Qul haqqı ilə Allahın hüzuruna gələnlərin aqibəti necə olacaq?
Bəli! Başqasına zülm etmək günahdır. Həm də günah olmaqla yanaşı başqasının haqqına təcavüz və qəsbdir. Hədislərə və alimlərin izahlarına əsasən həqiqi tövbə edən şəxsin günahlarını Allah bağışlayır. Amma Quranın hər kəsi ədalətə dəvət etdiyini nəzarə alsaq ədalətin ən əsas şərti budur ki, hər kəsin haqqı özünə qaytarılsın. Bu əsasla qiyamətdə insanların haqları alınıb özlərinə qaytarılacaq. Bu da o deməkdir ki, insan günah etməklə Allahın təyin etdiyi həddi aşır. Tövbə etdikdə isə Allah onu bağışlayır. Lakin günah etdiyi sırada başqalarına zülm edibsə, onların haqqını qaytarmalıdır və halallıq almalıdır. Əks halda bunu axirətdə etməli olacaq. İmam Əli (ə) bu barədə buyurub: “Haqq hesab günü zalimin məzluma zülm etdiyi gündən daha şiddətli olacaq.”
İnsanların ölümdən qorxmasının səbəbi nədir?
Ölüm inkar olunmaz bir həqiqətdir. Quran hər kəsin ölümü dadacağını qəti şəkildə bəyan edir. Buna baxmayaraq hələ də insanlar ölümün qarşısını almaq barədə düşünürlər. Bu da, bu kimi insanların ölümün həqiqətini anlamamaqdan irəli gəlir. İslam etiqadına əsasən ölüm yox olmaq deyil, yer və forma dəyişməkdir. Lakin bununla belə, bu həqiqəti bilənlər də ölümdən qorxur. Elə isə biz ölümdən nə üçün qorxuruq? Bu barədə bir neçə fikrin üzərində dayanmaq olar. Bunlardan ən başlıcası (1-ci) ölümün həqiqətini dərk etəməməyimizdir. Hərçənd bunun əksini iddia etsək belə. Əyər qotxuruqsa demək hələ ölümün həqiqətini dərk etməmişik. İmam Hadi (ə) bu barədə öz səhabələrindən birinə buyurur: “Ey Əbdullah! Sən ölümdən qorxursan. Çünki sən hələ onun həqiqətin dərk etməmisən.” İmam Baqir (ə) isə ölüm anını belə vəsf edir: “Ölüm yuxu kimidir. Qorxmayın!” 2-ci əsas səbəb isə insanın bu həyatdan ayrılmaq istəməməsidir. İnsan burdakı işlərini və ya yaxınlarını tərk etmək istəmir. Bu tərk ona ağır gəlir və ya özündən sonrakılar üçün qorxur. Bu maddi bağlılığdır.
İmam Rza (ə) zəvvarlarının ziyarət etdiyi məşhur səhabə - Əba Səlt kimdir?
İslam alimləri Əba Səlti İmamın (ə) əshabından, bir qismi isə İmamın (ə) xidmətçilərindən bilmişlər. İmama (ə) yaxın kəslərdən olduğu üçün ondan daha çox hədis nəql olunur. O cümlədən İmam Rzanın (ə) Məmun tərəfindən zəhərlənməsi kimi mühüm tarixi bir xəbər, həmçinin İmamın (ə) Nişapurda söylədiyi məşhur (silsilətuz-zəhəb) hədisi Əba Səlt tərəfindən nəql olunub. Əba Səltin elmi, fəaliyyəti və şəxsiyyəti barədə bütün İslam alimlərinin fikri budur ki, o etibarlı bir şəxsiyyət olub. Əba Səlt həmçinin Əhli-Betyin (ə) fəzilətlərini əks etdirər bir çox önəmli hədslər nəql edib. O cümlədən İraq, Hicaz, Yəmən ellərinə səfər edib və orada olan insanlara Əhli-Beyti (ə) təblğ edib və insanlara peyğəmbər (s) mirasını olduğu kimi çatdırıb...
Əhli-Sünnənin müqəddəslərinə hörmətsizlik edənə qarşı vəzifəmiz nədir?
Ayətullah Vəhid Xorasani əhli-sünnə alimləri və rəhbərlərinin təhqir edilməsinin icazəli olmadığını belə bəyan edib: “Hədislərdə deyilir ki, “bizə zinət olun, bizə ar olmayın!”. Bu hədislərdə iki məsələ gəlibdir. Biri isbat, digəri isə inkar. İnkar budur ki, digər məzhəblərin nümayəndələri ilə düşmənçilik olmaz. Onların müqəddəslərini təhqir etmək olmaz, böyüklərini söymək və lənətləmək də icazəli deyil. Çünki bu iş onların əhli-beytdən və əhli-beytin maarifindən uzaqlaşmasına səbəb olacaq. Amma hədisin isbat və təsdiq tərəfi isə budur: “Bizə zinət olun!”. Bu o deməkdir ki onların camaat namazlarında iştirak edin! Onlara məhəbbət göstərin və onların xəstələrinə baş çəkin ki bizim (əhli-beytin) kəlamlarımızı və maarifimizi onlara çatdırasız”
İslami baxımdan məzarların üzərinə gül, ətir və bu kimi şeylər aparmaq olarmı?
İnsanlar bəzən ziyarətgahlara, yaxınlarının qərlərini ziyarətə gedərkən gül və ətirlərdən, onlardan qalmış hədiyyələri, yaxud bu kimi şeyləri ora aparır, məzarların üzərində buxur (ətirli bitki) yandırırlar. Bu kimi əməllərin dinlə zidd olması barədə “Hawzahnews.com” agentliyi Ayətullah Şeyx İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb:
Sual: Məzarları ziyarətə getmək, ora gül, ətir, əşalar aparmaq, yaxud orada buxur (ətirli çubuğ) yandırmağın hökmü nədir? Bu küfr və şirkə bənzəmirmi?
Cavab: Xeyr! Bu küfrə bənzəmir. Bu işləri görməyin eybi yoxdur. Amma elə olmalıdır ki, meyyitin hörmətini aradan aparmasın.
Gündəlik namazların sıra ardıcıllığı vacibdirmi?
Bu namazların məxsus vaxtları ilə bərabər müştərək vaxtları vardır ki, zöhr və əsr namazları, həmçinin məğrib və işa (xiftən) namazlarının müştərək vaxtları vardır.
Sual: İkinci namazı birincidən əvvəl (məsələn, işa namazını məğribdən əvvəl) qılan şəxsin namazı səhihdirmi?
Cavab: Səhvən, yaxud qəflət üzündən ikinci namazı qabağa salsa və namaz bitdikdən sonra xatırlasa, namazı səhihdir. Amma qəsdən ikinci namazı qabağa salsa, namazı batildir.
Ölülərə Quran oxumağın nə qədər həqiqəti vardır?!
- Birinci növdə ümumilikdə ölü və dünyadan köçmüşlərinizi xatırlayın və öz yaxşı işlərinizlə onlara fayda verin deyə bildirən rəvayətlər mövcuddur. Aydındır ki, Quran oxumaq da yaxşı və bəyənilən əməllərdəndir. Bu barədə bəzi rəvayətlər mövcuddur və onların bəzilərinə işarə edirik: İmam Sadiq (a.s) belə buyurur: \"Canlının özünə verilən hədiyyədən sevinməsi kimi, ölü də onun üçün istənilən rəhmət və bağışlamadan çox sevinir \".
- İkinci növdə isə ölülər üçün Quran oxumağın təsirindən bəhs edir ki, bunun faydası oxuyan insanın özünə qayıdır. Yəni mərhum insanla bərabər bu tilavətdən oxuyan da mənəvi və elmi bəhrə aparır. Məsələn, İmam Rza (a.s) buyurur: “Hər kəs bir möminin qəbrini ziyarət edə və qəbrin kənarında yeddi dəfə Qədr surəsini oxuyacaq olsa, Allah onu qəbir sahibilə birlikdə bağışlar\".
Quranda Bəni-İsrailə vəd edilən və mələklərin gətirdiyi sirli “Tabut” nədir?
“Nur-Təfsir”-ində Bəni-İsrailin əlində həmin tabut (sandıq) barəsində qeyd olunur ki, həmin sandıq onlara Hz.Musadan (ə) qalmışdı. Bu o sandıq idiki anası Musa (ə) peyğəmbəri onun içinə qoyub Nil çayına buraxmışdı. Musa (ə) sarayda yaşadıöı müddətdə sandığı da özü ilə qoruyurmuş. Sonralar Musa (ə) nazil olan Tövrat ayələrini onun içində gizlədirmiş. Musa (ə) dünyasını dəyişməyə yaxın nazil olan Tövrat yazılarını, əsasını və Allah dərgahından nazil olan bəzi əşyaları həmin sandığın içinə qoyub vəsisi Yuşa ibn Nuna əmanət edir. Sonralar Bəni-İsrail peyğəmbərləri bu əmanəti qoruyaraq bir-birinə ötürür. Hətta döyüşlərdə Bəni-İsrail bu sandığı döyüş meydadına gətirir və qələbə çalırdılar. Lakin Bəni-İsrail içində çoxalan münafiqlərin xəyanət və nifaqları bu sandığın müqəddəslik ehtiramını aradan aparır.
Camaat namazında fərdlər arasında olan məsafə nə qədər olmalıdır?
Bəzi hallarda səffləri düzgün sıralanmasına riayət olunmur, yaxud müsafir namazı qılanlar ön cərgələrə keçib, ikinci rəkətdən sonra namazı bitirirlər. Arxa sıralarda olanlar isə bundan narahat olurlar. Bu barədə redaksiyamıza ünvanlanan sualı böyük İslam müctəhidlərinin fətvaları əsasında cavablandırırıq:
1-Əgər fasilə vermədən 2-ci dəfə qoşulsa camaat namazı səhihdir.
2-Əgər digər İmama yaxın olan insanların İmamla, sağ və ya sol tərəfdə olan adamla 1metr 20 sm.dən az məsafə olarsa işkalı yoxdur.
3-Namaz qılanlar arasındakı fasilənin bir insanın əhatə etdiyi (səcdə halında) yerdən az olarsa işaklı yoxdur.
Hz Peyğəmbər (s) insanların ən şərrini hansı əməl sahibi olaraq tanıtdırır?
“Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (Bəyyinə-6-7)Qurana əsasən yaxşı və pisin meyarı iman və iman əsasında olan əməldir. Peyğəmbər (s) və İmamların (ə) hədislərində də bunun izahını və müfəssəl şəkildə açıqlamalarını görmək olur. Hədis və müqəddəs kəlamlarda insanlar daima xeyir əməllərə dəvət edilir, şərr işlərdən, şərr dəstəsindən olmaqdan çəkindirilir. Şərrin pisliyi barədə olan hədis və dəyərli kəlamlar o qədər incəlik və açıqlıqla bəyan olunur ki, hətta Həzrət peyğəmbər (s) şərri də qismlərə ayırır . Peyğəmbər (s) şərr əqidəli insanlarla, ən pis insanları belə ayırır:“İnsanların ən şərri (pisi) axirətini dünyasına satandır, bundan da daha şərr (pis) olanı isə axirətini başqasının dünyasına satandır.” (Mən la yəhzuruhul-fəqih. 4/353)