Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu insanın üzünə necə bağlayır?!


Əllamə Təbatəbai “Əl-Mizan”da yazır: “Yusifin günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri başqa insan üçün olsaydı, günah etməməsi çox uzaq olardı. Bu 24 zəminəyə baxmayaraq, Yusif günah etmədi”.Yusif (ə) öz iffəti sayəsində böyük bir məqama çatır, atasını öz taxtında əyləşdirir və qardaşları qarşısında səcdə edirlər. Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: “Atacan! Bu, sənin yuxunun yozumudur”. Hər bir cavan gərək Yusif kimi rəzil sifətlərin qarşısında müqavimət göstərsin. Allah bu dastanda həsədə işarə edir, şəhvətə işarə edir, mal və vəzifəyə olan meylə işarə edir ki, bütün bunlar rəzil sifətlərdəndir. Qurani-Kərim – insanın özünü tərbiyə etməsi üçün ən yaxşı vasitədir. Əgər bu Quranı həyatımızın sərlövhəsi qərar versək, bizim çox sayda rəzil sifətlərimiz məhv olar və aradan gedər. Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu üzümüzə bağlayır. Allah Təala Quranda buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə.


Uca Allaha hüsni-zənn etmək necə olur?


... “Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. (“Bəqərə” 218). “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (Əhzab/21). \"(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir”. (“İsra” 57).
Hz Peyğəmbər (s) buyurur: “Pak və ali məqamlı Allah buyurur: “Mənim üçün əməl edənlər öz əməllərinə etimad etməsinlər ki, onu Mənim savabıma çatmaq üçün yerinə yetirərlər. Ancaq o zaman ki, Mənim rəhmətimə ümid bəsləyərlər və fəzlimə görə ümidvar olarlar, Mənə qarşı hüsni-zənnə malik olarlar, o zaman Mənim rəhmətim həmin anda onları idrak edər və Mənim ətam onları Mənim rizvanıma çatdırar, Mənim əfvim onları əhatə edər. Bu səbəbdən də Mən həqiqətən bağışlayan Allaham və bu adla adlandırılmışam”.


Bəzi zalımlar nəinki axirətdə, dünyada da əzab çəkəcəklər! Hansı əməl sahibləridirlər?


Quran bizlərə nəinki axirətdə, dünyada da belə əzab çəkən insanlar ilə tanış edir və onların əməllərini bizə tanıdır ki, o əməllərdən uzaq olaq və əzab görən kəslərdən olmayaq.
1. O kəslər ki, Allahın evində onun adının çəkilməsini qadağan edər və məscidlərin viran olmasına çalışarlar. “Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır”. (“Bəqərə” 114).
2. O kəslər ki, kafir olarlar. «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır». (“Ali-İmran” 56)...


İnsanın kimliyi barədə suallar arasında ən vacib sual?!


İslamın bizə öyrətdiyi ən əsas mövzulardan biri – bizə öz kimliyimizi tanıtmaqdır. Kimliyimizi tanıtmaq üç müstəvi üzərindədir.
Birincisi – bizim başlanğıcımızdır. Bir haradan gəlmişik? Az-çox möminlər, iman əhli tövhidlə, Yaradanla tanış olur, Allahı tanımaqları ilə bu mövzuda bir yerlərə gəlib çata bilir. Bir sual da budur ki, biz hara gedirik? Hara gedəcəyimizlə bağlı, Məadla bağlı da inanclı insanların müəyyən qədər bilgiləri var.
Amma təəssüflər olsun ki, harada olduğumuzla bağlı bir durğunluq var. Bizlər o sual üzərində az düşünürük, az danışırıq. Nə etməli mövzusunda da bu sualın çox yeri var. Biz haradayıq? Yəni, bu dünya haradır? Rəbbimiz bizi yaradıb, bir gün də ölüb gedəcəyik. Bəs bura nədir, buranın statusu nədir, bura nə üçündür?




Nəfslə mübarizə aparmaq üçün əməli proqram necə düzəltmək olar?!


Əxlaq alimlərinin nəzərinə görə, insan əgər həvayi-nəfsi ilə mübarizə aparmaq istəyirsə, ilk növbədə gərək düşünsün ki, özü kimdir, haradan və nə üçün gəlmişdir. Sonra hara gedəcəkdir. Orada hansı şeylərə ehtiyacı olacaqdır. Bununla yanaşı insan gərək:
1. Hər gün özünə şərt qoysun ki, pis iş görməyəcəkdir və dinin, ağlın zidd bildiyi əməllərdən uzaq olacaqdır.
2. Gün ərzində özünə nəzarət edəcəkdir. Sanki hansısa vacib bir iş üçün onu gözətçi qoyublar. O, məsuliyyət ilə özünə nəzarət etməlidir.
3. Artıq işlərini bitirəndə və gecə yatağına uzanmazdan əvvəl, əməllərini hesaba çəkməlidir. Əgər yaxşı əməllər görübdürsə, ona görə Allaha şükür etməlidir. Əgər günah edibdirsə tövbə etməlidir. Əxlaq alimləri ilk mərhələni məşaritə adlandırırlar, yəni, şərt qoymaq mərhələsi. İkinci mərhələ müraqibə mərhələsidir, yəni nəzarət. Üçüncü mərhələ isə mühasibə adlanır, yəni hesaba çəkmək.


Hz Peyğəmbər (s) namazda sıraları düzgün qurmaq haqda nə buyurur?!


Həzrət Peyğəmbər (s) həmişə namazın sıralarını nizama salardı. Sonralar get-gedə artıq hamı üçün bu, adət halını aldı.
Bir gün Həzrət Rəsuli-Əkrəm (s) məscidə gəlir və namaz üçün dayanır. Təkbiri demək istəyən zaman görür ki, kişilərdən birinin sinəsi o birilərinə nisbətdə daha qabağadır.
Buyurur: “Allah bəndələri! Sıralarınızı nizama salın! Əks halda aranızda münaqişə olacaqdır”. İbni Məsud nəql edir ki, Peyğəmbər (s) əlini bizim çiyinlərimizə qoyar və bizi irəli və arxaya çəkərdi. Sonra buyurardı:“Nizamlı dayanın. Əgər dayanmaqda fərqiniz olsa, qəlbləriniz də fərqli olacaqdır”.


Əllərinizi qaldırıb “Ya Allah” deyin ki qəlbiniz titrəsin – İmam Əli (ə)


... Qurani Kərimdə, Allah buyurur ki, Məndən istəyin, Məni çağırın ki, sizə Öz dərgahımdan, sonsuz xəzinələrimdən əta edim. Bunun üçün təkəbbürlülük göstərməyin. Allah qarşısında itaətkar olun. (Ğafir-60) Quran dauanı və Allahdan istəməyi də ibadət və itaətdən hesab edir. Çünki dua insanın rəbbi ilə ünsiyyəti, Ona olan dərin etiqadının və inamının nəticəsidir. Bu səbəbdən insan dua edib istəyərkən öncə qəlbini və bütün varlığını buna hazır etməlidir. Hz Əli (ə) dua barəsində tövsiyə edərək buyurur: “Nə zaman dinində və dünyanda böyük bir işlə (bəla ilə) qarşılaşsan, dəstəmaz al və əllərini göyə qaldıraraq yeddi dəfə “Ya Allah” de! Allah sənin duanı mütləq qəbul edər.” (Səfinətul-bihar, Zubdətul-əhadis) Bəli İmamın da (ə) buyurduğu kimi dua edib istədikdə gərək insanın qəlbi iman və etimadla dolsun. Qəlbu bu hisslərdən titrəsin ki, rəbbi ilə ünsiyyət qura bilsin.


Müsafirin hökümləri barədə yeni fətva – Ayətullah Xamenei


Müsafirin hökümləri barədə fatva yenilənib. Yeni fətvada deyilir ki, oruc və namazın qəsr olması üçün müsafirin 41 km yol qət etməsi kifayətdir. Bu şərtlə ki, gedərkən qət etdiyi məsafə 20,5 km-dən az olmasın. Xatırladaq ki, müsafirin hökmündə deyilən məsələ 45 km idi. (gedilən məsafə 22,5 km) Belə ki, səfərə çıxan şəxs ayrıldığı məntəqənin sonu ilə, daxil olduğu məntəqənin girişi arasındakı məsafə 22,5 km-dan az olmamalı idi. Yeni fətvaya əsasən bu məsafə 20,5 km olması kifayət edir.


Dini qardaşlar bir-birilərinə hansı məsələ haqda dua etməlidirlər?!


Möminlərə kinin aradan qalxmasını istəmək! Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək!
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhimlisən!” (Həşr, 10). İzah: Allah-Taala bu ayədə həqiqi möminlərin dilindən bir dua hekayət edir. Onlar özləri və keçmiş möminlər üçün ilahi əfv diləyir, Ondan vücudlarında olan kin-küdurəti və xəyanəti aradan qaldırmasını istəyirlər. Bu dua da bir neçə dua qaydasına işarə edir: 1. Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək; 2. Qəbahətlərdən və çirkinliklərdən uzaq olmaq üçün Allahdan yardım diləmək; Mömin, qəlbin günahlarından və şeytani vəsvəsələrdən uzaq qalmaq üçün Allah dərgahına üz tutur və ...


Allah-Taala (c.c) cəhənnəmi qorxulu bir məkan olaraq tanıtdırmaqda hansı məsələyə diqqətli olmağa dəvət edir?!


Hər an gələ biləcək ölüm: Cəhənnəm əhlinin əzabı bu ayədə belə vəsf olunur ki, onlar Allahdan su istəyirlər
\"Qabaqda onu Cəhənnəm gözləyir; (orada) ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.\" (İbrahim, 16-17).
İzah: Cəhənnəm əhlinin əzabını təsvir etmək əbədi Axirət dünyası üçün azuqə hazırlanmasını yada salmağa səbəb olur. Cəhənnəm əhlinin əzabı bu ayədə belə vəsf olunur ki, onlar.
Hədis: İmam Əli (ə): “O oda necə dözüm ki, onun bir qığılcımı Yerə düşsə, bütün bitkilər yanar. Kimsə bir dağa sığınsa, istiliyi onu oradaca bişirər.” (Əmali, səh. 620).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter