Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələrdən bir neçə nümunə yazın?


Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələrdən bir neçə nümunə yazın? Peyğəmbər (s) buyurur: \"Mö`minnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mö`min dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir). Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanlar qədər. Mö`minlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar. Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.) Qur`an bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar.\" Nəsihətlər kitabından. Ayətullah Meşkini.


İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi?


İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi? İmam Əsgəriyə (ə) aid edilən təfsir natamamdır, Fatihə və Bəqərə surələrinin şərhini əhatə edir. Bu təfsirin səhih olub-olmaması barədə alimlər arasında fikir ayrılığı vardır. Bir neçə alim (o cümlədən, Mühəqqiq Təfrişi, Mühəqqiq Şüştəri, Əllamə Bəlaği, Şərani, Əstərabadi və b.) təfsirin həm sənədindəki bəzi ravilərin məchul və yalançı olduğunu, həm də rəvayətin mətnində bəzi ciddi məna səhvlərinin mövcudluğunu əsas gətirməklə təfsirin İmama aidliyini şübhə altına almışlar. Lakin Şeyx Səduq, Qütb Ravəndi, İbn Şəhraşub, Əbu Mənsur Təbrisi, Şəhidi-sani, Feyz Kaşani, Əllamə Məclisi, Hürr Amuli, Vəhid Bəhbəhani, Seyid Şübbər, Şeyx Mürtəza Ənsari, Ayətullah Birucerdi, Ayətullah Maməqani, Ağa Büzürg Tehrani, Əllamə Əmini və digər böyük şiə alimləri bu təfsirin həqiqətən, İmam Əsgəriyə (ə) aid olduğunu, amma içində zəif və səhih bölümlərin yer aldığını söyləmişlər. Təfsirin səhihliyinə hökm verən alimlərin sayı daha çoxdur.


Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?


Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı? Bu sualın cavabı aşağadakı mövzuda cavablınır;
1.İlahi hökmlərin həmişə məsləhətlər və fəsadları nəzərə almaqla olduğuna görə heç vaxt hansısa hökm heç bir səbəb olmadan halal və ya haram və vacib ola bilməz. Heç də belə deiyl ki, ilahi hökmlər heç bir meyar və hikmət olmadan bəşəriyyətə gəlmiş olsun və o hökmlərin səbəbləri haqqında sual olmasın.
2.Qeyd etmək lazımdır ki, ayə və rəvayətlərdə küllü və cüzü olaraq, bəzi şəri hökmlərin səbəb və hikmətləri haqqında açıqlamalar verilmişdir. Bəzi məqamlarda isə ələ gətirdiyimiz meyarlar əsasında bir çox şəri hökmlərin hikməti və fəlsəfəsi haqqında məlumat əldə edə bilərik.
3.Bir məsələni də bilmək lazımdır ki, əgər hansısa bir şəri məsələdə onun hikməti haqqında bir şey deiylmirsə, bu deyilməməyin özü insan üçün xüsusi bir hikmətdir və əslində bu məqamda hansısa məsləhətlərə görə insanın şəri hökmlər müqabilində, Allaha olan bəndəçiliyi və ruhunda olan təslimçilik yoxlanılır.
4.İsanın əqli məhdud olduğuna görə bütün şəri hökmlərin cüzi və külli hikmətəlrinə agahlığı qeyri-mümkündür. Bu mənada əgər insanın əqli hansısa şəri hökmün cüziyyatına və bəzən küliyyatına çatmırsa, bu heç də o mənada deiyl ki, ilahi hökmlər hansısa mənada naqidsir və onda hikmət yoxdur. Çüniki, Allahın elm və hikməti tələb edir ki, heç bir fərman və şəri hökm bəndələrinin məsləhəti nəzərə alınmadan verilmiş olsun. Çünki, belə olan surətdə insalar həmişə ilahi göstərişlərdən şübhəsiz olaraq itaət edəcəklər.


Əqli cəhətdən xəstə olanlar cənnətə yoxsa cəhənnəmə gedəcəklər?


Əqli cəhətdən xəstə olanlar cənnətə yoxsa cəhənnəmə gedəcəklər? Əqli cəhətdən xəstə olanlar savab və günah sarıdan məsuliyyətsiz sayılırlar. Dinimizə görə, bütün əməllər yalnız əqli yetkinlik şərti ilə Allah dərgahında qeydə alınır. Yəni əqli cəhətdən nöqsanı olan şəxslər etdikləri əməllərə görə məsuliyyət daşımırlar. Bu cür insanlara nə savab, nə də günah yazmaq Allahın ədalətinə yaraşmaz. Çünki onlar öz ağıl və iradələri ilə yaxşı işi seçməmişlər, pisliyi də anlayacaq qabiliyyətə malik deyillər. Allah-təala onları qiyamət günündə sorğu-suala çəkməyəcək. Günah və savabları olmadığı üçün onları nə cənnətə, nə də cəhənnəmə aparacaqlar. Əqli cəhətdən nöqsanlı adamlar onlar üçün ayrılmış “əraf” adlı məkanda qalacaqlar. Onlara əzab verilməyəcək, dini mənbələrdəki məlumatlardan belə görünür ki, onlar üçün sanki bu dünyadakı kimi sakit bir mühit yaradılacaq.


Nə üçün bəzi namaz qılanlar günaha yol verir?


Nə üçün bəzi namaz qılanlar günaha yol verir? İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.
Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. \"...Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...\" (“Ənkəbut”, 45.)
Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.


Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?


Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir? İslamın məntiqidir və sağlam ağıllı insanlar bu baxışı qəbul edirlər ki: \"“Bilmədiyinizi zikr əhlindən soruşun.”
Cavab: Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır. Quran buyurur: “Bilmədiyinizi zikr əhlindən soruşun.” (“Nəhl”, 43.)
Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.


Gecə namazı qılmaqda güclü iradəyə sahib olmaq üçün hansı işləri görmək lazımdır?


Gecə namazı qılmaqda güclü iradəyə sahib olmaq üçün hansı işləri görmək lazımdır? Hər bir xeyir işi görmək və çirkin işlərdən uzaqlaşmaq üçün gərək o əməl yaxşı tanıtdırılsın. Yaxşı əməllərin faydaları haqda bilik artırmaq və günah işlərin tərki üçün onun ziyanları haqda düşünülsün. Yaxşı əməllərdən biri və insan həyatını dəyişən ibadətlərdən olan və İslam maarifində çox tapşırılan gecə namazı qılmaqdır. Gecə namazını qılmaq üçün güclü iradəyə sahib olmaq üçün aşağıdakı əməllər tövsiyə olunur:
1-Günahlardan uzaq durmaq, İmam Sadiq (ə) bu haqda buyurur: “Bir kişi gün ərzində yalan danışır o pis əməlin nəticəsində gecə namazı qılmaqdan məhrum olur. Gecə namazını əldən verməklə ruzinin çatmamasına və ya azalmasına şərait yaranır.”.
2-Gecə namazının fayda və əhəmiyyəti haqda biliyi artırmaq.
- Quran ayələrinə diqqət edəndə görürük ki, gecə namazı o həddə Allah-Taala dərgahında ustün əməldir ki, seçilmiş əxlaq nümunəsi olan Peyğəmbərinə (s) bu gecə ibadətini vacib etmişdir. (İsra/79)
3-Gecə namazı qılanlarla get-gəl etmək, və eləcə də Allah övliyaların həyatı haqqında düşünüb, onların əməllərini oxumaq insan iradəsində təsir edici səbəblərdəndir.
İmam Əli (ə) bu haqda buyurur: “Yaxşı dostların insanı saleh əməllərə çağırdığı qədər heç bir şey təsirli olmaz və insanın çirkin əməllərdən çəkindirməz.”


Bəni-Üməyyə nəslində nəcib insan olubmu?


Bəni-Üməyyə nəslində nəcib insan olubmu? İmam Baqirdən (ə) nəql olunur ki, hicri-qəməri 99-101-ci illərdə xəlifə olmuş Ömər ibn Əbdüləziz “bəni-üməyyənin nəcib şəxsi olub”.
Ömərin xalqın hər təbəqəsinə qarşı diqqəti və xüsusilə də kasıb təbəqənin mənafeyinə xidmət edən islahatları, onun zahid həyat tərzi, xəzinəyə olan diqqətli münasibəti və ədalətli islahatları əməvi əyanlarının hüdudsuz və tamahkar istəklərinə uyğun gəlmirdi. Nəhayət Əməvi nəslindən olan yaxınları Ömərin bir köləsini ələ alaraq onun yeməyinə zəhər qatmağı və onu ölümcül zəhərləməyi bacardılar. Ömər ölüm yatağında bu xəyanəti bildi, amma zəhəri verən köləni əfv etdi. Vəfatından əvvəl Allaha belə dua etdi: “Sən mənə əmr etdin mən isə səhlənkar oldum. Sən mənə qadağan etdin mən isə asi oldum. Lakin mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur”. Xəlifə Ömər ibn Əbdüləziz miladi tarixlə 720-ci ildə 40 yaşında ikən Hələbdə vəfat etdi.
Şiələrə xüsusi məhəbbət göstərdiyi, Fədək bağını, hətta xəlifəliyi İmam Səccada (ə) təklif etdiyi bildirilir.


Məsumların hədisində həyatyoldaşını əziyyət edən şəxsə hansı əzablarla xəbərdarlıq edilir?


Məsumların hədisində həyatyoldaşını əziyyət edən şəxsə hansı əzablarla xəbərdarlıq edilir? Məsumların həyat yoldaşını incidən şəxsə bu əməllərinə görə əzablar haqda xəbərdarlıqları:
1-Həzrət Peyğəmbər (s) buyurur: Dili ilə ərini incidən qadını əri bağışlamasa, onun tövbəsi, fidyəsi, xeyir əməli qəbul olmaz. Ərini incidən qadın gündüzləri oruc tutub, gecələr ibadətə məşğul olsa, qulları azad etsə, Allah yolunda cihada yaxşı atlar bağışlasa belə, cəhənnəm oduna birinci daxil olar. Qadınına zülm edən kişinin də aqibəti belədir.
2-İmam Baqir (ə) buyurur: Allah-Taala həm kişilər, həm də qadınlara cihadı vacib edib. Amma kişilərin cihadı mal və canını din və vətən yolunda vermək, qadınların cihadı həyat çətinlikləri qarşısında əri ilə səbirli davranmaqdır.
3-İmam Baqir (ə) ondan ərin haqqı barədə soruşan qadına belə cavab verdi: Ərinə tabe olsun, itaətsizlik göstərməsin, ərindən icazəsiz sədəqə verməsin, müstəhəb oruc tutmasın, intim münasibətlərdə ərinə yox deməsin, ərinin icazəsi olmadan evdən bayıra çıxmasın. Əgər qadın ərindən icazəsiz evdən çıxsa yerin-göyün mələkləri, qəzəb və rəhmət mələkləri evə qayıdana qədər ona lənət yağdırar.


Həzrəti Əlinin (ə) məqamı haqqında Peyğəmbərdən (s) hansı hədislər gəlmişdir?


Həzrəti Əlinin (ə) məqamı haqqında Peyğəmbərdən (s) hansı hədislər gəlmişdir? Həzrət Əli (ə) haqqında Peyğəmbərin (s) hədisləri:
1. «Qədir» hədisi: «Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».
2. «Mənzələt» h. «Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».
3. «Yəvmul-inzar» h. «Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».
4. «Səqələyn» h. «Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».
5. «Səfinə» h. Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».
6. «Haqq» h. «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqda Əli (ə) ilə». Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter