İdris (ə)-ın Quranda adı və onun asimana çəkilməsi haqda tarix nələr yazır?


İdris (ə)-ın Quranda adı və onun asimana çəkilməsi haqda tarix nələr yazır? Quranın \"Məryəm” surəsində İdrisinsifətləri haqqında və \"Ənbiya” sur. оnun ancaq adı cəkilmişdir.
-\"(Ya Muhəmməd) kitabda Idrisi yad еt! О, həqiqətən büsbütün dоğrudanışan (siddiq) bir pеyğəmbər idi. Biz оnu böyük məqama qaldırdıq.”
Bu cümlənin: -\"Biz оnu böyük məqama qaldırdıq” mənasında müfəssirlər arasında iхtilaf var: -Bir dəstəsi dеyirlər ki, onun məqamına aiddir. -Bəzilər isə deyirlər onu göyə çəkdir.
Bir sıra rəvayətlərdə dеyilir ki, Allah mələklərin birinə qəzəblənərək qanadlarını sındırıb bir adaya atdı. О, illərlə, Idris pеyğəmbərliyə sеçilənə qədər оrada qaldı. О, Idris pеyğəmbərin yanına gəlib оnun haqqında, qanadlarının yеnidən qaytarılması üçün dua еtməsini istədi. Idris dua еtdi və Allah taala оnun günahlarından kеçib qanadlarını qaytardı. Mələyin Idrisdən minnətli оlduğuna görə оna ərz еtdi: -«Sənin nə hacətin var?» Idris dеdi:
-«Mən istəyirəm Mələkul-məvt (Əzrail) ilə görüşmək üçün məni asimana aparasan. Çünki tənha оnu хatırlamaqla həyat mənim üçün şirin dеyil». Mələk оnu dördüncü asimana apardı və оrada Əzraili оturmuş halda gördü. О, təəccüb üzündən başını tərpədirdi. Idris irəli gələrək salam vеrib sоruşdu: -«Niyə başını tərpədirsən?» Əzrail cavabında dеdi ki, Allah taala sənin canını dördüncü asimanla bеşinci asimanın arasında alınmasını mənə fərman vеrmişdir. Səninlə görüşməmişdən əvvəl bu fikirdə idim ki, sənin canını almaq üçün dördüncü asimanla üçüncünün, üçüncü ilə ikincinin, ikinci ilə birincinin və birinci ilə yеrin arasında оlan məsafəni nеcə gеdəcəyəm. Sоnra еlə оradaca оnun canını aldı...


Axirətdə hansı hadisələr baş verəcək?


Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq.
Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir. Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar. ixlas.


Yatmaq üçün məkruh (ziyanlı) olan vaxtlar hansılardır?


Yatmaq üçün məkruh (ziyanlı) olan vaxtlar hansılardır? Sübh namazından sonra günəş çıxanadək və Əsr namazı vaxtından sonra yatmaq. Peyğəmbər (s) buyurdu: ”Əsrdən sonra kim yatarsa və ağlını əldən verərsə yalnız özünü danlasın”. Əsr vaxtında məqsəd odur ki, hər şeyin kölgəsi özündən iki bərabər ötüb keçə və bu vaxt əsr namazının ən fəzilətli vaxtıdır. Şam və xiftən namazının arasında yatmaq ruzinin kəsilməsinə səbəb olur.
Peyğəmbər (s)-dan rəvayət edilmişdir ki, gün ərzində yatmaq 5 qisimdir:
1. Əylulə yuxusu: Bu yuxu yuxarıda deyildiyi kimi, yəni sübh namazı ilə günəş çıxan zaman arasında olan fasilədə yatmaqdır. Bu yuxu məkruhdur. 2. Fəylulə yuxusu: Bu günəş çıxandan sonra günün əvvəlində yatmaqdır. Hədisdə deyilmişdir ki, bu yuxu insanın zəifliyinə səbəb olur. 3. Qəylulə yuxusu: Bu zöhr namazından qabaq yatmaqdır. Hədisdə bu yuxu bəyənilmiş və faydalı olduğu bildirilmişdir. 4. Həylulə yuxusu: Bu zöhr azanından başlamış və sonrayadək davam edən yuxudur. Hədisdə deyilmişdir ki, bu yuxu (mənəvi) zülmətə bais olur. Çünki zöhr azanı olduqdan sonra 4 rükət namaz müddəti qədər dua etmək üçün ən gözəl fürsətdir. Bu zaman göyün qapıları açılır və dualar qəbul olur. 5. Ğəylulə yuxusu: Bu günəş batan zaman yatmaqdır.
Hədisdə gəlmişdir ki, bu yuxu zahiri və batinin xəstəliklərə səbəb olur. Kimi yuxu tutarsa yuxusunu dəf etmək üçün aşağıdakı ayəni bir miqdar suya oxuyub həmin su ilə üzünü yusun...


Fiqhdə məcburiyyət (zərurət) deyəndə nə başa düşülür?


Fiqhdə məcburiyyət (zərurət) deyəndə nə başa düşülür? MƏCBURiYYƏTiN (ZƏRURƏTiN) MƏNASI: Fəqihlər buyurur: «Məcburi hal odur ki, insan haram olan bir işi icra etməsə aşağıdakı hallardan biri baş verə bilər:
a) Həyatı və sağlamlığı təhlükə qarşısında qalar;
b) Şiddətli xəstəlik baş verər;
c) Xəstəliyi daha da şiddətlənər;
d) Malını itirmək təhlükəsi yaranar;
e) Başqa birinin həyatı və sağlamlığı təhlükə altına atılar.
Məsələn, hamilə bir qadın uşağını itirmək təhlükəsi qarşısında qalar, və ya “şərab içməsən, filankəsi öldürəcəyəm” deyə insanı təhdid edərlər.» Lakin “filankəsi öldürməsən, səni öldürəcəyik” deyilsə, bu hal fiqh elminin qəsd etdiyi məcburiyyət halına daxil deyildir. Yəni bu halda insan öz canını qorumaq üçün başqasını öldürə bilməz.
Qeyd etmək lazımdır ki, insan məcburiyyət qarşısında qaldıqda haramdan istifadə etməkdə həddini aşmamalıdır. Yəni məcburi halı aradan qaldıracaq miqdardan artıq haramdan istifadə etmək caiz deyildir.


İmam Hüseyn (ə) və İmam Riza (ə) üçün çox dəyərli olan bacılarının hansı oxşarlıqları vardır?


İmam Hüseyn (ə) və İmam Riza (ə) üçün çox dəyərli olan bacılarının hansı oxşarlıqları vardır? Xanım Zeynəb (ə) və Həzrət Məsumənin (ə) oxşar cəhətləri:
Hər iki xanım məsum İmamın (ə) qızıdır. Xanım Zeynəb (ə) Əli (ə)-ın, Həzrət Məsumə (ə) isə İmam Musa ibn Cəfərin (ə) qızıdır.
•Hər iki xanım məsum İmamın (ə) bacısıdır. Biri Həsən (ə) və Hüseyn (ə)-ın, digəri isə İmam Rza (ə)-ın bacısıdır.
•Hər iki xanım məsum İmamın (ə) bibisidir. Biri İmam Zeynəl-abidin (ə), digəri isə İmam Cavad (ə)-ın bibisidir.
•Hər iki xanım Allahın höccəti olan məsum İmamdan (ə) bəhrələnmişdir.
•Hər iki xanım öz qardaşını – Xanım Zeynəb (ə) İmam Hüseyn (ə)-ı, Həzrət Məsumə (ə) isə İmam Rza (ə)-ı çox sevirdi.
•Hər iki xanımın vətəni Mədinə olduğu halda, qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (ə) Suriyada, Həzrət Məsumə (ə) isə İranda dəfn olunub.
•Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib...


Kimlərin duası kimlərin haqqında qəbul olunar?


Kimlərin duası kimlərin haqqında qəbul olunar? Dua etmək insandan böyük bəlaları uzaqlaşdırar, bu məsələ haqqında əksi də təsəvvür oluna bilər. Yəni bəzi dəstə insanlar var ki, onların nifrini bəla nazil edəndir misal üçün yetimin bədduası ona zülm edən haqda, atanın bədduası əziyyət edən övladı haqqında və sair. Bu yazımızda İslami mənbələrdən qeyd olunan 12 dəstənin duası kimlərin haqqında qəbul olunar qeyd edirik.
12 dəstənin duası kimlərinsə haqqında Allah-Taala dərgahında qəbul olunar:
1-Kasıbın ona kömək edənin haqqında dua etməsi, 2-Xəstənin onu ziyarət edən şəxsin haqqında dua etməsi, 3-Valideynin övladı haqqında xeyir istəyib dua etməsi, 4-Ölmüş salehlərin duası sağların haqqında, 5-Qadının həyat yoldaşı haqqında dua etməsi. 6-Məzlumun zalim haqqında duası istər xeyirə istər pisliyinə etmiş ola, 7-Həcc ziyarətində olan şəxsin duası kimlərinsə haqqında, 8-Müstəhəb həcc ziyarətində olan şəxsin duası müsəlman və möminlərin haqqında, 9-Mömin şəxsin mömin dini qardaşı haqqında duası, 10-Bir evə qonaq gələn şəxsin ev sahibinin haqqında duası, 11-Müəllimin şagirdi haqqında duası, 12-Oruc tutmuş şəxsin duası,


Təhlil, təsbih, təhmid nə deməkdir?


Təhlil, təsbih, təhmid nə deməkdir? Hədislərdə gələn 3 əsaslı istilahın açıqlaması:
-Təhlil (la ilahə illəlah demək gündə 100 dəfə) Kim hər gün 15 dəfə \"La ilahə illəlahu həqqən həqqa. La ilahə İlləllahu ubuduyyətən və riqqa. La ilahə illəllahu imanən və təsdiqa” desə Allahın nəzəri həmən şəxs Cənnətə gedənə qədər ondan kəsilməz. Peyğəmbər (s) buyurmuşdur: Evindən çıxarkən \"Bismillah” sonra \"La həvlə və la qüvvətə illa billah” 2 mələk deyər ki, sən qorundun. Əgər \"Təvəkkəltu ələllah” da desə onda o mələklər deyər ki, sən işlərinə kifayət edərsən. Belə adamlara şeytan yaxınlaşmaz. Çətin bir işlə üzləşdikdə 7 dəfə \"Bismillahir – Rəhmanir – Rəhim. La havlə və la qüvvətə illa billahil əliyyil əzim” deyin. Əgər işiniz düzəlməsə 70 dəfə deyin.
-Təsbih (subhanəllah demək) İmam Sadiq (ə) buyurmuşdur: \"Subhanəllahi və bihəmdihi subhanallahil əzimi və bihəmdih” deyən şəxs üçün Allah 3000 savab yazır, onun 3000 günahını bağışlayır, onun dərəcəsini 3000 dərəcə yuxarı qaldırır və onun dediyi sözlərdən Cənnətdə bir quş yaradır ki, o da daima Allaha zikr edər və bunların hamısının savabı həmən şəxsə yetişər.
-Təhmid (Əlhəmdu lillah demək, şükr etmək) Kim səhər dörd dəfə \"Əlhəmdu lillahi rəbbil aləmin” desə o günün şükürünü yerinə yetirmişdir. Kim \"Əlhəmdu lillahi kəma huvə əhluh” (Allaha layiqincəsinə şükr olsun) desə mələklər onu yazmaqdan aciz qalıb deyərlər: - İlahi bizim qeybdən xəbərimiz yoxdur və sənə layiqincə şükürü yaza bilmirik. Allah buyurar ki, bəndəm necə deyibsə eləcə də yazın, onun savabı Mənim boynuma.


Şəhid Mütəhhərinin ailəsi ilə rəftarda əxlaqı necə olmuşdu?


Şəhid Mütəhhərinin ailəsi ilə rəftarda əxlaqı necə olmuşdu? Şəhid Mütəhhəri və həyat yoldaşı.
Alimin həyat yoldaşı deyir: “26 il ki, onunla bir yerdə yaşamışdıq, həmişə xüsusi təvazökarlıqla, mətin səslə və gülər üzlə mənimlə rəftar edərdi. Onun mənə olan əlaqə və sevgisi ev işlərini rəğbətlə görməyimə səbəb olurdu. Mən onun evinə gələn zaman yaşım az idi. Ancaq bu az yaşımla heç bir zaman yadıma gəlmir ki, ondan incimiş və narahat olum. Çox mehriban və güzəştli idi. Mənim və uşaqlarımın rahatlığına əhəmiyyət verirdi”.


Həzrət Yəhya (ə) Allahdan gələn bu beş əmri Bəni İsrail övladlarına çatdırmasaydı əzaba duçar olardı?!


Həzrət Yəhya (ə) Allahdan gələn bu beş əmri Bəni İsrail övladlarına çatdırmasaydı əzaba duçar olardı?! Peyğəmbər (s) buyurmuşdu: \"Həqiqətən, Allah Zəkəriyyə peyğəmbərin oğlu Yəhyəyə beş kəlməni əmr etdi. Onu Bəsi İsrail övladlarına çatdırmasaydı əzaba düçar olacaqdı və ya yerə batırılacaqdı!! Yəhyə İsrail oğullarını Qüds məscidində topladı və belə söhbətinə başladı:
1-Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz. Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir.
2-Allah sizə namaz qılmağı əmr edir. Namaza durduqda üzünüzü kənara çevirməyin, çünki bəndə üzünü çevirmədikcə Allah üzünü bəndəsinə tərəf tutur.
3-Allah sizə oruc tutmağı əmr edir. Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içindəki müşk ətirinin misalına bənzəyir. oruc Allah dərgahında müşkdən daha xoşdur.
4-Allah sizə sədəqə verməyi əmr edir. Bunun misalı düşmənə əsir düşmüş bir adamın misalına bənzəyir. Yəni cəhənnəmə əli bağlı getməkdən xilas olmaq.
5-Allah sizə Onu çox zikr etməyi əmr edir. Bunun misalı isə duşmənin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. Şeytan sizlərə qarşı belədir.


Bəzi uşaqların dünyaya naqis gəlməsinin fəlsəfəsi nədir?


Bəzi uşaqların dünyaya naqis gəlməsinin fəlsəfəsi nədir? Təbii cəhətdən sabit edilmişdir ki, əgər körpə ana bətnində zədə görərsə, bu, aşkar şəkildə zahir olar. Dinimiz bir körpənin zədə almasının müxtəlif səbəblərini bəyan edir. O cümlədən: haram tikə yemək, şərab içmək, kəbirə günahları...
Bəzən də valideynlər Allahın buyurduqları vacibatlara əməl etdikləri halda, övladları yenə naqis dünyaya gəlir. Allahın ədaləti belədir ki, əgər bir uşaq naqis dünyaya gələrsə, onun bu naqisliyini həm dünyada və həm də axirətdə nəzərə alar. Bu uşaq dünyanı dərk etdiyi qədər hesaba çəkilər. Əlbəttə, psixi xəstələr şəri hökmlərdən azaddırlar. Lakin əgər bu uşaqlar dünyadan ləzzət ala bilirsə və onu az da olsa dərk edə bilirsə, ona uyğun olaraq Allah dərgahında hesaba çəkiləcəkdir.
Aydın olan budur ki, Allah ədalətlidir və hər bir yerdə Öz ədalətini bərqərar etməyə qadirdir.
Ancaq o insanlar ki, bir-birini aldadır və fırıldaq gəlirlər və həyat fürsətlərini əldən veriblər – məgər bu insanlar günahkar deyildirmi? Allah Təala Quranda açıq şəkildə buyurmuşdur: “Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir”. (“Ənfal” 51).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter