Əmirəl-möminin (ə) niyə öz fəzilət və üstünlüklərini bəyan etməyə məcbur oldu?


Əmirəl-möminin (ə) xüsusi fəzilətlərindən biri də budur ki, Həzrət Xatəmül-ənbiyadan (s) başqa, qalan İlahi peyğəmbərlərdən (ə) üstünlüyə malikdir. Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Allah, Öz peyğəmbərlərini (ə) yaxın mələklərindən üstün etmişdir. Məni bütün peyğəmbərlərdən (ə) üstün etmişdir.
Ey Əli! Üstünlük məndən sonra səndə və səndən sonrakı İmamlardadır (ə)”. Nəql edilir ki, bir gün Səsəhə ibni Suhan İmam Əliyə (ə) onun digər peyğəmbərlərdən (ə) üstünlükləri ilə bağlı sual ünvanlayır. Həzrət (ə) cavabında buyurur: “İnsanın özünü tərifləməsi yaxşı iş deyildir. Ancaq Allah buyurmuşdur: Sənə verilən nemətləri bəyan et””. Sonra Həzrət Əli (ə) öz fəzilət və üstünlüklərini bəyan etdi. Məlum oldu ki, Həzrət Adəmə (ə) behiştdə buğda yemək yasaqlanmışdı, ancaq ondan yedi. Ancaq Həzrət Əliyə (ə) buğda yemək qadağan olunmamışdı, amma buna baxmayaraq, o Həzrət (ə) heç bir zaman buğda çörəyi yeməmiş, arpa çörəyi ilə kifayətlənmişdi...


Hansı dəstə insanlardırlar ki, Qİyamət günü seçilərək qəmm və kədərdən amanda qalarlar?!


Allah yolunda dost və düşmən olmaq – öz təsirini həm dünyada və həm axirətdə göstərər. Xüsusilə Allah yolunda dost olanların səmərəsi dünya həyatında təcəlli edər. Allahın Peyğəmbəri (s) buyurur: “Qiyamət günü İlahi ərşin kənarına bir dəstə insan üçün masalar düzülər. Onların üzləri 14 günlük Ay kimi parlayacaqdır. Bütün insanlar qəmgindirlər. Ancaq onların qəmi olmaz. İnsanlar qorxarlar, ancaq onlar qorxmazlar. Onlar İlahi övliyalardır ki, heç bir qorxusu və qəmi yoxdur”. Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, onlar kimlərdirlər? Həzrət (s) buyurur: “Onlar o kəslərdir ki, Allah yolunda dostluq edərlər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa bir hədisdə buyurur: “Allah yolunda olan mömini sevmək – iman ağacının böyük budaqlarındandır. Agah olun, hər kim Allah yolunda dostluq edər, Allah yolunda düşmənçilik edər, Allah yolunda əta edər, Allah yolunda qadağa qoyar – o, Allahın seçilmişidir”. Həzrət Peyğəmbər (s) yenə buyurur: “İmanın ən möhkəm dəstəyi – Allah yolunda dostluq etmək, Allah yolunda düşmənçilik etmək və Allah yolunda düşmən olanlardan bezar olmaqdır”...


Bu insanların sirrini hətta mələklər belə bilməzlər! İmam Sadiqin (ə) hədisi


İmam Sadiq (ə) Ey İshaq! Mənə xəbər gəlib çatıbdır ki, sən gözətçinin qapısı önündə əyləşmisən ki, yoxsul Əhli-Beyt (ə) davamçılarını səndən dəf etsin”.
Dedim: “Ağacan! Mən şöhrətdən qorxmuşam”. Buyurdu: “Bəs bəladan qorxmadın ki, yoxsulu uzaqlaşdırdığın üçün sənə nazil olar? Bilmirsən ki, iki mömin bir-biri ilə görüşərlər və sonra əl verərlər – Allah onlara rəhmətini nazil edər. Onun 99-u onun üçündür ki, daha çox məhəbbətə malik olarlar və bir-biri ilə qucaqlaşarlar, rəhmət onları əhatə edər. Əyləşən zaman əməlləri yazan mələklər deyərlər ki, kənara dayanaq, ola bilsin ki, onların elə sirri olsun ki, hər an Allah bizdən gizlədər”. Dedim: “Məgər Allah buyurmamışdır ki, insan elə söz deməz, o halda ki, vəzifələrini yerinə yetirməyə hazır olan o iki mələk yanında olar”. Həzrət (ə) buyurdu: “Əgər o mələklər eşitməsə də, aləmlərin Allahı hər an eşidir və görür””...


Namazın azan və iqaməsində vilayət- ilahi rəhbər- necə xatırladılır?


İmam Sadiq (ə) namazda təharətli olmaq barəsində buyurur: “Namazın üç hissəsi vardır: üçdə biri təharətdir, üçdə biri rükudur, üçdə biri isə səcdələrdir”. Təharətin özü isə iki yerə bölünür: xarici və batini təharətə.
Xarici təharət.-- Zahiri və ya xarici təharət deyildikdə, bədənin təharəti nəzərdə tutulur. Dəstəmaz və qüsl vasitəsilə bədən paklanır.Əgər namazdan sonra bilsə ki, dəstəmazı və ya qüslü olmamışdır, namazı batil olar. Gərək onu yenidən əda etsin.
Batini təharət.--Qəlb və fikrin təharəti – batini təharətdir. Bu təhərətin həqiqəti Əhli-Beyt (ə) davamçılarına aiddir.
Azan və iqamənin vilayətlə rabitəsi.
Azan və iqamədə müxtəlif cümlələr zikr edilmişdir. Həm əvvəllində və həm də axırında “Allahu Əkbər” sözü işlədilir. Allahın tək olmasına və Peyğəmbərin (s) rəsul olmasına şəhadət verdikdən sonra, müstəhəb zikr olaraq, İmam Əlinin (ə) və onun övladlarının vilayətinə şəhadət veririk. Hədislərimizdə də tövsiyə edilir ki, Həzrət Peyğəmbərin (s) risalətindən sonra İmamların (ə) vilayətinə şəhadət verməlisiniz....


Can verən zaman edilən tövbə qəbul olunmaz!


Allah Təala insanı xəlq etmişdir ki, Ona bəndəlik etsin. Ancaq Allahın bəzi bəndələri bu hədəfi unudublar. Onlara haqqı yada salan bir yol lazımdır ki, hidayət olsunlar. Bu səbəbdən Allah Təbarəkə və Təala tövbə qapısını açıq qoymuşdur və onun üçün şəraitlər təyin etmişdir. Əxlaq alimlərinin nəzərinə görə, tövbə, günahından qayıtmaq və peşman olmaqdır.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Agah ol ki, səmanın və yerin xəzinələri Onun əlindədir. Sənə dua etmək üçün icazə vermişdir. Yerinə yetirəcəyini zəmanət vermişdir.
Əmr etmişdir ki, Ondan istəyəsiniz ki, bağışlasın və rəhmətini istəyəsiniz ki, rəhmət etsin. Özü ilə sənin aranda heç kəsi hicab qərar verməz və səni təvəssül etməyə məcbur etməz. Əgər günah etsən, tövbə etməyə maneçilik yoxdur.
Cəza verməsində tələsməz, qayıdan zaman səni danlamaz. Rüsvay olmağa layiq olsan da, səni rüsvay etməz. Tövbəni qəbul etməkdə sənə çətinlik yaratmaz. Günahının hesabını çəkməz və rəhmətindən ümidsiz etməz...


Rəcəb ayında ən yaxşı fürsət nədir? Ayətullah Cavadi Amulidən gözəl resept


12 ayın arasında Rəcəb ayının xüsusi yeri vardır. Ayətullah Cavadi Amuli bu ay haqqında buyurur: “Rəcəb ayı – tutum istəmək ayıdır. Bu doğrudur ki, gördüyümüz bəzi pis işlər tutumumuzu bizdən almışdır. Allah bağışlayan olduğu üçün, Ondan tutum verməsini istəyin, ləyaqət istəyin”.
Bu ayda edilən dua və ibadətlərin xüsusi əhəmiyyəti vardır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Heç bir salamatlıq, qəlb salamatlığı kimi deyildir. Əgər insanın qəlbi sağlam olarsa, bu, insanı kontrol edər. Qəlbi ona görə qəlb adlandırırlar ki, daima dalğalanmaqdadır. Qəlbin işi – dəyişmək, dalğalanmaq və inqilabdır. Əgər insan onu yumşaldıb öz yerində əyləşdirmək istəyirsə, gərək səbir etsin. Əgər o, öz yerində əyləşərsə, öz əli altında olan hər şeyə yaxşı başçılıq edər”.
Bəli, qəlb – dəyişməyi sevən bir üzvdür. Əgər onu lazımi yerə müəyyənləşdirə bilsək, o zaman o, hər şeyə hakim olar və insanı itaətkar edər. Ancaq əgər qəlbin qapısı bağlı olarsa, insan haqqı batildən seçə bilməz. Düzgün qərar verə bilməz, düzgün rəhbərlik edə bilməz...


Məsumların hədislərinə əsasən bu 11 əməl can tapşırmağı yüngülləşdirir?!


Hədislərimiz bizləri can verməyi asanlaşdıran bəzi əməllər ilə tanış etmişdilər ki, onlara işarə edək.
1. İnfaq və saleh əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Malını özündən əvvəl göndər ki, ona qovuşmağın səni sevindirsin”.
2. Günahı tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Xahişlərini azalt ki, yoxsulluğa dözmək sənin üçün asan olsun və günahlarından azalt ki, ölüm sənin üçün asan olsun”.
3. İmam Sadiq (ə) buyurur: “Hər kim istəyirsə ki, Allah Təala can verməyi onun üçün asan etsin – gərək qohumlarına əl tutsun, ata və anasına yaxşılıq etsin”..
4. Çoxlu salavat göndərmək.
5. İmam Hüseyni (ə) ziyarət etmək.
6. İmam Hüseyn (ə) müsibəti üçün göz yaşı tökmək...


Özünə dəyər verməyən insanın şərindən çəkin – İmam Nəqinin (ə) nəsihətlərindən


İmam Əliyyən-Nəqi (ə) biz müsəlmanlara bəzi nəsihətlər vermişdir ki, onlara diqqət edək və əməl edək:
- Nemətlər qısa bəhrələrdir, şükrün özü – nemətdir.
- Müəllim və şagird – tərəqqi və inkişaf etməkdə şərikdirlər.
- Danlamaq – xoşagəlməz sözlərin açarıdır, ancaq qəlbə kin salmaqdan daha yaxşıdır.
- Həsəddən uzaq ol, onun təsiri səndə zahir olacaqdır, düşməninə təsir etməyəcəkdir.
- Söz keşməkeşləri köklü dostluqları da belə, xarab edər.
- Təkəbbür insanı öyrənməkdən


İlin hansı günlərində oruc tutmağın fəziləti çoxdur? – İmam Hadi (ə) buyurur


İshaq ibni Abdullah nəql edir: “Günlərin birində atamla əmim mübahisə etdilər. Onların mübahisənin mövzusu bu idi ki, ildə dörd gün vardır ki, həmin günlərdə oruc tutmağın fəziləti daha çoxdur. Ancaq hansı gün olduğu ilə bağlı mübahisə edirdilər. Məsələni həll etmək üçün İmam Hadinin (ə) yanına getdilər. O zamanda Həzrət (ə), Mədinənin Sərya adlı kəndində sakin idi. Hələ Samirra şəhərinə aparılmamışdı.İmamın (ə) mənzilinə yollandılar və evə daxil olub əyləşdilər. Onlar ağızlarını açmazdan əvvəl İmam (ə) buyurdu: “Siz mənim yanıma ona görə gəlmisiniz ki, ilin hansı günlərində oruc tutmağın fəzilətli olmağını öyrənəsiniz?”. Dedilər: “Elədir, ya ibni Rəsulallah!”. İmam (ə) buyurdu: “Bəs bilin ki, o, dörd gündür:
1. Rəbiul-əvvəl ayının 17-dir ki, Həzrət Peyğəmbər (s) dünyaya gəlmişdir. 2. Rəcəb ayının 27-dir ki, Peyğəmbərin (s) besət günüdür...


Varlı tacirin şəfası niyə baş tutmadı?


Nəql edirlər ki, İsfahanın məşhur tacirlərindən biri xəstələnir. Böyük alimlərdən olan mərhum Hacı Muhəmməd Cavad onun ziyarətinə gəlir. Onu xəstəliyin şiddətindən bihuş olmuş halda görür. Alim başa düşür ki, tacir ölmək təhlükəsindədir. Həmin tacirin pulu çox idi, odur ki, alim onun övladlarına buyurur ki, 14 min tümən sədəqə versinlər (yəqin ki, 14 Məsumun (ə) sayına uyğun olaraq). Bu məbləği yoxsullar arasında bölməyi tapşırır.
Ancaq tacirin övladları qəbul etmədilər. Alim vəziyyəti belə görüb, həmin evdən çıxıb gedir. Yanında olan şəxsə deyir ki, bunlar simiclik etdilər və sədəqə vermədilər. \"Ancaq bu insan bizim dostumuz olduğu üçün, onun bizim boynumuzda haqqı vardır. Ona görə dua etməliyik ki, Allah ona şəfa versin\".
Alimlər Hacının evinə toplaşırlar və Hacı dua üçün əllərini göyə qaldırır və deyir: “Allahım, Sən özün onu bağışla!”. Yanında olan dostu soruşur ki, bəs niyə şəfa istəmədiniz? Alim cavab verir: “Dua etmək istəyən zaman səs eşitdim ki, deyirdi: “Əstəğfirullah!”. Başa düşdüm ki, həmin tacir ölmüşdür və ona görə də mən onun bağışlanması üçün dua etdim”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter