Bəs Aşura günü şeytan nədən peşman oldu?


Bəs Aşura günü şeytan nədən peşman oldu? Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir: “61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır. Onlara dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”. İblis dedi: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”. Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”. Dedi: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etmişəm ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılmışdır. Hər kəs öz üslubu ilə onun şəfaətindən bəhrələnir”.


Peyğəmbərlərin (s) əsasən əxlaqi tapşırıqları nə haqda olub?


Peyğəmbərlərin (s) əsasən əxlaqi tapşırıqları nə haqda olub? Dörd Peyğəmbərdən (s) 4 gözəl əxlaqi tapşırıqlar:
Hәzrәt Musа (ә) buyurub: “Özünә yахşı dоst sеçәn şәхs еlә bil Tövrаtа әmәl еdib.”
Hәzrәt Dаvud (ә) buyurub: “İzzәti-nәfsdәn uzаqlаşаn şәхs Zәburа әmәl еtmiş kimidir.”
Hәzrәt İsа (ә) buyurub: “Аllаhın tәqdirinә vә qismәtinә rаzı оlаn еlә bil İncilә әmәl еdib.”
Hәzrәt Mәhәmmәd (s) buyurub: “Dilin zinаsı bihudә dаnışmаqdır.”...


Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?


Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir? Cavab: Bəzi müasir alimlər qızılın kişi orqanizminə mənfi təsir göstərdiyini, xüsusilə, cinsiyyət sisteminin fəaliyyətini pozduğunu söyləyirlər. Lakin bu fərziyyə barədə söylənilən fikirlər ziddiyyətlidir, bir çoxları onu düzgün saymır. Zənnimizcə, daha güclü olan səbəb bundan ibarətdir: qızıl bəzək əşyaları kişini qadına bənzədir. Kişi qızıl üzük, qolbaq, zəncir taxmağa başlasa, üzərində olan öhdəlikləri unudar, bəzək həvəsi onun beynini işğal edər, qazancını evə gətirmək əvəzinə qızıla verər. Qızıl zinət əşyaları ilə bəzənib-düzənmiş kişinin görünüşündə vüqar və heybət itər; o, gün altında parıldayan gəlinciyə bənzəyər. Hər halda, hətta qızılın kişilərə qadağan edilməsinin səbəbi bu olmasa belə, yenə bu qadağana hörmətlə yanaşmağa və riayət etməyə borcluyuq. Çünki bu, Peyğəmbərin əmridir. Onlarla hədis və rəvayət kişilərə qızıl bəzək əşyalarından istifadəni qadağan edir.


Doğrudurmu ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?


Doğrudurmu ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb? Cavab: Həqiqətən, bəzi mənbələrdə bu cür məlumatlara rast gəlirik. Məsələn, məşhur cəfəri alimi Kəracüki “əl-Təəccüb” kitabında bunu qısa şəkildə qeyd edib. İbn Ziyadın 10 əsgərinin Kərbəla şəhidlərinin cəsədi üzərindən tərsinə nallanmış atları sürməsi həqiqətən baş vermiş hadisədir. Həmin nalların Əhli-beyt düşmənləri tərəfindən təbərrük kimi götürülməsi də mümkündür. Lakin zənnimizcə, at nalının qapılara vurulmasının səbəbini bununla məhdudlaşdırmaq doğru deyil. Bu ənənə Kərbəla hadisəsindən çox-çox əvvəl türk xalqlarında mövcud idi. Türklər atı uğurlu heyvan sayırdılar (ərəb üçün dəvə nə qədər qiymətli və mühümdürsə, türk üçün at da o cür idi). Ona görə də at nalının uğur gətirəcəyinə inanır və qapıdan asırdılar. Çox güman ki, bu ənənə türklərin vasitəsilə müsəlmanların həyatına daxil olmuşdur...


Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə kim idi?


Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə kim idi? Aşura günü zöhr namazı qılındıqdan sonra İmam Hüseynin (ə) silahdaşlarından Züheyr ibn Qeyn Bəcəli döyüş meydanına çıxdı. Züheyr vaxtilə İslam fəthlərində fəal iştirak etmiş, Azərbaycan uğrunda gedən Bələncər döyüşündə (Dərbənd yaxınlığında) böyük şücaət göstərmişdi. Züheyr əvvəllər Əhli-beytə mənfi münasibət bəsləyirdi. Hətta hicrətin 60-cı ilində həcc ziyarətindən Kufəyə – öz evinə qayıdarkən, İmam Hüseynin (ə) karvanı ilə paralel yol getməli olsa da, ona yaxınlaşmır, İmamın mənzil saldığı yerdə köç salmırdı. Züheyr Hüseynlə (ə) düşmən münasibətdə olduğuna görə, yol boyunca Onunla görüşməkdən qaçırdı. Nəhayət, mənzillərin birində o da İmamın çadırlarının yanında köç salıb qalmağa məcbur oldu. Həmin gün İmam adam göndərib, Züheyri öz yanına söhbətə çağırdı. Züheyr əvvəlcə getmək istəmirdi. Amma həyat yoldaşı israr edib onu qınadı ki, niyə Peyğəmbərin nəvəsinin dəvətini yerə salırsan? Qadın Züheyrin “zəif damarından” tutub dedi ki, əgər dəvəti qəbul etməsən, hamı deyəcək ki, Hüseyndən (ə) qorxursan. Züheyr İmam Hüseynin (ə) çadırına gəlib, o həzrətlə görüşdü. İmamla söhbət Züheyrə elə dərin təsir etdi ki, əvvəlki fikirlərindən birdəfəlik əl çəkib, aşura karvanına qoşuldu...


İmam Hüseynin (ə) müəzzini (azan deyəni) kimi idi?


İmam Hüseynin (ə) müəzzini (azan deyəni) kimi idi? İmam Hüseynin (ə) silahdaşlarından biri də Həccac ibn Məsruq Cüfi Məzhici idi. O, Kufədə yaşayırdı, vaxtilə İmam Əlinin (ə) səhabələrindən biri olmuşdu. İmam Hüseynin (ə) Mədinədən Məkkəyə getdiyini eşidəndə Kufəni tərk etdi və Məkkədə o həzrətə qoşuldu. İmam Hüseynin (ə) dəstəsi ilə Hürrün qoşunu qarşılaşan gün günorta namazı qılınanda Həccac ibn Məsruq azan demişdi. Ürəyəyatan və gur səsi olduğundan, namaz üçün azan demək şərəfini İmam ona həvalə edirdi. Buna görə tarix kitablarında Həccacı “İmamın müəzzini” kimi vəsf edirlər. Həccac həm də bacarıqlı döyüşçü idi. Şəhadət növbəsi ona çatanda igidlik göstərib düşmənin 25 nəfər əsgərini öldürdü, axırda özü də haqq yolunda fəda oldu...


Şəbih nədir?


Şəbih nədir? “Şəbih” sözünün tərcüməsi “oxşar, bənzər” deməkdir. İslam müqəddəslərinin həyat tarixçəsini, xüsusilə, Kərbəla faciəsini simvolik formada əks etdirən meydan tamaşalarına şəbih deyilir. Adətən, xalq içindən çıxmış qeyri-professional aktyorların iştirakı ilə açıq havada keçirilən bu tamaşaların ssenarisində növhə və mərsiyələr əsas yer tuturdu. Şəbih tamaşaları çox zaman ayrı-ayrı epizodlar üzrə bir neçə gün ardıcıl keçirilir (Əli Əkbərin şəhadəti, Əli Əsğərin qətli, Qasim otağı, Əbülfəzl Abbasın şəhadəti, İmam Hüseynin (ə) şəhadəti, Müslimin balalarının müsibəti və s. Məhəllə miqyasında keçirilən şəbihlərdə rekvizit kimi asan tapılan əşyalardan istifadə olunur. Məsələn, bir teşt su Fərat çayını simvolizə edir. Ümumiyyətlə, şəbihlərdə zahiri effektlər, simvolizm, melodramatizm özünü qabarıq şəkildə göstərir. Qadın rollarını adətən kişilər ifa edirlər...


Kərbəla qətligahından niyə alma ətri gəlirdi?


Kərbəla qətligahından niyə alma ətri gəlirdi? Aşura ilə bağlı bir çox bədii əsərlərdə alma iyindən bəhs olunur ki, bu hədisə istinad verilir:
İmam Səccad (ə) buyurur: “Bu mövzunu atamın şəhadətindən bir saat əvvəl ondan eşitdim. Həzrətin (ə) şəhadətindən sonra qətlgahından həmin almanın ətri gəlirdi. Həmin almanın ətri Həzrətin (ə) məqbərəsində də qalmışdı. Mən nə zaman atamın məqbərəsini ziyarət edirəm, həmin almanın ətrini hiss edirəm. Bizim davamçılarımızdan hər kim atamı ziyarət edərsə, səhər çağı diqqət etsə, əgər muxlisdirsə, həmin ətri hiss edəcəkdir”.


At nalı xeyir-bərəkət gətirirmi ?


At nalı xeyir-bərəkət gətirirmi ? At nalının evlərin qapısına vurulmasının tarixi haradandır? İmam Hüseyn (ə) şəhid edildikdən sonra ibni Ziyad (lən) əmr verdi ki, süvarilər Hüseynin cəsədini tapdalasalar böyük ənam alacaqlar. Ömər Səd bu əmri icra edib hədiyyə qazanacağı ümidi ilə qoşuna üz tutub dedi : Könüllülər bu işi görsə,hədiyyə alacaqlar. Şimr hamıdan qabağa düşdü.Arxası ilə 10 nəfərə yaxın süvari atlı İmamın mübarək cəsədini öz atları altına aldılar. Amma ibni Ziyad verdiyi sözün əksinə olaraq çox az bir miqdarda bu şəxslərə pul verdi. Onlar da əllərinə bir şey gəlmədiyi üçün atlarının nallarını çıxarıb baha qiymətə camaata satdılar (10 at × 4 nal = 40 nal). Camaat da həmin nalları öz evlərini qapısının üzərinə vurub,iftixar edirdilər. Ət-Təəccüb,Kəracəki,s.45 Bəzi insanlar bu həqiqətdən xəbərsiz halda illərdir ki,at nalının xoşbəxtlik gətirəcəyi ümidi ilə,onu qapılarının üzərinə vururlar.Halbuki bu işin haradan gəldiyi yuxarıda aydın oldu...


İmam Hüseynin (ə) zalım hakimlərə qarşı çıxmayanlara mühüm mesajı nədir?


İmam Hüseynin (ə) zalım hakimlərə qarşı çıxmayanlara mühüm mesajı nədir? Agah olun, bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər! Bağışlanılmaz sükut. İmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (ə) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:
«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter