Növruz bayramı öncəsi çərşənbələri qeyd etmək dini baxımdan necədir?


Növruz bayramı öncəsi çərşənbələri qeyd etmək dini baxımdan necədir? Çərşənbələrə gəldikdə isə dini mənbələrdə bu ayinlərin keçirilməsi haqda heç bir tövsiyə yoxdur. Əksinə müasir dövrdə islam alimlər və müctəhidlərin bu 4 çərşənbələrin müxtəlif ağlabatmayan ayinləri barədə qadağalandırıcı fətvaları da mövcuddur.

-Məsələn 6 il öncə ayətullah Xameneinin dəftərxanasına çərşənbədə od qalayıb və son çərşənbə ayinlərini həyata keçirmək barədə sual ünvanlananda, müctəhid bunun “xəsarət və zərər”lə nəticələnəcəyini bildirərək, bu ayinlərdən uzaq durmağı vacib bilib.
-Ayətullah Cavadi Amili son çərşənbənin ayinləri haqda deyir: “Bu ağla şəriətə ziddir. Əsassız və mənfi bir qaydadır”. Müctəhid daha sonra əlavə edib: “Odla oynamaq (partlayıcılardan istifadə etmək) malı israf etmək və haram işdir”...


Fatimeyi-Zəhranın (s.ə) çadrasının nuru əhvalatı hansı hadisə idi?


Fatimeyi-Zəhranın (s.ə) çadrasının nuru əhvalatı hansı hadisə idi? İmam Əli (ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli (ə) Fatimənin (s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin (s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin (s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular. (Biharul-Ənvar, 43-cü cild, səh 30.)


“Əyyami-Fatimə (ə)” - “Fatimə (ə) günləri” ne deməkdir.?


“Əyyami-Fatimə (ə)” - “Fatimə (ə) günləri” ne deməkdir.? Bu günlər - Peyğəmbərimizin (s.a) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Zəhranın (ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s.a) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə \"Fatiməyi-əvvəl\" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s.a) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü \"Əyyami-Fatimə (s.ə.)\" adlandırıblar.
Dünyanın bütün yerlərində peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs Xanımın (s.ə.) məşəqqət dolu həyatını kədərlə yada salır, o Həzrətin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə indinin özündə də narahatlıq keçirirlər. Əyyamın ehtiramı Aşura qədər əziz tutulur. Məhərrəm-Səfər əyyamında olunduğu kimi insanlar bu günlərdə də əzadar olur. İnsanların, sevdiyi, əziz, doğma bildiyi şəxsi gedib ziyarət etmək imkanları var. Lakin Əhli-beyti (ə) sevənlər böyük müsibətdir ki, xanım Zəhranın (s.ə) qəbrinin yeri bilinmir. Həzrətin (s.ə) qəbri gizlədilib, dəfni gizli keçirilib. O vaxtın bəlli tarixi ağır şərtləri və ümumiyyətlə, bəşəriyyətə çatdırış üçün Həzrət Zəhranın (s.ə) qəbrinin dəqiqi yeri bilinmir, İmamlarımız (ə) tərəfindən gizli saxlanılır.


Loğman (ə) oğluna həyatda ziyanlardan amanda qalması üçün hansı nişanələri öyrətdi?


Loğman (ə) oğluna həyatda ziyanlardan amanda qalması üçün hansı nişanələri öyrətdi? Loğman oğluna dedi: “Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları bəyan edirəm. Dinin üç nişanəsi var; elm, etiqad və əməl. İmanın üç nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun bəyənmədiyi şeyləri tanımaq. Ağıllı adamın üç əlaməti var; namaz, oruc və zəkat. Mütəzahirin (elmi Allahdan başqasından ötrü öyrədən) üç əlaməti var; özündən üstünlə çəkişər, heç bir elmi və məlumatı olmadan söz deyər və çata bilməyəcəyi şeylərin ardınca gedər. Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var; ürəyindəki ilə danışığı əməli ilə ürəyi və gizlini ilə aşkarı, bir-birinin ziddinədir. Günahkarın üç əlaməti var; zülm, yalan və sözünə xilaf çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır, camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tərifindədir.


Allah-Taala Musaya (ə) 4 əməlin Onun razılığı üçün olduğunu buyurur?!


Allah-Taala Musaya (ə) 4 əməlin Onun razılığı üçün olduğunu buyurur?! Allah-təala Musaya (ə) buyurdu: “Heç bu vaxta qədər xalis bir əməl yerinə yetirmisən?” Dedi: “Bəli. Namaz qılmışam, oruc tutmuşam və zikr demişəm.” Buyurdu: “Namaz sənin siratdan keçməyin üçündür. Oruc cəhənnəm atəşi qarşısında qalxanındır. Zikr isə behiştdəki dərəcələri qaldırır. Bəs elə isə, bütün bunlar sənin özün üçün olub.” Musa (ə) ağladı və ərz etdi: “Pərvərdigara! Mənə elə bir iş öyrət ki, yalnız Səndən ötrü olsun.” Xitab olundu: “Zülm görmüşə kömək göstərmisən? Çılpağı geyindirmisən? Susuza su vermisən? Alimə ehtiram etmisən? Bunlar xalis əməllərdir.” Ayətullah Meşkinin (r) nəsihətləri kitabı, səh: 87.


Allah-Taala Musa Peyğəmbərə (ə) hansı mövizələri edib?


Allah-Taala Musa Peyğəmbərə (ə) hansı mövizələri edib? Allah-təala Musaya (ə) xitab edərək buyurdu: “Ey Musa! Mən səndən ötrü üç şey yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir.” Dedi: “Onlar hansılardır?”
Buyurdu: “Mən sənin ixtiyarında minnətsiz olaraq çoxlu ne`mətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin minnət qoyma. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların üzrünü qəbul et. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də sabahın ruzisini Məndən bu gün istəmə.” Ayətullah Meşkininin (r) nəsihətlər kitabı, səh: 87.


Əbuzər Qəffari müsəlmanlara hansı nəsihətləri edir?


Əbuzər Qəffari müsəlmanlara hansı nəsihətləri edir? Peyğəmbərin (s) ən sevimli səhabələrindən olan Əbuzər Qəffari mömin kişi və qadınlara belə nəsihət edir:
“İki məclisdən başqa məclisdə oturma. Biri odur ki, orada Allahdan halal ruzi dilənir, digəri isə axirətdən ötrü təşkil olunub. Başqa məclislərdə oturma, çünki heç bir faydası yoxdur. Sözünü (danışığını) iki yerə böl. Bir hissəsini axirət işlərinə, digərini isə halal ruzi tələb etməyə sərf et. Bu ikisindən başqa heç bir sözün faydası yoxdur. Malını da iki yerə böl. Bir hissəsini dolanışığın, digərini isə axirətin üçün sərf et. Başqa heç bir xərcin faydası yoxdur. Dünyanı keçmiş və gələcək arasında olan bir zaman hesab et. Keçmiş sənin əlindən çıxıb, gələcək də mə`lum deyil ki, əlinə gələcək, ya yox. İş görmə anı, elə əlində olan andır. İndi özün üçün qazan, əldə et və günahdan qorun. Əgər belə etməsən həlak olacaqsan.” Ayətullah Meşkininin (r) nəsihətlər kitabı, səh: 75.


Həyatımızda Əhli-beyt sevgisinin nə rolu var?


Həyatımızda Əhli-beyt sevgisinin nə rolu var? Cavab: İdeal axtarışı, hər hansı qəhrəmana pərəstiş insanın fitri xüsusiyyətidir. Ləyaqətli ideal insanın tərbiyəsi üçün çox təsirlidir. Kamil ideal insanı daha çox cəzb edir. Əhli-beyt sevgisi ən üstün ideal seçimidir. Belə bir ideal seçən insan özünü peyğəmbər davamçılarına oxşatmağa çalışır. İnsanı hərəkətə gətirməyən sevgi isə həqiqi sevgi deyil. Bir körpə atasından qoğal istəsə və atası ona işdən qayıdarkən qoğal alacağını söz versə, uşaq gözünü yola dikib atasını gözləyir. Axşam ata mənzilə daxil olan kimi körpə “qoğal almısanmı” soruşur. Əgər ata desə ki, “qoğal almamışam, amma səni çox sevirəm”, uşaq bu sevgiyə inanarmı?!


Ayətullah Cavadi Amuli (hz.) dərk olunaraq olunan ibadət haqqında nə buyurur?


Ayətullah Cavadi Amuli (hz.) dərk olunaraq olunan ibadət haqqında nə buyurur? Bismilləhir-rahmənir-rahim. Bəzən zöhd ibadətlə, yaxud zöhd irfanla, ya ibadət irfanla, ya hər ikisi irfanla bir yerə toplanır. Əlbəttə, irfanın özü lazımı qədər zöhd və ibadət olmadan ələ gəlməz. Baxmayaraq ki, irfansız zöhdün, yaxud irfan olmadan ibadət və zöhdün olması mümkündür. Çünki uzunluq dərəcəsində yuxarı mərtəbədə aşağı mərtəbənin qorunması vacibdir. Arif olmayanın zöhdü alış-verişdən başqa bir şey deyil. sanki, mal verib əvəzini alır. Amma arifin zöhdü onun daxili diqqətinin haqq yönəlməsinə mane olan hər bir mal və əvəzini boşlamaq, Allahdan başqa hər nə üstünlük varsa, onu buraxmaq deməkdir.
Arif olmayanın ibadəti alış-verişdən, icarə və ücrətdən (muzd) başqa bir şey deyil. Elə bil, dünyada işləyir ki, axirətdə öz muzdurluğunun əcrini alsın. Amma arifin ibadəti bütün daxili qüvvələrinin riyazətidir ki, təbiətin əhatəsindən buraxılıb və azad olub, təbiətdən xaric aləmə çatıb, övliyaların ən yüksək meracına yetişib, ta haqq təcəlli edərkən ürək hərəmində bir şey onun yolunu kəsməsin, onu tozlandırmasın. Bu iş onun üçün adət halını alıb. Hər vaxt onun daxili haqqın görünməsini istəsə, heç bir maneçilik olmadan yerinə yetir. Xəyal, vəhm, himmət və maraq qüvvələri də ona tabe olur ki, o bütün vücudu ilə müqəddəslik yolunda olsun. (\"İşarat və tənbihat\", c. 3, səh. 370.)


Böyük müctəhidlərdən olan Ayətullah Safi Gulpayiqani (hz.) Fatimiyyə əza günləri haqda buyururlar?


Böyük müctəhidlərdən olan Ayətullah Safi Gulpayiqani (hz.) Fatimiyyə əza günləri haqda buyururlar? Ayətullah Safi Gulpayiqani (hz.): Həzrət Siddiqeyi Tahirə Fatimeyi Zəhra (s) həqiqətdə öz babası Həzrət Peyğəmbər (s) kimidir və Əhli-beytin (ə) yanında xüsusi məqamı var. Belə ki, bütün İmamlar (ə) onun varlığı ilə fəxr edirlər. O müqəddəs varlıq bütün Əhli-beyt (ə) üçün hüccətdir. Yəni özlərinin haqlı olması, qəsbkarların və zalımların qüvvədən düşməsi üçün o xanımın vücudu irəli sürülür. Bütün Əhli-beyt (ə) hüccətdir, lakin Həzrət Zəhranın (s) bu cəhətlərdən hüccət olması hər kəsdən çoxdur.
O, iffəf, ismət və kəramətdə İslamın ilk qadınıdır və onun varlığı bir ülgüdür. Önəmli məsələlərdən biri Fatimiyyə günlərinin hörmətini saxlamaqdır. Fatimənin (ə) vəzifələri, təqvası, ibadəti, elmi və hikməti gərək həmişə belə proqramların içində olsun. Bu vəzifələr çıxışlarda, yazılarda və münasib olan hər fürsətdə açıqlanmalıdır.
Fatimiyyə günlərində o Həzrətin (ə) ilahi şəxsiyyətinə ehtiram qoyumaq vacibdir. O Həzrətin (ə) sözləri bütün qadınların və hətta kişilərin də həyat nümunəsi olmalıdır. Fatimiyyə günləri bir tarixdir. Fatimiyyə günlərini qeyd etmək zalımlara qarşı fəryaddır. Fatimiyyə günləri - yəni cihad. Fatimiyyə günləri - yəni Həzrət Mehdinin (ə) ilahi höküməti günü. Həmçinin Fatimiyyə günləri aşuradır, qədr gecəsidir. Qədr gecəsi və Fatimiyyə günləri - yəni haqqın batilə qalib gəldiyi gün.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter