Müsəlmanın imanını artıran əməllər hansılardır?
İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər:
1. Təfəkkür və dəlillər. Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. «Hədid» surəsinin 4-cü ayəsində buyurulur: «Harada olsanız O, sizinlədir».
2. İlahi nişanələr. İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə, böyük Yaradıcının nişanələri ilə rastlaşar. Dünya heyrətamiz gözəlliklərə bürünmüşdür...
3. İbadət. \"Hicr» surəsinin 99-cu ayəsində buyurulur: «Yəqin məqamına çatanadək Allahına ibadət et».
4. Zikr və dua. Zikr və duada qəlbin iştirakı əsas şərtdir.
Allahdan necə övlad istəyək?
Halbuki Həzrəti Əli (ə) fəxr ediləcək övladı belə vəsf edir: «Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın.»(əl-Kafi, c.6, səh.6, hədis 6 ). Qurani Kərimdə bu məsələyə işarə edərək belə vurğulayır: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hucurat-13)...
Təqvanın ən yüksək mərtəbəsini necə əldə etmək olar?
Ən üstün mənəvi kamaldır ki, başqa mənəvi kamallar kimi mərtəbələrə və dərəcələrə malikdir. Əxlaq alimləri təqvanın 3 mərtəbəsini bizə tanıtmışdılar ki, onlara işarə edək:
1. Nəfsi cəhənnəm əzabından qorumaq. Bu mərtəbə saleh əməl yerinə yetirmək, haramları tərk etmək, düzgün əqidəyə malik olmaqla hasil olar.
2. Təqvanın ikinci mərtəbəsi budur ki, günahları tərk etməklə yanaşı, şübhəli və məkruh əməllərdən də uzaq olmaq lazımdır.
3. Təqvanın üçüncü mərtəbəsi budur ki, bədən üzvlərini haramdan saxlamaqla yanaşı, qəlbi şübhəli və məkruh əməllərdən də qorumaq lazımdır.
Fitr bayramı gecəsi müstəhəb olan əməllər hansılardır?
Fitr bayramı gecəsi mübarək gecələrdən sayılır. Bu gecənin həm fəziləti, həm də, bu gecədə edilən ibadətlərin savabı haqqında bir çox hədis nəql edilmişdir. Bu gecənin bir neçə müstəhəb əməli vardır ki, onlardan bir neçəsini qeyd edirik: 1. Gün batan çağı qüsl etmək. 2. Bu gecə əhya saxlamaq, namaz qılıb dua, istiğfar etmək.
3. Məğrib, işa, sübh və bayram namazlarından sonra bu duanı oxumaq: \"Allahu əkbəru Allahu əkbəru lə iləhə illallah vallahu əkbər Allahu əkbəru va lilləhil-həmd. Əlhəmdu lilləhi ələ mə hədənə və ləhuş-şukru ələ məulənə.\" 4. Məğrib namazı və onun nafilələrini qıldıqdan sonra əlləri göyə qaldırıb bu duanı oxumaq: \"Yə zəl-mənni vət-taul, ya zəl-cudi, ya mustafiyə Muhəmmədin və nəsirəhu salli ələ Muhəmmədin və əli Muhəmməd vağfir li kullə zənbin əhsaytəhu və huvə indəkə fi kitəbin mubin.\"...
Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər...
Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: \"Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”.İmam Rza (ə) buyurur: \"O mömin ki, dəstəmaz alan zaman \"Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”...
Hansı duanı oxuyaq ki mehribanlıq, övlad və borcların ödənməsində kömək olsun?
Nadi-Əliyyən duası: Bu dua böyük alimlərin xüsusi diqqət etdiyi dualardandır. Bu münacatin faydalarında qeyd olunur ki, bu duanın özünə məxsus qəribə xüsusiyyətləri vardır. O cümlədən duaların qəbul olunmasında, mahəbbət yaratmaq üçün, övlad diləmək üçün, borcun qaytarılmasında, insan və cinlərdən amanda qalmaq üçün istifadə olunur. Zadul-Məadda buyrulur ki, dua hər hacətə uyğun gostərişlə oxunur. Məsələn bir kəsin mühüm müşkülü olarsa bu duanı yeddi dəfə oxusun, əgər bir böyük şəxsin yaxud, bir əmirin yanına gedərsə üç dəfə oxusun, övlad istəmək üçün oxuya bilər, bir kəsi özünə vurğun etmək üçün on dəfə oxuyub sonra yüz ədəd salavat zikr etsin, sübh namazından sonra doqquz dəfə mal dövlət niyyəti ilə oxusa qəni olar,...
Hədislərə əsasən hansı üzüklərin taxılması tövsiyə edilir?
Mərhum Əllamə Məclisi \"Hilyətul-Muttəqin” kitabında ( 6-cı çap. S-28dən-32 yə kimi) əqiq üzük taxmağın fəydalaranı, bərəkətini və ətirlənməyin gözəlliyini məsumların (ə) dilindən nəql etmişdir.
1- İmam Sadiq (ə)buyurur: Əqiq üzük taxın, o bərəkətdir, onun sahibinin aqibəti gözəl olar.
2- Peyğəmbər (s): Hər kimin barmağında əqiq üzük olsa hacətləri qəbul olar.
3- İmam Sadiq(ə): Əqiq üzük səfərdə əmin əmanlığa vəsilə olar.
4- İmam Sadiq (ə) : Hər kimin barmağında əqiq olarsa o pərişan olmaz və əlbəttə işləri də gözəl aqibətlə sonlanar.
5- İmam Sadiq (ə) : Əqiq üzüklə qılınan namaz min rəkət onsuz qılınan namazdan əfzəldir.
Nə edək ki, orucumuz qəbul olsun?
Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: \"O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”. \"Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz. İmam Sadiq (ə) buyurur: \"Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”...
Qeybət edənin oruc-namazı 40 gün qəbul olunmaz?!
-Peyğəmbərimiz (s) qeybətin gətirdiyi mənəvi ziyanlara işarə edərək buyurur: “O kəs ki, din qardaşının və ya bacısının qeybətini edər, Allah onun namaz və orucunu 40 gün qəbul etməz. Məgər o halda ki, qeybət etdiyi şəxs ondan razı olsun”.
İmam Əli (ə) buyurur: “Qeybətdən çəkin ki, səni Allahın dərgahında və insanların yanında mənfur edər. Əcr və mükafatını bada verər”.
-Bu hədislərdən sonra qeybətin nə qədər dünya və axirətimiz üçün ziyanlı olduğunu başa düşər və ondan çəkinməyə çalışarıq.
-Həzrət (s) başqa yerdə buyurur: “Heç bir məclis qeybətlə abad olmaz, dinin nəzərində viran olar”...
Orucun dəyərini zəiflədən 5 səbəblər hansılardır?
Orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək: 1. Nalayiq fikirlər. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”.
3. Təkəbbür. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz, təkəbbürə malik olar”. Bu rəzil sifətə görə insan ancaq özünü bəyənər və özünü başqalarından üstün bilər. Bu rəzil sifət orucun dəyərini aradan aparar...