Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir?


Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir? Qəza namazı: 1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə - istər yatıb qalsın, istər məst halda olsun, istərsə də müəyyən bir xəstəliyə görə - öz vaxtında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir şəxs namaz vaxtı boyu huşunu itirmiş olsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas halında qılmadığı namazların qəzası yoxdur.
2) Hər kim namaz vaxtı keçdikdən sonra qıldığı namazın düz olmadığını bilsə, onun qəzasını qılmalıdır. Məsələn, bir şəxs qüslün əhkamını bilmədıyınə görə şəriətdə göstərilən qaydada qüsl verməyibdirsə, batil və düz olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.
3) O namazların qəzasını qılmaq vacibdir ki, insan onları tərk etdiyinə və ya düzgün qılmadığına əmin olsun. Lakin əgər insan ehtimal versə və ya şəkk etsə ki, keçmişdə namazlarının bəzisini tərk etmiş və ya düzgün qılmamışdır, onların qəzasını qılmaq vacib deyildir.
4) Yovmiyyə vacib namazların qəzasını qıldıqda namazların tərtibinə riayət etmək vacib deyildir. Əlbəttə bir günün zöhr və əsr, yaxud məğrib və işa namazlarının qəzasını eyni vaxtda qıldıqda tərtibə riayət olunmalıdır...


Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir?


Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir? Namazın vacib əməlləri 11-dir:
1-Niyyət, yəni namaz başlayarkən hansı namazı qıldığını müəyyən etmək zəruridir.
2-Təkbirətul-ehram, (yəni namazın əvvəlində “Allahu əkbər” demək),
3-Qiyam (Həmd və ixlas surələrini oxuyarkən ayaq üstə dayanmaq, xəstəlik maneə olmasa),
4-Qiraət, yəni həmd və ixlası (və ya ixlasın yerinə başqa surəni düzgün oxumaq).
5-Rüku, Yəni qiyam halından sonra əllərin dizə çatacaq qədər əyilmək.
6-Səcdə, rukudan durandan sonra bədənin 7 üzvünü yerə vurmaq, alını isə torpağa.
7-Zikr, yəni Namazın hər bir halətində şəriətdə müəyyən olan duaları və Allaha mədhləri demək.
8-Təşəhhüd, namazın ikinci, dördüncü və şam namazında 3 cü rəkətində xüsusi qiraəti oxumaq...


Namaz üçün alınan dəstmaz haqda şəriət hansı tapşırıqları verir?


Namaz üçün alınan dəstmaz haqda şəriət hansı tapşırıqları verir? Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü:
1-Namaz yalnız düzgün dəstəmazla qəbul olunur. Buna görə də düzgün dəstəmaz almalı və bilmədiklərimizi soruşub öyrənməliyik.
2-Istər namaz vaxtından qabaq, istərsə də sonra «qürbətən iləllah» niyyəti ilə dəstəmaz almaq olar.
3-Dəstəmazlı olan halda onun batil olub-olmaması haqda şəkk etsən, onun batil olmadığını qəbul etməlisən və bu halda dəstəmazlı sayılırsan.
4-Dəstəmazlı olmadıqda isə, dəstəmaz alıb-almamağın barədə şəkk etsən, dəstəmazsız olduğunu qəbul etməli və yenidən dəstəmaz almalısan.


Nəcasətlə müalicə olunmaq icazəlidirmi?


Nəcasətlə müalicə olunmaq icazəlidirmi? Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar.
Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi?


Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi? Cavab: Əhli-sünnə məzhəbində müsəlman kişinin əhli-kitabdan olan (yəhudi və xristian) qadınla evlənməsi icazəlidir.
-Şiə məzhəbində alimlərin məsələyə münasibəti fərqlidir. Keçmiş müctəhidlərin böyük əksəriyyəti müsəlman kişinin əhli-kitab qadınla daimi nikaha girməsini haram bilirdilər.
- Son dövr müctəhidlərindən bir qismi əhli-kitab qadınla daimi evlənməyi qəti olaraq haram bilir (məsələn, Ayətullah Sistani). Bəzi alimlər bunu məkruh sayırlar (məsələn, Ayətullah Şübeyri Zəncani). Bir qisim müctəhidlər bunu ehtiyati-vacibə görə haram bilirlər (məsələn, Ayətullah Məkarim Şirazi). Bəzi müctəhidlər isə bunu ehtiyata görə haram bilməklə yanaşı şərt qoyurlar ki, əgər kişinin bundan əvvəl müsəlman qadını varsa və əhli-kitabla evlənmək istəsə, öz müsəlman arvadından icazə almalıdır (məsələn, Ayətullah Vəhid Xorasani).


6 böyük müctəhid Novruz bayramı keçirmək haqda hansı fitvaları veriblər?


6 böyük müctəhid Novruz bayramı keçirmək haqda hansı fitvaları veriblər? Xeberman.com saytı 6 böyük müctəhidn fətvalarını sizə təqdim edir. Qeyd edək ki, bu suallar müctəhidlərin dəftərxanalarından əldə edilən fətvalardır. Sayta istinad etməyiniz vacibdir.
-Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunusun.Məsələn; bahalı paltar alıb özünü, var-dövlətini digərlərlərini gözünə çəkmək və digər bəyənilməyən şeyləri.
-Sual: Salam.Novruz bayramını, bayram kimi qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Bayram kimi qeyd etməyin eybi yoxdur.Lakin haram işlərə yol verilməsin.
-Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Cavab: Salam.Ayətullah Fazil-dəftərxana: Bəli olar...


Vəqfin tam mənasini izah edərdiniz?


Vəqfin tam mənasini izah edərdiniz? Vəqf sözünün lüğətdə mənası dayanmaq, dini termində isə, dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pulvə s. Ümumiyyətlə insan iki cür öz mülkünü digərlərinin ixtiyarında qoya bilər:
1-Vəqf etməklə. Yəni öz mülkünü Allah yolunda məscid yaxud hüseyniyyə üçün vəqf edir ki bu halda, heç vaxt onu geri ala bilməz və hər bir dəyişiklik də edə bilməz məsələn onu söküb materialını satsın və basqa işdə işlətsin. Eyniylə məsciddəki kimi ki heç kəs ona əl uzadıb mənimsəyə bilməz və o durduqca məscid kimi qalacaq.
2-İkincisi həbs adlanır. Bu da elə bir növ vəqf etməkdir amma müəyyən bir zaman üçün. Məsələn bir insan öz mülkünü 10 il müddətində hüseyniyyə qərar verir ki, buna dini termində həbs deyilir və təyin olunmuş müddətdən sonra yenidən öz mülküyyətinə qayıdır. Deməli müsəlmanların müəyyən bir yeri olana qədər, insan öz mülkünü Hseyniyyə qərar verə bilər və bu Vəqf deyil həbs adlnaır. Qeyd etməliyik ki, hər ikisinin savabı vardır. Həm vəqfin və həm də həbsin.


Əti halal olan heyvanda hansı bədən üzvlərini yemək ehtiyata görə haramdır?


Əti halal olan heyvanda hansı bədən üzvlərini yemək ehtiyata görə haramdır? Ətindən gündəlik həyatımızda istifadə etdiyimiz heyvanların ( inək, qoyun, toyuq, balıq və s.) bəzi üzvləri vardır ki, onların yeyilməsi Allah tərəfindən haram edilmişdir. Bunların beşi şəri hökmlər tərəfindən haramdır. Bunlar aşağıdakılardır:
1. Dalaq 2. Erkək heyvanın cinsiyyət üzvü 3. Erkək heyvanın toxumluğu (ağət) 4. Qan 5. Tullantı və peyin
Insanların nəzərində iyrənc hesab edilən orqanlar da haram hesab edi-lir. Buna görə ehtiyati vacibə əsasən onların yeyilməsindən çəkinmək lazımdır. Bunlar aşağıdakılardır:
1. Sidik kisəsi 2. Öd kisəsi 3. Uşaqlıq 4. Dişi heyvanın cinsiyyət üzvü 5. Vəzi. Buna duşvil də deyirlər ki, daha çox heyvanın budunun daxilində və piy çox olan hissələrdə ət rənginə oxşar pərk maddə- piydir. 6. Onurğa beyni ( fəqərə və boyun sütununun daxilində yerləşən haram beyin) 7. Beyin noxudu. Bu beyində noxud şəkilindədir. 8. Dırnağın arasında yerləşən çıxıntı. Bunu heyvanın ayaqlarını bişirən zaman dırnaqdan ayırmaq lazımdır. 9. Gözün hədəqəsi. Buraya gözün ağ maddəsi daxil deyil. Bu başın bişirilməsi zamanı əmələ gələn qara bərk hissədir ki, bunu yemək haramdır. Gözün ağı halaldır. 10. Fəqərə sütununun iki tərəfində yerləşən piy. Bu boyundan quyruq hissəyə qədər uzanan tünd sarı rəngdə olub, çox möhkəmdir və bişmir. Çeynəmək də mümkün olmur.


Qünut zamanı necə dua etmək məsləhətdir?


Qünut zamanı necə dua etmək məsləhətdir? Namazların ikinci rükətində qiraətlə rükunun arasında qünut tutmaq müstəhəbdir. Qünut zamanı əllər qoşalaşdırılıb sifət bərabərinə qaldırılır, açıq kitab vəziyyətində tutulur. Qünutda istənilən dildə istənilən duanı etmək olar. Qünut yeganə namaz əməlidir ki, insan onu qeyri-ərəb dilində də yerinə yetirə bilər. Qünut zamanı mənəvi məzmunlu dualar etmək daha çox bəyənilir. Məsələn, özünün və yaxın adamların günahlarının bağışlanması, axirət xeyrini qazanmaq, imanı və elmi artırmaq barədə. Bununla belə, halal dünyəvi və maddi istəklər üçün də dua etmək qadağan deyil. Peyğəmbərimiz qünutda bu ayəni çox oxuyardı: “Rəbbəna, atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar” (Bəqərə, 201). (Tərcüməsi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”) Qünut duasını salavatla başlaıb salavatla bitirmək də müstəhəbdir.


Uduşlu kağızlar (lotorеya)- İslamda hökmü nədir?


Uduşlu kağızlar (lotorеya)- İslamda hökmü nədir? -Lotorеya bilеtlərini alıb-satmaq və mükəlləfin udduğu mükafatı götürməsinin hökmü nədir?
Cavab: Lotorеya bilеtlərini alıb-satmaq düzgün dеyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
-Sual-1: Camaat arasında “еkoloji hədiyyə”, yaxud “rəhmət hüması” adları ilə hazırlanıb yayılan vərəqələri hazırlamaq, onlar üçün pul vеrmək və bu vərəqələr vasitəsilə püşkdə iştirak еtməyin hökmü nədir?
Cavab: Xеyriyyə işlərində sərf olunmaq, xеyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq еdib rəğbətləndirmək məqsədi ilə xеyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Еləcə də xеyriyyə işlərində iştirak еtmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul vеrməyin еybi yoxdur.
-Sual-2: Bir şəxs öz maşınını bəxt yoxlamaq üçün qərar vеrmişdir (uduşa qoymuşdur). Bеlə ki, müsabiqədə iştirak еdən şəxs müəyyən tarixdə və müəyyən qiymətə püşk atılacaq vərəqəni alır və qеyd olunan müddət sona çatdıqdan və camaatın bir qrupunun püşk mərasimində iştirak еtməsindən sonra püşk kimin adına çıxsa, o şəxs udur və qiymətli maşını təhvil alır. Maşını satmaq üçün püşk atma yolundan istifadə еdilən bu üslub şərən caizdirmi? Cavab:


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter