Evlənmək üçün görüləsi 6 hazırlıq hansılardır?


Evlənmək üçün görüləsi 6 hazırlıq hansılardır? Evlənməyin də başqa böyük işlər kimi, hazırlığa ehtiyacı vardır. Əgər əvvəldən özünüzü bu məsuliyyətli iş üçün hazır etməsəniz evliliyiniz müvəffəq olmayacaqdır. Əgər siz evliliyə hazır olmasanız aranızdakı gərginliklər günbəgün artacaqdır. Bir-birinizin istəklərini başa düşməyəcəksiniz. Bir-birinizdən uzaqlaşacaqsınız.
1. Qəbul etməyi bacarmaq. Evlilik o deməkdir ki, sizinlə tam fərqli olan insanla bir ömür yaşayacaqsınız. Həmin insanın fərqli ruhiyyəsi və fərqli tərbiyəsi vardır. Əlaqə və meyilləri fərqlidir. Əfsanələri gərək kənara qoyasınız və “biz” olmağa çalışasınız. Siz gərək qarşı tərəfə deyəsiniz ki, iki bədəndə olan bir ruhsunuz. Əgər rabitəniz əvvəldən sağlam olsa və siz rəsmi surətdə onun əlaqə və ehtiyaclıarını qəbul etsəniz, ona dəyər versəniz – o zaman müştərək həyatınız şirin və problemsiz olacaqdır.
2. Uyğunlaşmağı bacarmaq. Əgər siz qarşı tərəfə uyğunlaşa bilməsəniz o zaman həyatınız kəşməkəşli olacaqdır. İnsanlar adətən çətin zamanlarda iki cür reaksiya verərlər: ya eqoist olub ancaq özlərini düşünərlər, ya da fədakarlıq edib qarşı tərəfi düşünərlər. Əgər ilk növə aidsinizsə, deməli evliliyə hazır deyilsiniz...


Həzrət İbrahimin (ə) çətin imtahanının 15 müvəffəqiyyəti nələr oldu?


Həzrət İbrahimin (ə) çətin imtahanının 15 müvəffəqiyyəti nələr oldu? Allah Təala Həzrət İbrahimi (ə) ağır və böyük imtahanlarla imtahana çəkmişdi. Lakin Həzrət İbrahim (ə) bu imtahanların çətin olmasına baxmayaraq, öz böyük vəzifəsinə əməl edərək tədbirli olmuş və şücaət nümayiş etdirmişdi. Mərhum Səduq Həzrət İbrahimin (ə) imtahan olduğu kəlmələri bizə tanıtmışdır:
1. Yəqin. Quran bu barədə buyurur: “Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün”. (“Ənam” 75). 2. Tövhid. İbrahim (ə) aləmlərin Xaliqini tanımaqda və tövhiddə elə bir mərhələyə çatır ki, şirk edənlərin qarşısında sabit dayanır və tövhid nidasını hər yerə yayır. 3. Səbir. “Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi”. (“Hud” 75). 4. Şücaət. “Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi”. (“Ənbiya” 58). 5. Səxavət. “Onlar İbrahimin yanına gəlib salam verəndə o, dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi). Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi”. (“Zariyat” 25-26)...


Həzrət Məhdinin (ə.f) zühurundan öncəki qiyamların hökmü nədir?


Həzrət Məhdinin (ə.f) zühurundan öncəki qiyamların hökmü nədir? Bəziləri bu əqidədədirlər ki, İmam Mehdinin (ə) zühurundan öncə zalım hakimlərə qarşı qiyam qaldırmaq haramdır. İmam Sadiq (ə) buyurur: Həmin rəvayətdə buyurulur: “Qaimin (ə.f) qiyamından öncə ucalan hər bir bayrağın sahibi zalımdır (tağutdur) və Allahdan qeyrisinə ibadət edir.” Bu barədə nə demək olar?
1. Bu rəvayət ümumi şəriət üsulu, o cümlədən əmr bil-məruf və nəhy ənil-münkər (yaxşılığa dəvət və pislikdən çəkindirmə) və cihad hökmlərinə ziddir. Çünki bu üç hökmün mərtəbələri var və bu mərtəbələrdən biri qiyamdır. 2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var. 3. Bəzi rəvayətlərdən məlum olur ki, İmam ümumilikdə inqilabların mümkünlüyünü inkar etmir, sadəcə, onların son hədəfə çatmayacağını bildirir. Necə ki, Zeydin və Muxtarın qiyamları son hədəfə çatmadı. 4. İnqilaba çağırış iki növdür: Bəziləri Əhli-beyt hakimiyyətinin bərpa olunmasına çağırır və belə bir çağırış batil deyil. Bəziləri isə digər şəxsi məqsədlərini həyata keçirmək üçün batilə dəvət edir. Beləcə, uyğun rəvayətlərdə şəriət və Əhli-beyt İmamlarını müdafiə üçün qaldırılmış qiyamlar nəzərdə tutulmur. İmam Səccaddan (ə) Muxtarın qiyamı haqqında soruşulduqda buyurdu: “Qara bir qul bizə yardım üçün ayağa qalxsa, ona yardım göstərmək vacibdir.” İmam Sadiq (ə) buyurmuşdur: “Bəni-Haşimdən on iki nəfər qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”


Həzrət İsanın (ə) Mehdi (əc) hökumətində missiyası nədir?


Həzrət İsanın (ə) Mehdi (əc) hökumətində missiyası nədir? Həzrət Məsihin İmam Mehdinin (ə.f) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:
1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və İmam Mehdiyə (ə.f) iqtida etməsi bütün məsihilərin İmama (ə.f) təslim olması ilə nəticələnəcək.
2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin İmam Mehdiyə (ə.f) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər İmam Mehdiyə (ə.f) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.
Quran və İncilin buyuruqlarına əsasən, səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.
Yuhanna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam“.Əhdi-cədid, Yuhanna İncili, səh.339


\"Səhih-Buxari\" və \"Səhih-Müslimdə\" İmam Mehdi barədə nə var?


"Səhih-Buxari" və "Səhih-Müslimdə" İmam Mehdi barədə nə var? Əhli-sünnənin məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. «Səhih-Buxari» və «Səhih-Müslim» mənbələrində məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir. Əhməd Əmin Misri deyir: «Səhih-Buxari» və «Səhih-Müslim» hədis kitablarında bu sayaq (məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır....
Buxari və Müslimin məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər İmam Mehdinin (ə.f) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:
a) Dəccalın meydana çıxması – Buxari, xüsusilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmiş və Dəccalın əhvalatını İmam Mehdinin (ə.f) zühuru ilə əlaqələndirmişdir.
b) İsa ibn Məryəm – Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?»


Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər?


Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər? Şiə fiqhində bütün hökmlər Qurana, Peyğəmbərin (s) göstərişi və əməllərinə əsaslanır. Fəqihlər bütün bu bilikləri məsum Əhli-beyt (ə) vasitəsi ilə əldə edirlər. Kimsə öz təsəvvürünə və istəyinə əsasən ibadət ixtira edə bilməz. Şiə fəqihlərinin əlində tüludan qabaq azan vermək barədə heç bir dəlil yoxdur və bu işi bidət, haram sayırlar. Amma sünnilər öz kitablarındakı bəzi rəvayətlərə(Səhih Buxari, Kitabul əzan, bab 13, əl-əzan qəbləl fəcr, hədis 621.) əsaslanaraq, tüludan qabaq azan verir və bildirirlər ki, bu azan obaşdanlığa durmaq, gecə namazı qılmaq, qüsl vermək istəyənləri oyatmaq üçündür.(\"Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.149 və əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, şürutil əzan, səh-314)


Niyə Musa Peyğəmbərin (ə) ümməti 40 il səhrada sərgərdan gəzmişdi?


Niyə Musa Peyğəmbərin (ə) ümməti 40 il səhrada sərgərdan gəzmişdi? Həzrət Musa Peyğəmbər (ə) Bəni-İsraili Misirdən fironun zülmündən xilas edib onları doğma torpağa – Kənan diyarına tərəf istiqamətləndirdi. Bəni-İsrail yolboyu nankorluq edib, Allaha asi olur, Həzrət Musanın (ə) sözündən çıxırdı. Bütün yol boyunca Allah onlara gah mükafat, gah da cəza şəklində öz möcüzələrini göstərirdi. Nəhayət, gəlib Kənan yaxınlığına çatanda gördülər ki, onların torpağını düşmən xalqlardan biri ələ keçirib. Musa Peyğəmbər (ə) öz ümmətinə təklif etdi ki, hücum edib torpaqları düşməndən geri alsınlar. Amma Bəni-İsrail qorxub bundan boyun qaçırdı. Bu zaman Allah nankor qövmü cəzalandırmaq qərarına gəldi, Həzrət Musaya (ə) elan etdi ki, onların Kənan torpağına qədəm basmasına icazə verməyəcək. Ta ki, 40 il müddətində Bəni-İsrail doğma torpağa qədəm basmadan səhrada sərgərdan gəzəcək. Bu müddət ərzində qorxaq nəsil öz əcəli ilə ölüb, yerini təzə nəsil tutacaq. Həmin cəsarətli və igid gənclər Kənan torpağını düşməndən azad edəcəklər. Belə də oldu. 40 il sərgərdanlıqdan sonra Bəni-İsrailin yeni nəsli vəd olunmuş torpaqları düşməndən geri aldı.


Məsumların hədisində \"Nəbə\" surəsini oxumağın hansı faydaları var?


Məsumların hədisində "Nəbə" surəsini oxumağın hansı faydaları var? Nəbə surəsini oxumağın bərkətləri haqda məsumların hədisləri:
1. Allah evinə getmək. İmam Sadiq (ə) buyurur: “Hər kim bir il “Nəbə” surəsini oxumağı davam etdirsə və hər gün onu oxusa o ildən xaric olmaz, məgər o halda ki, Allahın evini ziyarət edər”.
2. Gecə oyaq qalmaq üçün. İmam Sadiq (ə) buyurur: “Hər kim gecə oyaq qalmaq istəyirsə, əgər “Nəbə” surəsini oxuyarsa belə olar. Gecə səfərə çıxmaq istəyən üçün onu oxumaq faydalıdır və oğruların və quldurların şərindən amanda qalar”.


Vəqfin tam mənasini izah edərdiniz?


Vəqfin tam mənasini izah edərdiniz? Vəqf sözünün lüğətdə mənası dayanmaq, dini termində isə, dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pulvə s. Ümumiyyətlə insan iki cür öz mülkünü digərlərinin ixtiyarında qoya bilər:
1-Vəqf etməklə. Yəni öz mülkünü Allah yolunda məscid yaxud hüseyniyyə üçün vəqf edir ki bu halda, heç vaxt onu geri ala bilməz və hər bir dəyişiklik də edə bilməz məsələn onu söküb materialını satsın və basqa işdə işlətsin. Eyniylə məsciddəki kimi ki heç kəs ona əl uzadıb mənimsəyə bilməz və o durduqca məscid kimi qalacaq.
2-İkincisi həbs adlanır. Bu da elə bir növ vəqf etməkdir amma müəyyən bir zaman üçün. Məsələn bir insan öz mülkünü 10 il müddətində hüseyniyyə qərar verir ki, buna dini termində həbs deyilir və təyin olunmuş müddətdən sonra yenidən öz mülküyyətinə qayıdır. Deməli müsəlmanların müəyyən bir yeri olana qədər, insan öz mülkünü Hseyniyyə qərar verə bilər və bu Vəqf deyil həbs adlnaır. Qeyd etməliyik ki, hər ikisinin savabı vardır. Həm vəqfin və həm də həbsin.


İslam dininə görə Digər səmavi dinlərin ardıcılları ilə münasibət necə olmalıdır?


İslam dininə görə Digər səmavi dinlərin ardıcılları ilə münasibət necə olmalıdır? Quranın əqidəsinə əsasən İslam dini Adlah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə biz, digər səmavi dinlərin ardıcılları ilə də, qarşılıqlı anlaşma, təfahumlə birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik
Qurani-kərim buyurur; “Allah sizi din “İslam” üstündə sizinlə vuruşmayan, və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.” (Muhəmməd, 8)
Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqətini və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. Və İslam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız- hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır.
Elə bu səbəbdən də, İslam dinini insanlara məcbur etməklə yox, onun həqiqətini anlatmaqla qəbul etdirmək lazımdır! Qurani-kərimin Bəqərə surəsinin 256-cı ayəsində bu barədə belə buyurulur: “Dində heç bir məcburiyyət yoxdur. Doğru yol azğınlıqdan aydın şəkildə ayrılmışdır.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter