olub (məsələn, Ühüd şəhidlərinin dəfni zamanı). Amma əgər oğul dəfn ediləndən sonra ata vəfat edir və oğlu ilə eyni məzarda dəfn olunmağı vəsiyyət edirsə, bu halda oğulun məzarını açmaq lazım gəlir. Bu isə şəriətimizlə qadağandır. İslam qanunlarına görə, yalnız bəzi zəruri hallarda qəbri açmağa icazə verilir. Məsələn, cənazə qəsbi torpaqda basdırılmışsa, qəbrin içinə başqasının şəxsi əşyası düşmüşsə və həmin şəxs öz əşyasını tələb edirsə, dəfndən sonra bədənin bir parçası tapılırsa, cənazənin sel suları və ya heyvanlar tərəfindən tələf ediləcəyinə güman yaranırsa, qətl hadisəsi və sairə bu kimi hallar zamanı araşdırmaya ehtiyac yaranırsa, hamilə ananın bətnində diri uşaq dəfn olunursa və sairə. Bu kimi hallardan əlavə, yalnız o zaman qəbri açmağa icazə verilir ki, cənazənin tamamilə çürüyüb torpağa qarışmasına əminlik olsun....


Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?


Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı? Cavab: Dinimizə görə, spirtli içki içilən məclislərə qatılmaq – o məclisin bir üzvü olmaq şərti ilə - günahdır. Məsələn, toy və qonaqlıq kimi məclislərdə, hətta stollardan birinə araq verilməsə də, amma eyni məclisin üzvü sayılırlar, çünki eyni məqsəd üçün bir araya gəliblər və eyni məsələni qeyd edirlər. Toy və ad günü məclislərinin evdə ya restoranda keçirilməsi də fərq etməz.
Lakin adi vaxtlarda restoran, yeməkxana kimi yerlərdə hər stol müstəqil sayılır. Hər masa arxasında əyləşənlər bir-birini tanımır, öz menyuları əsasında yemək seçir və öz hesablarını verirlər. Ona görə də, bir stolda oturanla başqa stolda oturan eyni məclis əhli sayılmır. Bu cür kütləvi yemək yerlərinə getməyin günahı yoxdur. Amma daha yaxşı olar ki, möminlər ümumilikdə spirtli içki verilməyən halal məkanlarda yemək yesinlər.


Sulu qəlyan çəkmək olarmı?


Sulu qəlyan çəkmək olarmı?Cavab: Müctəhidlərin əksəriyyətinin fikrincə, nə tütünlə çəkilən qəlyan, nə də sulu qəlyan haram deyil. Amma bunlar insan sağlamlığına ziyan olduğuna görə, istifadəsi bəyənilən sayılmır və imkan dairəsində bu vərdişdən qurtulmaq məsləhətdir. Sulu qəlyana gəlincə, bəzi elmi araşdırmalar onun hətta adi qəlyandan daha ziyanlı olduğunu göstərir. Doğrudur, sulu qəlyanda nikotinin miqdarı az olur, amma əvəzində dəm qazının miqdarının daha çox və daha yüksək temperaturda olması onun zərərini artırır. Eləcə də, ictimai yerlərdə sulu qəlyanın növbə ilə çəkilməsi, bu zaman gigiyena qaydalarına riayət edilməməsi ağız boşluğu vasitəsilə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Gənclərdə alışqanlıq yaratması və onları faydalı fəaliyyətdən yayındırması da sulu qəlyanın mənfi cəhətlərindən biridir./ixlas


Ən pis doğru söz nədir?


Ən pis doğru söz nədir? İnsanların yaxşı işlərini gizlətmək paxıllıq əlamətidir. Onu demək və stimul vermək lazımdır. Amma bu yaltaqlıqla nəticələnməməlidir.
-Allahın Peyğəmbəri(s) buyurub: “Zirəkliyin afəti və bəlası özünü tərifləmək, şücaətin afəti həddini aşmaq, güzəştin afəti minnət, gözəlliyin afəti qürur, ibadətin afəti süstlük, danışmağın afəti yalan, elmin afəti unutqanlıq, səbrliliyin afəti səfehlik, əsl-nəcabətliliyin afəti öyünmək və səxavətliliyin afəti israfdır.”
-Buna görədir ki möminlərin əmiri İmam Əli buyurub: “Düz sözlərin ən pisi kişinin özünü tərifləməsidir”...


Qiyamət tərəzisində ən ağır gələn yaxşı əməl hansıdır?


Qiyamət tərəzisində ən ağır gələn yaxşı əməl hansıdır? Qiyamət günündə insanların əməlləri hesab kitaba çəkiləndə onlarən əməlləri haqq tərəzisinə qoyulanda bəzi əməllərin ağırlığı daha çox olar. Onlar bəzən namaz və orucdan da təsirli olar.
“Mizan günündə tərəziyə Əxlaqi-həsənədən ağır bir şey qoyulmaz. Əxlaqi-həsənənin sahibi namaz və orucu tutanın dərəsəsində olar”
Sevimli peyğəmbərimiz həzrət Muhəmməd peyğəmbərdən gələn digər bir hədisdə deyilir: “Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar”


Allah-Taala (c.c) bəndəsində hansı hədiyyəni tələb edir?


Allah-Taala (c.c) bəndəsində hansı hədiyyəni tələb edir? İxtiyarımızda olan nemətlər Allahın bizə verdiyi hədiyyələrdir. Bəs Allah necə, bunların əvəzində bizdən hansı hədiyyəni istəyir?
İmam Sadiq buyurur: “Allah Təala İsa ibni Məryəmə vəhy etdi: Ey İsa hərzə insanlar hey gülərkən sən öz gözlərinin yaşını və qəlbinin xofunu mənə hədiyyə et! Ey İsa sən qəmginliklə gözlərinə sürmə çək! Qəbir üstünə get və uca səslə onları çağır! Bəlkə onda bir ibrət ala bildin. O zaman de ki, mən sizin arxanızca gəlib sizə qovuşacağam”


İmam Əli (ə) kimi ən pis dost olaraq tanıtdırır?


İmam Əli (ə) kimi ən pis dost olaraq tanıtdırır? Ən pis yoldaş kimdir sualına İmam Əlinin (ə) cavabı: Səhabələrdən biri İmam Əlidən ən şər və pis yoldaş barədə soruşur. İmam buyurur: “Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir( Yəni onu yaxşı cilvələndirəndir)\"
Pis yoldaşlar isə istər ki dostları da onların etdiyi səhvləri etsin. Onlar paxıldırlar. Onlar dostların uğuruna sevinmir ki heç narahat da olurlar. Buna görə yoldaşlarını da çəkib getdiyi uçuruma doğru aparırlar.


Qiyamətdə Allahın qonşuları adına layiq görülənlər kimlərdir?


Qiyamətdə Allahın qonşuları adına layiq görülənlər kimlərdir? İslaminSesi – Hədislərdə böyük savaba malik olan işlərin sırasında məktəb, mədrəsə, körpülər, yolllar, məscidlər və sair ümumi mənfəətli məkanların salınması və tikilməsidir. Bəzən ona “Sədəqətun Cairiyə” bəhrəsi davam edən sədəqə də deyilir.
Məscidi tikən şəxs o məscidin içində edilən idadətlər bə digər savablı əməllərin əcrində şərikdir. Hədislərin birində Allah məscidi tikənləri onu təmir edənlər və onu başsız qoymayanları özünə qonşu bilir.
Məhəmməd Peyğəmbər buyurub: “Qiyamət günündə Allah deyər: Hanı mənim qonşularım?!. Bu zaman mələklər, İlahi sənə kim qonşuluq etməyə layiqdir?. Allah buyurar: Məscidi abad edənlər. Burada abad edənlər dedikdə onu tikənlər, təmir edənlər, və onu aktiv saxlayanlar nəzərdə tutulur.


Həqiqi mömin hansı 7 xasiyyətə malik olmalıdır?


Həqiqi mömin hansı 7 xasiyyətə malik olmalıdır? Mömin insan üçün həqiqi sevinc o zaman meydana gələr ki, bir addım Allaha daha çox yaxınlaşar. Bəs həqiqi mömin necə olmalıdır?
1. Allaha yada salaraq, həyatında sevinc yaratmalıdır. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
2. Allaha və Məsumlara (ə) təvəssül etmək. Həqiqi möminin başqa bir xüsusiyyəti – təvəssül ruhiyyəsinə malik olmasıdır.
3. Allaha təvəkkül etmək. Həyatın ağır küləkləri qarşısında davamlı dağ kimi dayanarlar.
4. Həyatlarından razıdırlar. İmam Əli (ə) buyrur: “Sizə iki şeyi tövsiyə edirəm: birinci İlahi təqva və ikincisi isə işlərinizdə nəzmi”.
5. Həyatda hədəfə malik olmaq. Həqiqi mömin həyatda ali hədəflərə malik olsun və işlərini nəzm və proqram üzərində həyata keçirtsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter