Kimlər ata-ana hökmündədir?


Kimlər ata-ana hökmündədir? Peyğəmbər buyurur: \"Ata üçdür: 1- İnsanın təvəllüdünə səbəb olan həqiqi ata; 2- Qızını insana ərə verən qayınata; 3- İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim.” Diqqət yetirdiyiniz etdiyiniz kimi İslam Peyğəmbəri qayınata və müəllimi ata kimi tanıtdırmış və həqiqi atanı da həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə onların danılmaz haqları və əzəmətləri nişanəsidir. Bizim cəmiyyətlərdə onlara ehtiram qoyulmasına sn dərəcə səy göstərilməli, canla-başla onların ehtiramı saxlanılmalıdır.
Uzun illər boyu qızının təlim-tərbiyə, qorunub-saxlanma məsuliyyətini öhdəsinə alan, bütün problemlərlə yanaşı onu böyüdüb gözəl əxlaqi səciyyələri aşılayan ər saxlamağın yollarını, övlad tərbiyəsini ona öyrədən və bu vəsflərlə belə öz qızını sənin əqdinə keçirən, onun qəmlərində səninlə həmdəm, işlərində yoldaş edən qayınata şəkksiz sənin ailəndə və həyatında şərik və təsirlidir. Buna görə də bütün kürəkənlərin vəzifələri budur ki qayınata və qayınanasına həqiqi ata və ana gözü ilə baxsınlar, onların qədəmlərini əzizləsinlər, son dərəcə məhəbbət, atifə göstərsin və qız böyüdüb saxlamaq ruhiyyəsinin onlarda canlandırsınlar.


Yalançı dilənçi və İmam Həsən Əsgərinin (ə) gələcəkdən xəbər verməsi!


Yalançı dilənçi və İmam Həsən Əsgərinin (ə) gələcəkdən xəbər verməsi! İbn Yəqub İsmail ibn Məhəmməddən nəql edir, dedi: İmam Həsən Əsgəri (ə) keçən yolüstə əyləşib o həzrətin yaxınlaşması ilə həyat keçimimin çətinliyindən və kasıbçılıqdan gileyləndim və dedim ki, pulsuzam.
İmam Əsgəri (ə) buyurdu: And olsun Allaha ki, 200 dirhəmi yerə dəfn edib gizlətmisən!! Mən bu sözü sənə kömək etməmək üçün demirəm.
İmam (ə) qulluqcusuna üzünü tutub dedi: Üstündə hər nə varsa buna ver. İmamın (ə) mənə verdiyi pul 200 dirhəm oldu.
Sonra İmam mənə üzünü tutaraq buyurdu: “Gizlətdiyin pulun ona çox ehtiyaclı olduğun zaman sənə qismət olmayacaq.”
İsmail ibn Məhəmməd deyir: Mən çətin günümdə köməyimə çatacaq 200 dirhəmi sahəmdə gizlətmişdim. Pula ehtiyacım olan zaman pulu gizlətdiyim sahəyə getdim, amma tapa bilmədim.
Sonra bilindi ki, 200 dirhəmi gizlətdiyim yeri oğlum bilib, onu götürüb çatıbdır.
Hadisənin dərsi olaraq: “Ehtiyacsız olduğunuz zamanbaşqalarına əl uzatmayın ki, əlinizdə olanları da itirərsiniz.” Əhli-Beyt (ə) Mənaqibi kitabından, səhifə: 156


Yatma tərzinin mənaları və İmam Həsən Əsgərinin (ə) kəraməti


Yatma tərzinin mənaları və İmam Həsən Əsgərinin (ə) kəraməti Əhməd ibn İshaq deyir: İmam Həsən Əsgəriyə (ə) ərz etdim: Sənə canım fəda olsun ağam! Sizin atalarınızdan nəql olunub ki, arxası üstə yatmaq peyğəmbərlərin yatma tərzidir, sağ tərəfə yatma tərzi möminlərin simasındandır, sol üstə yatmaq münafiqlərin yatma tərzidir, arxasıüstə yatmaq isə şeytanların yatmatərzi olaraq mənalandırılır.
Həzrət İmam Həsən Əsgəri (ə) cavabımda buyurdu: “Bəli yatma tərzləri mənaları belədir.” Ərz etdim: Ey mənim başımın tacı ağam! Mən dəfələrlə sağ tərəfimin üstünə yatmağa çalışmışam alınmayıb, və yata bilməmişəm!
Həzrət İmam Həsən Əsgəri (ə) mübarək əlini mənim söl tərəfimə çəkdi və o hadisədən sonra heç bir gün olmadı ki, mən sol üstümə yuxulamış olum.
Əhli-Beyt (ə) Mənaqibi kitabından, səh: 156-157


İmam Əlidən (ə) nəql olunur: Allah dörd şeyi dörd şeydə gizlədib?!


İmam Əlidən (ə) nəql olunur: Allah dörd şeyi dörd şeydə gizlədib?! İmam Əlidən (ə) nəql olunur: Allah dörd şeyi dörd şeydə gizlədib:
1. Öz rizasını Ona edilən itaətlərdə. Heç bir itaəti yüngül tutmayın. Çünki, ola bilər ki, Allahın razılığı məhz həmin itaətdə olsun.
2. Öz qəzəbini günahlarda. Heç bir günahı kiçik bilməyin. Mümkündür məhz həmin günah Allahın qəzəbinə səbəb olsun.
3. İsticabəti (bəndələrinə cavab verməyi) dualarda. Heç bir duanı faydasız bilməyin. Mümkündür məhz həmin dua müstəcab olsun.
4. Öz dostlarını da bəndələrinin arasında. Heç bir bəndəyə e`tinasız yanaşmayın, çünki ola bilər ki, məhz həmin bəndə Allahın dostu olsun və sadəcə siz onu tanımamış olasınız. Ayətullah Meşkininin Nəsihətlər kitabından.


Peyğəmbərdən (s) nəqldir: Hər kəs 5 işi görsə cəhənnəmdən qurtulması yoxdur?!


Peyğəmbərdən (s) nəqldir: Hər kəs 5 işi görsə cəhənnəmdən qurtulması yoxdur?! Peyğəmbər (s)-dan nəql olunur: Hər kəs beş iş görsə beş şeyə giriftar olar və hər kəs də bu beş şeyə giriftar olsa şübhəsiz atəşə daxil olar:
1) Hər kəs qaynadılmış üzüm suyu içsə şəraba qurşanar. Şərab içənin də cəhənnəmdən çarəsi yoxdur.
2) Hər kəs naməhrəm qadınlarla oturub-dursa zinaya qurşanar və zinakar cəhənnəm əhlindəndir.
3) Şən və vəzifəsinə uyğun olmayan bahalı paltarlar geyən şəxs getdikcə təkəbbürlü olar. Mütəkəbbirin də yeri cəhənnəmdir.
4) Hər kəs sultanın xalçası üzərində otursa gərək onun xoşuna gələn sözlər danışsın. Bu işin də sonu cəhənnəmdir.
5) Hər kəs İslam əhkamından xəbəri olmadan alış-veriş etsə ribaya düçar olar. Ribaxor da od əhlindəndir. Ayətullah Meşkininin Nəsihətlər kitabından.


Həzrət Mühəmməd Peyğəmbər (s) hansı surəni Quranın üçdən-bir hissəsi adlandırırdı?


Həzrət Mühəmməd Peyğəmbər (s) hansı surəni Quranın üçdən-bir hissəsi adlandırırdı? Bu, Quranın 112-ci surəsidir, 4 ayədən ibarətdir. Surənin adı “İxlas”dır, ilk başladığı sözə uyğun olaraq, onu “Qul huvəllah” da adlandırırlar. Bu surədə Allahın təkliyindən, şəriksiz və ehtiyacsız olmasından, doğub-doğulmamasından və bənzərsizliyindən danışılır. Müsəlmanlar gündəlik həyatda bu surədən tez-tez, özü də adətən, Fatihə surəsi ilə birlikdə istifadə edirlər. Məsələn, namazın birinci və ikinci rükətlərində, həmçinin, rəhmətə getmiş şəxsin ruhuna hədiyyə olaraq Fatihədən sonra İxlas surəsini oxuyurlar. Peğəmbərimiz (s) İxlas surəsini Quranın üçdən-bir hissəsinə bərabər tutur və buyururdu ki, kim bu surəni 3 dəfə oxusa, bütöv Quranı oxumuş kimi savab qazanar.


Həyatımıza bərəkət verə bilən amillər hansılardır?


Həyatımıza bərəkət verə bilən amillər hansılardır? Bərəkət dedikdə, İlahi xeyrin qalıcı olması və artması nəzərdə tutulur. Hər bir mömin istəyər ki, Allah onun həyatına xeyir və bərəkət versin. Çünki bərəkətin İlahi və mənəvi tərəfləri çoxdur. Nemətin qalıcı olmasına təsir göstərər, insanı dünyada salamatlığa, axirətdə saədətə yaxın edər. Bəs həyatımıza bərəkət verə bilən amillər:
1. İman və təqva. İman və təqvanın insanın maddi həyatına təsiri çoxdur. “Maidə” 66.
2. Ədalətli olmaq. İmam Əli (ə) buyurur: “Ədalətə görə bərəkətlər artar”.
3. Sileyi-rəhm. Peyğəmbər (s): “Hər kəs xoşlayır ki, ömrü uzun və ruzisi çox olsun. İlahi təqvaya riayət edin və sileyi-rəhm edin”.
4. Yemək vermək. Peyğəmbər (s): “Bərəkət o evə ki, ondan insanlara xeyir çatar, ...”.
5. Evə daxil olan zaman salam vermək. Peyğəmbər (s): “Sizlərdən hər kim evinə daxil olsa, salam versin. Çünki bərəkət gətirər”.
6. Ticarətdə düz danışmaq. Peyğəmbər (s): “Nə zaman iki ticarətçi düz danışar, hər ikisinə bərəkət verilər”.
7. Qənaət. Peyğəmbər (s) buyurur: “Qənaət – bərəkətdir”.
8. İlahi təqdirdən razı olmaq. Peyğəmbər (s): “Hər kəsin ruzisi vardır ki, çarəsiz ona çatar. Hər kim ona razı olar – onun üçün bərəkətli və kifayət qədər olar.


İmam Mehdiyə (əc) inanmaq fərziyyədirmi?


İmam Mehdiyə (əc) inanmaq fərziyyədirmi? İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra bəzi şiələr İmamətin sona çatdığı fikrindəydilərmi?
-Cavab: Əhməd Katib deyir: “Tarixçilərin bir çoxu belə nəql etmişlər ki, şiələrdən bəzisi İmamətin dayandırılma və xitam verilməsinə (kəsilməsinə) nail oldular. O cür ki (Allah) elçilər(i) arasında (rəsulluq) dayandırıldı. Həmçinin bəzi rəvayətlərdən də istifadə olunur ki, camaatın ilahi qəzəbə düçar olduqları surətdə İmamət və İmamın aradan qaldırılması və (İmamətə) son verilməsi mümkündür”.
-İkinci Cavab: 1. İmamətin fasiləsi və onun kəsilməsinin həqiqiliyini sübut etməyə çalışan və bunu iddia edən hədisə diqqətlə baxsaq, iddianın əksini görmüş olacağıq. Həmin hədis İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuşdur. Hədis belədir:
“Allah-təbarək və taala yaratdıqlarına qəzəblənən zaman bizi onların yaxınlığından (yanından) uzaqlaşdıracaqdır”. (“Kafi”/c.1, səh.343, hədis.31) Bu hədis məhz İmam Mehdinin (ə.f) varlığı və onun qeyb dövrünü sübut edir.
2. Əgər ixtilafın olması məsələnin etibarsızlığını sübut etmək üçün dəlil hesab olunsa, o zaman hər bir işdə, xüsusilə də İmamət, xilafət və nübuvvət kimi əsas məsələlərdə də onların etibarsız hesab edilməsi üçün sübut sayılmalıdır. Bir halda ki heç kəs belə bir iddia etməmişdir. Məgər Peyğəmbər (s) xəbər verməmişdirmi ki, o həzrətin ölümündən sonra onun ümməti 73 firqəyə parçalanacaqdır?


İmam Sadiqdən (ə) səkkiz məsələ öyrənən tələbə.


İmam Sadiqdən (ə) səkkiz məsələ öyrənən tələbə. Bir gün İmam Cəfər Sadiq (ə) şagirdlərinin birindən soruşdu: Mənim məktəbimdə nə öyrənmisən? Şagird dedi: Səkkiz məsələ: İmam buyurdu: Bir-bir say görüm hansılardır. O dedi:
1-cisi, başa düşdüm ki, ölüm zamanı hər kəs istədiyi və sevdiyi şeydən ayrılır. Ona görə də bütün səy və himmətimi ölüm vasitəsilə ayrılmayacağım şeylərə sərf etdim.
2-cisi, fikir verib gördüm ki, insanların bəzisi var-dövləti ilə fəxr edir, bəzisi qohumları ilə, bəzisi övladları ilə. Halbuki, bunların heç biri iftixar olunmağa layiq bir şey deyil. Ən böyük iftixar olunacaq şey təqvadır.
3-cüsü budur ki, bir yandan insanların nəfsani istəklərə uymasını müşahidə edib, digər tərəfdən də Quranın “Hər kim Allahın məqamından qorxub öz nəfsinin istəklərindən çəkinsə, behişt onun yeridir” buyurduğunu görüb öz nəfsani istəklərimdən uzaq olmağa çalışdım.
4-cüsü budur ki, gördüm hər kəs malik olduğu dəyərli şeylərin əlindən çıxmamasından ötrü var-gücü ilə çalışır və Allah buyurur: Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, Allah da həmin borcu ona iki qat edib daha da dəyərlisini ona qaytarsın. Mən də iki bərabər əvəzi seçdim...


Loğman (ə)-ın dilindən əsl ləzzət yaxşı yemək, gözəl yataq və gözəl evdir!!


Loğman (ə)-ın dilindən əsl ləzzət yaxşı yemək, gözəl yataq və gözəl evdir!! Bir gün Loğman oğluna müraciətlə dedi:
-Sənə 3 tövsiyəm var, əməl etsən xoşbəxt olarsan. Əvvəla, dünyanın ən dadlı xörəklərindən ye. İkincisi ən rahat yataqda yat. Üçüncüsü, ən gözəl evdə yaşa.
Oğlu atasına təəccüblə baxıb dedi:
-Ata, axı biz yoxsul bir ailəyik, sənin dediklərin bizim üçün xəyaldır.
Loğman gülümsündü:
-Əgər bir az gec və bir qədər az yesən, yediyin xörək sənin üçün ən ləzzətli xörək olacaq. Əgər çox işləyib bir qədər gec yatsan, inan ki, yatağın ən rahat yataqdır. İnsanların qəlbində yerin olsa, dünyanın ən gözəl mənzilinə sahib olmusan.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter