Namaz əsnasında hansı əməllərdən çəkinmək vacibdir?


Namaz əsnasında hansı əməllərdən çəkinmək vacibdir? Namazı qılan şəxs namaz arasında bu işlərdən çəkinməlidir:
1-Yeyib-içməkdən. hətta yeməkdən qalan ağızdakı qalıntıları belə udmamağa diqqət yetirmək lazımdır.
2-Qiblədən üzünü çevirmək. Qiblədən az miqdarda səhv durmağ namazı batil etməz.
3-Namazda namazın zikrlərindən başqa bir şeyləri bilərəkdən danışmaq. (Vacib salama cavab verməkdən başqa. hansı cümlə ilə salam veriibsə o cümlə ilə də cavab vermək vacibdir. Başqa cürə salam vermək namazı batil edər.
4-Namazda səsli gülmək. Gülümsəmək namazı batil etməz.
5-Namazda səsli ağlamaq ki səbəb ola dediklərini başa düşməyə. Allah qorxusundan sızıldamaq namazı batil etməz.
6-Namazın formasını qarışdırmaq. Misal üçün namazda hərəkət etmək. yerimək kimi.
7-Namazın rükn əməllərini artırmaq istər bilərəkdən istər bilmədən olsa belə. Misal üçün rükünü iki dəfə etmək namazı batil edər.


Namazı bu cür qılmayaq?!


Namazı bu cür qılmayaq?! XVIII əsrdə yaşamış məşhur alim Seyyid Nemətullah Cəzairinin nəql etdiyi əhvalat:
\"Bir nəfər eşidir ki, əgər adamın xalis niyyətlə qıldığı iki rükət namaz qəbul olsa, o adam cəhənnəm alovundan amanda qalar. Həmin şəxs Kufə məscidinə gedir ki, orada iki rükət namaz qılsın, bununla da günahlarını bağışlatsın. Məscidə daxil olub namaz qılmağa başlayır. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma namazın ortasında ağlına belə bir fikir gəlir: Bu ətrafda yaşayan və mənim kimi səhərlər iki rükət sübh namazı qılan adamlar görəsən yuxudan necə oyanırlar? Axı, bu məscidin minarəsi yoxdur ki, müəzzin buradan azan verib camaatı oyatsın? (O zamanlar Kufə məscidi minarəsiz idi). Bunun ardınca düşünür ki, əgər burada minarə tikilsə, görəsən, onun daşını, qumunu, kəcini haradan gətirmək olar? Bunun xərci nə qədər olacaq? Başlayır minarənin hündürlüyünə uyğun olaraq, lazım olan daşın, qumun və sairənin miqdarını hesablamağa. Sonra fəhlələrin zəhmət haqqısını da bura əlavə edir. Minarəni hansı şəkildə tikməyi, gövdəsini hansı naxışlarla bəzəməyi, şərəfəni (müəzzinin durduğu meydançanı) necə hazırlamağı da fikirləşir. Bütün işə sərf ediləcək vaxtı da müəyyən etməyi unutmur. Bir də ayılır ki, artıq namazın salamını söyləyib qurtarıb. Öz-özünə deyir: “Mən bura namaz qılmaq üçün gəldiyimi düşünürdüm, amma sən demə, minarə tikmək üçün gəlmişəm”.


Mən ki, möminəm, Nəkir və Münkir nəyə lazımdır?


Mən ki, möminəm, Nəkir və Münkir nəyə lazımdır? Nəkir və Münkərin siması Peyğəmbərin (s) və İmamların hədisində:
Həzrət Peyğəmbər (s) bu iki mələyi belə təsvir etmişdir: “Bu iki mələk sərt və kobuddur. Səsləri çaxan ildırım kimidir, gözləri işıq kimi gözqamaşdırıcıdır. Saçları ayaqlarının altında qalar və onların üzərində yeriyərlər. Yeri yarmaq və səndən sorğu-sual etmək üçün dişləri vardır”.
Bəli, bu iki mələk kafirə qorxulu simada nazil olar, ancaq möminə müjdə verəndir. Belə ki, İmam Sadiqdən (ə) soruşurlar ki, bu iki mələk kafirlə və möminə eyni cür daxil olar?
İmam (ə) buyurur: “Xeyr”. Məsumlardan (ə) bizə çatan dualardan belə bir nəticə əldə etmək olur ki, Nəkir və Münkər küfrü və fəsadı sorğu-sual etmək üçün gələrlər. Möminlərə isə bəşir və müjdə verən sifəti ilə nazil olarlar.
İmam Sadiqin (ə) Rəcəb ayında oxuduğu duada buyurur: “Allahım, Nəkirlə Münkəri – ölülərdən sorğu-sual edən o iki mələyi məndən uzaq et və Bəşir və Mübəşşiri ki, səadət müjdə verənidir – mənə göstər”. Bu dünyada hər nə əksək, axirətdə də onu yığacağıq. Əgər kafir olsaq, bu iki mələk bizə qarşı Nəkir və Münkər olacaqdır, əgər mömin olsaq – Bəşir və Mübəşşir. Deyerler.


Quranın sair səmavi kitablardan əsas fərqi nədir?


Quranın sair səmavi kitablardan əsas fərqi nədir? Cavab: Quranın digər səmavi kitablardan əsas fərqi onun təhrif olmamasıdır. Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik. Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir. Bu kitabları zaman-zaman gah qəsdən, gah da bilməyərəkdən təhrif edib dəyişdirmişlər. Səmavi kitabların içində yalnız Quran zərrəcə dəyişməmişdir və qiyamətə kimi toxunulmaz qalacaqdır. Quranın özündə buyurulub: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq” (Hicr, 9).


Hansı günahlar nemətləri geri alır?


Hansı günahlar nemətləri geri alır? “Əllahumməğfir lizzunubəlləti tuğəyyirun-niəm” (Kumeyl duası)
Kumeyl duasında deyilir ki, Pərvərdigara, bağışla o günahları ki, nemətləri dəyişir (geri alır)... Bəs nemətləri geri alan, insanı nemətdən məhrum edən günahlar hansılardır? Sonra deyilir: Rərvərdigara, bağışla o günahları ki, duaları həbs edir (qəbul olmağa qoymur)... Duaların qarşısını alan günahlar hansılardır? (askdin.com)
İmam Səccad (ə) birinci sualı belə cavablandırır: Xalqa zülm, xeyir işi tərk etmək, insanları doğru yola dəvət etməmək, nankorluq etmək, şükür etməmək neməti dəyişən günahlardır...
İmam Sadiq (ə) ikinci sualı cavablandırır: Ağvalideynlik (valideynin üzünə qayıtmaq, valideyni incitmək) duaların qarşısını alan günahlardandır... İmam Səccad (ə) pisniyətlik, xəbislik, riyakarlıq, duanın qəbuluna ümidsizlik, vacib namazı gecikdirib vaxtını ötürmək, xeyirxahlıq və sədəqədən uzaqlıq, çirkin danışığı duaların qəbuluna maneə hesab edir. (mənbə: Təfsir Əl-Safi, Əl-İxtisas, Məaniul-əxbar)


Ölümü tezləşdirən 6 vərdiş hansılardır?


Ölümü tezləşdirən 6 vərdiş hansılardır? Sağlam şəkildə uzun ömürə malik olmaq – hər bir insanın arzusudur. Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən 6-nı tanıyaq:
1. 7 saatdan çox əyləşmək. Mütəxəssislərin araşdırmasına görə çox oturanlar ən az 6 il ömürlərini azaldırlar.
2. 8 saatdan çox yatmaq. Bu təhlükə qadınlar üçün daha çoxdur.
3. Hərəkətsiz olmaq. Bu cür insanlarda xərçəng, parkinsun, qaraciyər xəstəlikləri riski daha çoxdur.
4. Alkohol içmək. Alkohol içmək bir çox xərçəng xəstəliklərinə yol açar.
5. Siqaret çəkmək. Tütün bir çox xərçəng xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu xərçəngi kimi.
6. Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.


Qurani-Kərimi xətm edəndən sonra hansı duanı oxuyaq?


Qurani-Kərimi xətm edəndən sonra hansı duanı oxuyaq? Əllahummə nəvvir qulubəna binuril Quran. Və kəffir ənnə səyyiatina biizzətil Quran. Vəşfi mərzana biayətil Quran. Və səllim əhyana bihurmətil Quran. Əllahumməcəlil Qur’anə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.


Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər?


Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər? Dəfnin müstəhəb əməllərindən biri də budur ki, dəfndən sonra qəbrin üzərinə su töksünlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar. Suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. \"Füru-ül-Kafi”də (cild 3, səh.200)
İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: \"Allahummə cafil-ərzə ən cənbey hi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu Öz dərgahına yüksəlt, ona Öz razılığını təlqin et. Onun qəbrinə Öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın).
Rəvayət var ki, Peyğəmbər (s) bunu yalnız öz qohumlarının (yəni Bəni-Haşimdən olanların) qəbri üzərində edərdi. Hətta Mədinəyə gələn qərib adamlar Bəqi məzarlığında, üzərində əl izi olan qəbir görsəydilər, bilərdilər ki, bu qəbir təzədir və Bəni-Haşimə məxsusdur. ixlas.


Nə üçün kəbə ətrafında saat əqrəbinin əks istiqamətində dövrə vurulur?!


Nə üçün kəbə ətrafında saat əqrəbinin əks istiqamətində dövrə vurulur?! Kəbə ətrafında dövrə vurmaq (təvaf) həcc ayinləri içərisində müsəlmanlar üçün müqəddəs olan ibadət aktıdır. Müvafiq ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir. Nə üçün? Bu suala aydınlıq gətirəcək bir neçə elmi faktı sizə təqdim edirik:
1.İnsan bədənində qan saat əqrəbinin əksi istiqamətində dövran edir.
2.Atom elektronları nüvə ətrafında təvafa oxşar saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
3.Ay öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
4.Yer öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
5.Yer Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
6.Günəş sisteminin planetləri Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
7.Günəş və bütün Günəş sistemi qalaktikada orbit üzrə saat əqrəbinin əksi istiqamətində dövrə vurur.
8.Bütün qalaktikalar kosmosda saat əqrəbinin əksi istiqamətində dövrə vurur.


İmam Zamanın gəlişinə (əc) hansı yollarla kömək edə bilərik?


İmam Zamanın gəlişinə (əc) hansı yollarla kömək edə bilərik? İmam Zamana (ə) kömək etməyin yolları:
1. Etiqad və düşüncə cəhətdən İmama yardım etmək. Allahın Höccətinə öz etiqad və düçüncə qüdrətini qüvvətləndirməklə onunla kamil şəkildə bağlılıq yaradıb, xalis şiə olsun.
2. Dildən İmama (ə.f) yardım və onun düşmənlərinin əleyhinə istifadə etməklə kömək etmək.
3. Maddi cəhətdən İmama (ə.f) yardım etmək. İmamın (ə.f) düşmənləriylə mübarizə aparmaq ona kömək etməkdirsə, onun dost və şiələrini maddi cəhətdən kömək etməkdə İmama (ə.f) yardım etməkdir.
4. Rəftar və davranış vasitəsilə İmama (ə.f) yardım etmək.Şəxs elə rəftara sahib olmalıdır ki,İmamın (ə.f) dostlarının iftixarına və onun düşmənlərinin xarlıq və məğlubiyyətinə səbəb olsun.
5. İmam(ə.f)üçün,məxsusən zühurunun tezləşməsi üçün çox dua etmək.
6. Ondan əvvəlki İmamaların (ə) fəzilət və müsibətlərini xatırlamaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter