Hər kimdə bu beş xüsusiyyət olarsa şeytan onu azdıra bilməz?!


İmam Sadiq (ə) buyurur: “Əgər kimsə bu 5 sifətə malik olsa, şeytanın onunla işi olmaz və onu doğru yoldan azdıra bilməz:
- sadiq niyyət,
- çoxlu təsbih etmək,
- müsibətə səbir etmək,
- İlahi təqdirə razı olmaq,
- özün üçün bəyəndiyini insanlar üçün də bəyənəsən”.


İnsan dünya hadisələrində Allahın hikmətinə söykənməli və ya təvəkkülünə?!


Nəql olunur: Bir gün Hz Musa (ə) xəstələndi! Bəni İsrail həzrətin vəziyyətindən xəbərdar olduqda onun yanına gələrək dedilər: Əgər filan dərmanı içərsənsə şəfa taparsan! Hz Musa (ə) buyurdu: Dərmanla sağalmaram ta o zamana ki Allah-Taala (c.c) dərmansız mənə şəfa versin! Onun xəstəliyi uzandı Allah-Taala (c.c) ona vəhy etdi: And olsun izzətimə! Səni sağaltmaram deyilən dərmanı içməyincə! Hz Musa (ə) Bəni-İsrailə buyurdu: Deyilən dərmanla məni müalicə edin. Onu müalicə edərək sağaltdılar!
Bu hadisə Hz Musanın (ə) qəlbində narahatçılığa səbəb oldu. Allah-Taaladan (c.c) Musaya (ə) vəhy olundu: Mənə təvəkkülü hikmətimdən üstün tutmaq istədin?! (Yəni heç zaman təvəkkül hikmətdən öndə tutulmamalıdır! ) Ey Musa! Ot və ağaclara şəfa vermə gücünü Məndən başqa kim vermişdir?!
Məhəmməd Hüseyn Məhəmmədi, Min bir əxlaqi hekayələr kitabından, cild-2 səh: 96.-sualcavab.ge


Hz Peyğəmbərə (s) Allah-Taala (c.c) tərəfindən hansı beş hədiyyə verillmişdir?!


İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:
1. Mən bütün aləmlər üçün göndərilmişəm.
2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.
3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).
4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.
5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.


Hz Peyğəmbərin (s) hədisinə əsasən salavat deməyin hansı 5 faydası vardır?!


Salavat – ən üstün zikrlərdəndir ki, Məsumlarımız (ə) onu deməyi bizlərə çox tövsiyə ediblər. Hər kim bu zikri hər gün deyərsə və ixlaslı olarsa, dünya və axirət bəhrələrinə çatar. Salavatın dünya bəhrələri ilə tanış olaq.
1. Dua yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Həmişə dua ilə onun yerinə yetməsi arasında pərdə olar. Muhəmmədə (s) salavat göndərilməyənəcən o pərdə aradan qalxmaz”.
2. Hacət yerinə yetər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin yerinə yetməsinə səbəb olar. Allahı sizdən razı salar və əməllərinizi pak və pakizə edər”...


İmam Baqir (ə) hədisinə əsasən bu cürə salavat deyənə 100 min həsənə verilər?!


İmam Baqir (ə) buyurur: “Hər kim cümə gününün əsr namazından sonra bu salavatı deyərsə, Allah Təala onun üçün yüz min həsənə yazar və onun yüz min günahını məhv edər. Yüz min hacətini yerinə yetirər və onu yüz min dərəcə yüksəldər
«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِیَاءِالْمَرْضِیِّینَ بِأَفْضَلِ صَلَوَاتِکَ وَ بَارِکْ عَلَیْهِمْ بِأَفْضَلِ بَرَکَاتِکَ وَ السَّلَامُ عَلَیْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْوَ أَجْسَادِهِمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَکَاتُهُ»
(“Allahım! Həzrət Muhəmmədə (s) və onun nəslinə salavat göndər! Onun bəyənilən canişinlərinə, ən üstün salavatları! Ən yaxşı bərəkətlərindən onlara əta et!
Salam olsun onlara, canlarına və bədənlərinə! Allahın rəhmət və bərəkəti onlara olsun!”)”.


Qurani Kərim buyurur: \"Əhdi pozanı 5 ilahi əzab gözləyir?!\"


Qurani-Kərimdə buyurulur: “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin, Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77).
Bu mübarək ayədə əhdi pozanları gözləyən beş İlahi əzaba işarə edilmişdir: 1. Axirətdə bəhrəsiz qalmaq. 2. İlahi xitabdan məhrum olmaq. 3. İlahi lütfdən məhrum olmaq. 4. Günahdan pak olmaqdan məhrum olmaq. 5. Ağrılı əzaba düçar olmaq.


İmam Sadiq (ə) buyurur: Cümə gününün ən üstün əməlidir Salavat!


Günahlarımızı yuyub aradan aparacağımız zamanlardan biri də cümə günüdür. Cümə günü Allahın şərəfli hesabetdiyi günlərdən biridir ki, bu gündə bəndələrin duaları qəbul olar və tövbə edənlərin əlləri boş qayıtmaz. İmam Sadiq (ə) buyurur: “Cümə axşamında Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək min saleh əmələ bərabərdir və min günahı məhv edər. İnsanın məqamını min dərəcə qaldırar. Müstəhəbdir ki, cümə axşamı gününün əsrindən başlayaraq cümə gününün sonuna qədər Peyğəmbərə (s) çoxlu salavat göndərəsiniz”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Cümə axşamı gününün əsrində mələklər səmadan qızıl qələm və gümüş səhifə ilə yerə enərlər. Cümə axşamının əsrində, cümə axşamında və günəş batana qədər cümə günündə Peyğəmbər (s) və nəslinə salavatdan başqa bir şeyi yazmazlar”...


Ölülərimiz bizim görüşümüzə gəlirmi? Məsumlardan hədislər


Ölüm insanın bədənini ruhundan ayırır. Ancaq bu aləmlə olan rabitəsi kəsilmir. Ölülər bizim səsimizi eşidirlər, hətta bizimlə söhbət belə edirlər. Ancaq onların maddi dilləri olmadığı üçün, biz onları eşitmirik. Ancaq Məsumlar (ə) onlarla söhbət edir və onları eşidə bilirdilər.
İmam Sadiq (ə) buyurur: “Cümə günü, Fitr və Qurban bayramları olan zaman Allah behiştin məmuruna əmr edər ki, bərzəx behiştində möminlərə elan edin ki, Allah sizə cümə günü dünyada olan ailə və dostlarınızı ziyarət etmək üçün icazə vermişdir.
Sonra Allah Rizvana əmr edər ki, hər biri üçün behişt dəvələrindən birini hazır etsin. Bu dəvənin üzəri yaşıl zərli parça ilə örtülmüşdür və behişt parçaları ilə bəzənmişdir.
Sonra Allah əmr edər ki, səma əhli onları qarşılasın. Bu cür hal ilə hər səmanın mələkləri onları müşayiət edər. Bundan sonra ruhlar yerə enərlər və Kufənin arxasında olan Vadius-Səlamda yerə enərlər”....


Əl-Muraqibat kitabından bir yarpaq - Məbəs günü münasibətilə!


Əl-Muraqibat kitabından bir yarpaq - Məbəs günü münasibətiləƏl-Muraqibat kitabından bir yarpaq - Məbəs günü münasibətilə
Besətdən qabaqkı cahiliyyət dövrü və insanların cahillikdə hara yetişdiyi barədə düşünmək lazımdır. Bir qrup yəhudi, bir qrup xristian, ümumi camaat isə bütpərəst idilər. İnsanlar Allahdan uzaqlaşmış, insani əxlaqı unutmuş, yırtıcılıq əxlaqı və heyvanlıq xüsusiyyətlərini özlərinə almışdılar. İş o yerə çatmışdı ki, qız uşaqlarını diri-diri basdırır, beləliklə bağlılıqları qırırdılar. Batil işlərlə iftixar edir, ədalətə riayət etmir, bir-birlərinin haqlarını pozur, güclülər zəifləri əzir, şərəfli insanları məhv edir, alimlərə düşmən kəsilir, ariflərdən qaçır, elmə arxa çevirir, yaxşılıq və dözümü pis bir xüsusiyyət sayır, qohumluq əlaqələrini kəsir, özlərini heyvanlara oxşadır, qumar oynayır, şərab içir, ağılı ayaq altına qoyur, öz övladlarını öldürür, şəhərləri viran qoyur, yaxşılıqları unudur, ilahi şəriətlərlə mübarizəyə qalxır, sərmayələri məhv edir, çirkin işlərlə məşğul olurdular. Özünü bəyənmək və təkəbbür onların arasında rəvac tapmış, dözümsüzlüklə iftixar edir, pis və çirkin işləri özləri üçün seçir,...


Hz Peyğəmbərin (s) zöhd və ibadətini nə həddə tanımaq mümkündür?! Tarixi hadisələr


Cəfər ibn Əhməd Qumi \"Zuhdun-Nəbi\" kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı. Əllamə Məclisi özünün \"Biharul-ənvar\" kitabında Aişədən belə nəql edir: \"Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.\" Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: \"Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır? Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?\"
\"Üsuli-kafi\" kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: \"İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur...\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter