Buna inan və daxili təskinlik əldə et: Allahın nəzarətini unutma!


Buna inan və daxili təskinlik əldə et: Allahın nəzarətini unutma! İnsan üçün ətrafdakıların münasibəti, tərifi ya təhqiri əhəmiyyətlidirsə, demək, hələ ki Allahın münasibətinə önəm vermir. Əsil mömini özü kimi yaranmışların tərifi sevindirmir, təhqiri üzmür. Əsil momin hər yerdə özünü Allahın hüzurunda görür. Hamınızın bildiyi məşhur əhvalatda deyildiyi kimi:
Bir alim öz tələbələrini qaldırıb, onların hərəsinə bir quş verdi və dedi ki, bu quşları elə bir yerdə kəsin ki, sizi heç kəs görməsin. Onların hərəsi bir xəlvət yer tapıb, quşları kəsdilər və gətirib ustada göstərdilər. Yalnız bir tələbə quşu diri halda qaytarıb gətirdi və alimə dedi: Mən elə bir yer tapa bilmədim ki, orada vahid və yeganə Allah məni görməsin!


İmam Hüseyn (ə) \"Cəməl\" və \"Süffeyn\" döyüşlərində iştirak etmişdimi?


İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində iştirak etmişdimi? İmam Hüseyn (ə) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (ə) Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (ə) İmam Həsən əleyhissəlamla çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (ə) İmam Hüseyn (ə) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.


Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar


Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar Həzrət Peyğəmbərdən (s) bənzərsiz hikmətli kəlamlar:
1-Quran (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.
2-Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.
3-Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.
4-Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.


Hədis: Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir?!


Hədis: Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir?! İmam Baqir (ə) buyurub: «Əməlin qorunması onu yerinə yetirməkdən daha çətindir».
Ravi deyir ki, əməlin qorunmasından məqsədiniz nədir? İmam buyurur:
«Yəni insan Allaha görə camaatın gözündən uzaq bir iş görür və həmin işi onun əməl dəftərində olduğu kimi qeyd edilir, amma o, sonra həmin əməli başqalarına danışır və nəticədə əməl dəftərində gizli əməl formasından xaric olaraq aşkar bir əməl kimi yazılır. Şəxs onu bir daha başqalarına danışır və bu vaxt əməl yaxşılıqlar siyahısından silinərək pis əməllər siyahısına salınır».


Şiə və Din qardaşlarına yardımı haqqında 2 dastan hədislərdə.


Şiə və Din qardaşlarına yardımı haqqında 2 dastan hədislərdə. -Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: \"Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabər hüquqludurlarmı?”
Rəvayətçi \"Xeyr” deyə bildirdiyini deyir. Bu zaman həzrət (ə) buyurur: \"Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır”
-Məhəmməd ibn Əclan deyir: \"İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: \"Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: \"İmkanlıların yoxsullara baş çəkməyi necədir?” Azdır. İmkanlıların yoxsulları nəzərə alması necədir? Azdır. İmkanlıların yoxsullara bəxşişi necədir? Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır. Bəs sən onların şiə olduqlarını necə düşünürsən?” ixlas.


Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin.


Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin. Ustad Qəraəti uşaqların ibadətində tərbiyə metodlarının bu cürə olmasını təsirli biilr:
Birinci mərhələdə: -Rəvayətlərdə gəlmişdir ki, uşaqlarınızı 3 yaşına qədər azad buraxın, bu yaşa çatdıqda \"La İlahə İllalah\" zikrini öyrədin.
İkinci mərhələdə: -Uşağınız 3 yaş, 7 ay və 20 günə çatdıqda ikinci öyrətdiyini cümləniz \"Məhəmməd Rəsulallah\" olmalıdır,
Üçüncü mərhələdə: -Uşağınız 4 yaşını tamamlayanda övladınıza Peyğəmbərə (s) salavat deməyi öyrədin.
Dördüncü mərhələdə: -Uşağınız 5 yaşına çatanda sağ və sol əllərinin istiqamətini təyin edən zaman ona qibləni necə tapmağı öyrədin.
Beşinci mərhələdə: -Uşağınız 6 yaşına çatanda ona namaz, ruku və səcdələri öyrədin.
Altıncı mərhələdə: -Uşağınız 7 yaşına çatdıqda isə ona əl-üzünü (dəstəmaz almağı) öyrədin.
Yeddinci mərhələdə: -Uşağınız 9 yaşını keçdikdə isə namaz qılmasına diqqət yetirin, əgər Allaha ibadət etmək haqqında tənbəllik etsə onu söz və əməldə ziyanverməyəcək yollarla danlayıb cəzalandırın.


İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır.


İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır. Namazın haqqı barədə İmam Əli (ə) Kümeyl ibn Ziyad Nəxəiyə belə buyurdu:

\"Ey Kümeyl! Allaha itaət və ibadətdə insana yaraşan pərəstiş etmək o deyil ki, yalnız namaz qılasan, oruc tutub və sədəqə verəsən. Bəlkə Allaha pərəstiş etməkdə mömin şəxs gərək Namazını Pak qəlb, sağlam nəfs (istəklə) və Allah bəyənən şəkildə yerinə yetirsin. Allah qarşısında ibadətin gərək bütün varlığını bürüsün. Haram və qəsbi olan yerdə və geyimdə ibadətlər batil və qəbul olunmaz.\"


Qadına Cənnəti bəxş edəcək 33 səbəb hansılardır?


Qadına Cənnəti bəxş edəcək 33 səbəb hansılardır? Heç bir şübhə yoxdur ki, müsəlman olan hər bir kəsin bu dünyada yeganə arzusu onun Cənnət qarşısında yolunu bağlayan maneələri dəf etmək və bu işdə bütün imkanlarını sərf etməklə bu uca neməti qazanmaqdır!
-Qadına Cənnəti bəxş edəcək 33 səbəb:
1.Tövhid, İxlas və ALLAH yolunda sərf etmək,
2.Gözəl əxlaq,
3.Həyat yoldaşına qarşı xoş davranmaq, həqiqi saleh zövcə olmaq,
4.Yol üzərində olan, insanlara əziyyət verən, onlara mane olan əngəllərin aradan qaldırılması,
5.Nafilə namazlarına əməl etmə
6.Möminlərə ALLAHa xatir sevgi bəsləmək


Yeni olan körpəyə ad qoymağın əhəmiyyəti hədislərin baxışında.


Yeni olan körpəyə ad qoymağın əhəmiyyəti hədislərin baxışında. Bəziləri ad qoymanın adi, mühüm bir şey olmadığını düşünürlər. Onlara elə gəlir ki, uşağa istənilən adı qoymaq olar. Lakin heç də belə deyil. Ad qoymaq olduqca mühüm və uşağın gələcək şəxsiyyətində əsaslı təsir göstərən bir məsələdir. Elə buna görə də, rəvayətlərdə bu haqda geniş söhbət açılmışdır.
-Musaye-Kazim (ə) buyurur: «Kişinin övladına etdiyi ilk yaxşılıq ona gözəl ad qoymaqdır. Sizin hər birinizin övladına gözəl ad qoyması zəruridir».
-Peyğəmbər (s) buyurur: «Özünüzə ad seçdikdə, ən yaxşı adlardan birini seçin. Çünki qiyamətdə bu adla çağırılacaqsınız».
-İmam Sadiq (ə) atalarından nəql edir: «Həqiqətən, həzrət Peyğəmbər (s) şəhərlərin və insanların çirkin adlarını dəyişirdi».
-Həzrət Baqir (ə) buyurur: «Ən doğru adlar bəndəlik nümayiş etdirən adlardır. Övladlarınız üçün ən yaxşı ad peyğəmbərlərin adlarıdır».
-İmam Kazim (ə) buyurur: «Sakinlərinin adları Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və ya Fatimə olan evə yoxsulluq daxil olmur».


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır?


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır? Qurani-Kərim buyurru: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6). Bu ayənin təfsirinə uyğun olaraq Əllamə Məclisi buyurur: “Ailə başçısının üzərinə 4 vəzifə düşür:
1. Ailə başçısı o zamana qədər ki, sağdır, ailə üzvlərini Allaha itaətə dəvət etməlidir. Dəvəti mülayim dillə, sevgi və məhəbbətlə çatdırmalıdır. Bu dəvəti həm əməldə və həm də dildə elə etməlidir ki, ailə üzvləri Allaha itaəti bütün vəzifələrindən üstün hesab etsinlər.
2. Ailə başçısı bacardığı qədər İlahi vacibatları ailəsinə öyrətsin. Əgər bu vacibatları yerinə yetirmək onlar üçün çətin olarsa, onları məscidə və dini məclislərə aparsın. Ya evlərinə din alimlərindən dəvət edib onlardan yardım alsınlar.
3. Ailə başçısı ailə üzvlərini çirkinliklərdən uzaqlaşdırmalı və günahın gətirdiyi pis nəticələrlə qorxutmalıdır. Evdə günahın yaranması üçün zəminə yaratmamalıdır.
4. Ailə başçısı ailə üzvlərini xeyir işlərə təfəf təşviq etməlidir. Allah yolunda sədəqə verməyə, təvazökarlığa, böyüklərə ehtiram göstərməyə, kiçikləri sevməyə, insanlarla xoş rəftar olmağa, düz danışmağa, xeyirxahlığa - xülasə, xeyir olan hər bir əmələ dəvət etməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter