Su içmək haqda İslamda hansı ədəb qaydası deyilmişdir?


Su içmək haqda İslamda hansı ədəb qaydası deyilmişdir? İçməyin qaydaları: Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu birnəfəsəiçməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi. Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı ki, «dünya və axirətdə ən içki sudur» («Bihar» 16-cı cild). Artıq bu gün uyğun kəlamların mənası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi su adı ilə yad edilir.


Yatmaq haqda İslamda hansı ədəb qaydaları deyilmişdir?


Yatmaq haqda İslamda hansı ədəb qaydaları deyilmişdir? Yatmağın qaydaları: Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu nemətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bihar» 73-cü cild).
Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil...


Başqalarının hüzurunda oturmaq haqda islam maarifində hansı ədəb deyilmişdir?


Başqalarının hüzurunda oturmaq haqda islam maarifində hansı ədəb deyilmişdir? Oturmağın ədəbi: Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar.
Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild)...


Qiyamət günü şad və kədərli olanlar kimlərdirlər?


Qiyamət günü şad və kədərli olanlar kimlərdirlər? Peyğəmbərdən (s.a.v.v) gələn hədisdə buyurulur: “Qiyamət günü bir insanı gətirəcəklər və onu Allah dərgahı qarşısında saxlayacaqlar. Əməl dəftərini ona verəcəklər. Ancaq öz yaxşı əməllərini orada görməyəcəkdir. Deyər: Allahım! Bu mənim əməl dəftərim deyildir. Çünki mən burada öz itaətimi görmürəm. Ona deyiləcəkdir: Sənin Pərvərdigarın nə səhv edər, nə də unudar. Əməlin insanların qeybətini etdiyin üçün bada getmişdir. Sonra başqa bir insanı gətirərlər. Əməl dəftərini ona verərlər. Orada çox sayda itaəti müşahidə edər. Deyər: İlahi! Bu mənim əməl dəftərim deyildir. Çünki mən bu itaətləri yerinə yetirməmişəm. Ona deyilər: Filankəs sənin qeybətini etmişdir, onun yaxşı əməlləri sənə verilmişdir”.
Peyğəmbərdən (s.a.v.v) gələn hədis: “Hər kim bir müsəlmanın haqqını dirçəltmək üçün haqlı şəhadət verərsə, Qiyamət günü elə halda gətiriləcəkdir ki, simasının nuru gözlər görənə qədər görünəcəkdir. Məxluqlar onu ad və nəsəbi ilə tanıyarlar”.
İmam Sadiqdən (ə.s) gələn hədis: “Qiyamət günü ən peşman insan o kəsdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədalət rəva bilməz”...


Ailənin ruzisini halal yolla təmin etmək, hansı savaba bərabərdir?


Ailənin ruzisini halal yolla təmin etmək, hansı savaba bərabərdir? Allah hər bir kəsin ruzisini təqdir etmişdir. Allah insanları haram ruzi qazanmaqdan çəkindirmiş və bu işi qadağan etmişdir. Hər kəsi zəhmətə çəkməyə və çalışmağa dəvət etmişdir.
İmam Əli (ə) təqva əhlinin sifətlərindən biri kimi halal ruzi qazanmağı göstərmişdir. İmam Sadiq (ə) halal ruzi qazanmağın çətinliyini göstərmək üçün buyurur: Qılınc vurmaq halal ruzi qazanmaqdan daha asandır.
İmamlarımız (ə.s) da halal ruzi ardınca olmuşdular. İmam Baqir (ə.s) günəşin qızmar istisində işləyir və tərləyirdi.Bir nəfər onu görür və İmamın (ə.s) yanına gələrək deyir: Əgər Allah sənin canını bu halda alsa, Ona nə cavab verəcəksən?. Həzrət Baqir (ə) buyurur: Əgər Allah bu halda mənim canımı alsa,Allahı ən gözəl şəkildə görərəm, çünki halal ruzi qazanmaq halındayam...


Behişt əhlindən olan Əbrar kimlərdirlər?


Behişt əhlindən olan Əbrar kimlərdirlər? \"Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər”. (“İnsan” 5). Bu nurani ayədə adı çəkilən əbrar kimlərdir?
Allah Təala bu nurani ayədə o kəslərdən söz açmışdır ki, onun İlahi qürbünə yaxındırlar. Bu insanların hesabını ağır etmiş və ixtiyarlarına çoxlu nemət və ruzi qoymuşdur. Bəs Əbrar kimlərdirlər?
Əhli-təsənnün və Əhli-Beyt (ə) mənbələri buyurur ki, Əbrar – Həzrət Peyğəmbərin (s) Əhli-Beytidir (ə). Bu mübarək ayələr xüsusilə İmam Əli (ə) və Həzrət Zəhra (s.ə) barəsində nazil olmuş və onların cənnətdəki məqamlarından və malik olacaqları nemətlərdən söz açmışdır...


Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma


Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatmaBəzən insan zehninə belə bir fikir gəlir ki, görəsən həqiqətən bəzi zamanlar və məkanlar insan həyatına təsir qoyur?
Həsən ibni Məsud nəql edir: “İm. Hadinin (ə) xidmətinə getmişdim. Həmin gün mənim üçün bir neçə xoşagəlməz və acı hadisə baş vermişdi. Barmağım yaralanmışdı, atlı ilə toqquşduğuma görə çiynim zədə görmüşdü, gözlənilməz bir davada paltarlarım cırılmışdı. Bu narahatlıqlarıma görə Həzrətin (ə) yanında dedim: “Mənim üçün necə də xəcalətli bir gün idi. Allah bu günün şərini məndən saxlasın”. İmam (ə) mənə buyurdu: “Ey Həsən! Bu (nə sözdür ki, deyirsən) halbuki, sən bizimləsən. Günahlarını günahsızların boynuna atırsan. (Günün nə günahı vardır ki?)”. Həsən ibni Məsud dedi: “İmamın sözlərini eşidən kimi özümə gəldim və səhvimi başa düşdüm”. Dedim: “Ağacan! Mən səhv etmişəm və Allahdan bağışlanma istəyirəm”. İmam (ə) buyurdu: Ey Həsən! Günlərin nə günahı vardır ki, siz nə zaman xatalarınıza və yanlış əməllərinizə görə cəzalanırsınız, günlərə qarşı bədbin olursunuz və günlər üçün pis sözlər deyirsiniz?”...


Peyğəmbərin (s) hədisinə əsasən cənnət daxil olacaq insanlar hansı əməl sahibidirlər?


Peyğəmbərin (s) hədisinə əsasən cənnət daxil olacaq insanlar hansı əməl sahibidirlər? Hz. Muhəmməd (s) İmam Əliyə (ə) buyurdu: Ey Əli! Ümmətimdən 7 dəstə cənnətə daxil olar:
1-Tövbə edən gənc,
2-Gizli sədəqə verən şəxs,
3-Hamı tərk edən şəxs və “Duha” namazını qılan şəxs,
4-Malının getməsinə razı olan, amma imanının getməsinə razı olmayan adam,
5-Allah qorxusunda gözləri yaşaran şəxs,
6-Alimlərlə oturan şəxs,
7-Bir mömini sevib, Allahın razılığı üçün ona kömək və ehsan edən şəxs.


Аnаnın аyаğını öpmәyin sаvаbı haqda hədislərdə nə buyurulmuşdur?


Аnаnın аyаğını öpmәyin sаvаbı haqda hədislərdə nə buyurulmuşdur? “Sәnin Аllаhın әmr еdir ki, оndаn bаşqа hеç kimә ibаdәt еtmәyin vә vаlidеynlәrinizә yахşılıq еdin. Әgәr оnlаrdаn biri, yа hәr ikisi sizin yаnınızdа qоcаlsа, оnlаrа “uf” bеlә dеmәyin. Оnlаrа fәryаd еtmәyin. Оnlаrlа yахşı dаnışın.” (“İsrа” surәsi, аyә: 23.)
Pеyğәmbәr (s) buyurub: “Övlаdın vаlidеynә mәhәbbәtlә bахışı ibаdәtdir.” (“Tühәful-uqul”, sәh. 44.)
Pеyğәmәr (s) buyurmuşdur: “Аnаnın аyаğını öpәn şәхs Kәbәnin аstаnаsını öpәn kimidir.” (“Gәncinеyi-cәvаhir”, sәh. 117.)
“Аnаsının аlnındаn öpәn şәхs cәhәnnәm оdundаn аmаndа qаlаr.” (“Nәhcul-fәsаhә”, sәh. 597.)
“Hәr kim vаlidеynlәrinin qәbrini hәr cümә ziyаrәt еtsә, günаhlаrı bаğışlаnаr vә оnun üçün sаlеh әmәl yаzılаr.” (“Müstәdrәkül-vәsаil”, sәh. 77.)


Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil?!


Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil?! Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən
«Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir. Ey Əbuzər! Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil: cavanlığı qocalıqdan, sağlamlığı xəstəlikdən, güc və qüvvəti zəiflikdən, asudəliyi giriftarçılıqdan və həyatı isə ölümdən əvvəl».
İnsan daim öz səadətini əldə etmək üçün çalışır və ona qovuşmaq üçün özünü oda-közə vurur. Başqa təbirlə desək, səadətə çatmaq, xoşbəxtlik insanın zati istəyi olub, onun əsas hədəfi sayılır. Ona görə də bu səadətə çatmaq üçün vurnuxur, onu səadətə aparacaq yolları arayır. Peyğəmbər (s) bunu nəzərə alaraq buyurur ki, əgər mənim dediklərimə qulaq asıb onlara əməl etsən, öz fitri istəyinə - dünya və axirət səadətinə qovuşacaq, əgər üz döndərsən, həmin səadətdən məhrum olacaqsan...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter