Niyə peyğəmbərlərin (ə) hamısı Şərqdə zühur etmişdir?


Niyə peyğəmbərlərin (ə) hamısı Şərqdə zühur etmişdir? Şərq – peyğəmbərlərin (ə) ən çox zühur etdikləri məkanlar olmuşdur. Bəs bunun səbəbi nədir?
1-O zaman ki, söhbət İlahi risalətdən gedir, insanların istedadlarına və yaşadıqları diyarlara çox diqqət olunur. Təbii ki, Allahın bu işə mütləq agahlığı vardır. Fələstin, Məkkə və Mədinə kimi şəhərlər Allahın dəvətini qəbul etmək istedadına malik olan insanlara malik olmuşdur. Ona görə də Şərq, insan mədəniyyətinin formalaşdığı bir beşikdir.
İmam Əli (ə) buyurur: “Allah qaradərili peyğəmbər məbus etmişdir, baxmayaraq ki, sərgüzəşti Quranda bəyan olmasa da”.
2-Ona görə də deyə bilərik ki, ola bilsin ki, dünyanın Qərb ölkələrində də peyğəmbərlər məbus olmuşdur ki, Quran onlardan xəbər vermir. Lakin mühüm olanı – Allahın bizə göndərdikləri qanunlar və göstərişlərdir. Mühüm olanı budur ki, bu göstərişlərə əməl edək. Harada nazil olması çox da mühüm deyildir.


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq? Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk 11 işlər:
1. Tanıtmaq. İmam Səccad (ə): “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.
2. Təcavüzkarlara qarşı müdafiə. Hədisdə deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.
3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır.
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”.
5. Ədaləti bərpa edər. İmam Rza (ə) buyurur: “O zaman ki, beyət mərasimi sona çatar, Bəni-Şeybə tayfasının sorağına gələr və onların əllərini kəsər. Çünki onlar Allah evinin oğrularıdırlar. Əl və ayaqlarını kəsərək, Məkkədə dolandırar. Carçi car çəkər: “Bunlar Allah evinin oğrularıdırlar”. Həzrət bu işi Qureyş qəbiləsi üçün də yerinə yetirər”...


Yəhudiləri dahiyə çevirən 7 amil hansılardır?


Yəhudiləri dahiyə çevirən 7 amil hansılardır? Psixopedaqoqların fikrincə uşağın inkişafına yəhudilər qədər diqqət ayıran ikinci xalq mövcud deyil. Bunun xeyirli və zərərli tərəfləri olsa da nəticə etibarilə bu uşaqlar gələcəkdə bütün sferalarda olduqca böyük uğurlar qazanırlar.
Diqqətinizə yəhudilərin 7 qızıl tərbiyə qaydasını çatdırırıq.
1. Kompleks yaratmırlar. Yəhudi ana heç bir zaman qışqırmaz, səbirli səslə : “Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər. 2. İnanılmaz sərbəstlik, Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss edilməyəcək şəkildə edilir. 3. Tərifləyirlər, Hətta bizim diqqət yetirməyəcəyimiz olduqca kiçik məqamları da uşağın böyük uğuru kimi göstərib ona təriflər yağdırırlar. 4. Uşağa yalan danışmırlar, Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir. 5. Ailədə sevgi, Yəhudi valieyinlər övladlarının yanında mübahisə edib münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji mühitdə böyüyür. 6. Valideynlik məktəbləri, Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan əvvəl öyrənməyə başlayır. 7. Vaxt bölgüsü, Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı yaşlardan təlqin edirlər. Müxtəlif dərnəklər, məşğələlər , tapşırıqların icrası planlı şəkildə reallaşdırılır.


Lənət etmək bəyənilmir. Amma bəzi insanlara icazəlidir?


Lənət etmək bəyənilmir. Amma bəzi insanlara icazəlidir? Lənət və nifrin bəyənilən əməllərdən deyildir. Lakin Quran bəzi hallarda özü 18 dəstə insanlara lənət oxumuşdur:
1. Kafir olub, küfr halında ölənlər. “Doğrudan da kafir olub, küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).
2. Müşrikləri. “Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!”. (“Fəth” 6).
3. Mürtədləri. “İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər). Allah zalım dəstəni hidayət etməz. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır”. (“Ali-imran” 86-87).
4. Münafiqləri. “Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır”. (“Tövbə” 68)...


İmam Xomeyninin (r) baxışında Həzrət Əli (ə) kim idi?


İmam Xomeyninin (r) baxışında Həzrət Əli (ə) kim idi? Həzrət Rəsuli-Əkrəm və Həzrət Əli (ə) insanların müəllimi idilər. Mələklər qanadlarını Həzrət Əlinin (ə) ayaqları altına sərərdilər, çünki o İslam üçün çalışan, İslamı ucaldan biri idi. Həzrət Əlinin (ə) ləqəblərindən biri \"Zilullah\" idi. Yəni \"Allahın kölgəsi\" deməkdir. Onun bütün hərəkətləri Allahın əmrlərinə uyğun idi. Həzrət Əli (ə) özündə zidd sifətləri birləşdirə bilən nadir şəxsiyyətlərdən idi. Savasçı biri ibadət əhli ola bilməz. Bilək gücünə sahib olmaq istəyən biri zöhd əhli ola bilməz. Gündüzləri orucla, gecələri ibadətlə keçirərdi. Yediyi yemək ancaq çörək və sirkə, və ya çörək və duz idi. Buna baxmayaraq Xeybər qapısını yerindən çıxarıb onlarla metr uzaqlığa atmışdır. Minlərlə İslam düşmənini Allah yolunda gözünü qırpmadan öldürər, amma başqa bir diyarda bir müsəlmanın incidildiyini eşitsəydi, gecələr ağlamaqdan yata bilməzdi. Nəzərimcə İslam Peyğəmbəri (s) ondan başqasını yetişdirməmiş olsaydı belə, bu ona kifayət edərdi. Biz onun barəsində nə tərif deyə bilərik, nə də elmi və irfanı haqqında danışa bilmərik, heç buna gücümüz də çatmaz. Amma bir cümlə demək istəsək, deyə bilərik ki, Həzrət Əli (ə) Allahın qulu idi. Bu onun üçün ən iftixar etdiyi bir şey idi. \"İmam Ruhullah Xomeyni (r)\"


İmam Əli (ə) namazı bərəkətləri haqda nə buyurur?


İmam Əli (ə) namazı bərəkətləri haqda nə buyurur? Namazın çox sayda bərəkətləri vardır. Bu bərəkətləri İmam Əlinin (ə) mübarək dilindən eşidək:
1. Namaz - imanın əlamətidir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz - imanın bayrağı və əlamətidir. Hər kim ürəyini namaza hazır edərsə, həddinə riayət edər mömindir”.
2. Namaz - təkəbbürdən ayrılmaqdır. İmam Əli (ə) buyurur: “Allah təkəbbürdən xilas olmaq üçün namazı, ruzinin cücərməsi üçün isə zəkatı təyin etmişdir”.
3. Namazın başqa işlərə təsiri. İmam buyurur: “Bil ki, hər bir başqa iş öz dəyərində namaza tabedir”.
4. Namaz - rəhmətin nazil olmasıdır. “Əgər namaz qılan bilsəydi ki, Allah Cəlalından onu hansı halət əhatə edir, heç bir zaman başını səcdədən qaldırmağını istəməzdi”.
5. Namaz - günahların islah olmasıdır. “Hər kim namazı haqqına vaqif olaraq yerinə yetirərsə, bağışlanar”.


Günahın insana vurduğu 6 zərbə hansılardır?


Günahın insana vurduğu 6 zərbə hansılardır? Günahın zərbələri:
1. Mərifətə mane olar. İmam Sadiq (ə): “O zaman ki, insan günah edər, qəlbində qara nöqtə peyda olar. Əgər tövbə edərsə, məhv olar və əgər günahını artırarsa, daha da çoxalar – o yerə qədər ki, bütün qəlbini bürüyər”.
2. Duanın yerinə yetməsinə mane olar. “Kumeyl” duasında oxuyuruq: “Allahım, günahlarımı bağışla ki, duanın qarşısını alar”.
3. Hüzuru pozar. İnsan günah işlədən zaman vicdanı onu məzəmmət edər və yerini peşmançılıq alar.
4. Həyaya mane olar. Əxlaqın fəzilətli sifətləri insanı günahdan uzaqlaşdırar və onu kontrol edər. İ İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, pərdələri cırar”.
5. Ömrün uzun olmasına mane olar. Günahın bizim ömrümüzün uzun və qısa olmasına təsiri vardır. İmam Əli (ə) buyurur: “Məhv etməkdə tələsən günahlardan Allaha pənah aparıram”.
6. Nemətin dəyişməsinə səbəb olar. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, nemətlərin dəyişməsinə səbəb olar”.


İnsan xoşbxətliyi üçün Peyğəmbər (s) 6 suala hansı göstərişləri buyurdu?


İnsan xoşbxətliyi üçün Peyğəmbər (s) 6 suala hansı göstərişləri buyurdu? Hz.Əli (ə) buyurur: Bir kişi Hz. Peyğəmbərin (ə) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mənə bir yol göstərin ki, o yol aşağıdakı əməllərə səbəb olsun.
1. Allah məni çox istəsin. 2. İnsanlar məni çox istəsinlər. 3. Mal-dövlətim çox olsun 4. Sağlam olum 5. Ömrüm uzun olsun 6. Allah məni səninlə məhşur etsin.
Allahın Rəsulu (ə)buyurdu: Bu altı hacəti istəyirsənsə, altı xislətə sahib olmalısan.
1. Əgər istəyirsənsə Allah səni çox istəsin, Ondan qorx və günahdan çəkin.
2. Əgər istəyirsənsə insanlar səni çox istəsin, onlara yaxşılıq et, onların əllərində olanlarda tamahın və gözün olmasın.
3. Əgər istəyirsənsə mal dövlətin çox olsun, zəkat ver
4. Əgər istəyirsənsə sağlam olasan, çoxlu sədəqə ver.
5. Əgər istəyirsənsə ömrün uzun olsun, sileyi rəhim et qohum əqrəbayla ged gəl
6. Əgər istəyirsənsə Allah səni mənimlə məhşur etsin, Allaha uzun uzadı səcdə et..Allah bizlərdə bu xususiyyətləri cəm etsin.


Kimlərlə dostluq etməyək? İmam Əlidən (ə) hədis


Kimlərlə dostluq etməyək? İmam Əlidən (ə) hədis İmam Əli (ə) buyurur: 3 şəxslə əsla dostluq etmə: \"Zinakar, xəsis və qorxaq.
1-Zinakar namus bilməz.
2-Xəsis malından keçməz.
3-Qorxaq da dar günündə yanında olmaz!.


Ustad Möhsin Qiraəti nə üçün uşaqlara moizə etmədi?


Ustad Möhsin Qiraəti nə üçün uşaqlara moizə etmədi? Möhsin Qiraəti deyir \"Kənar şəhərlərdən birinə dini təbliğ etməyə getmişdim. Bir gün şəhərin məktəbinə dəvət edildim. Din barədə danışmalı idim. Təyin olunan zaman məktəbə gəldim. Uşaqlar həyətdə həvəslə idman edirdilər. Məktəb direktoru məktəb zəngini çaldırdı. Uşaqları toplayaraq elan etdi ki, uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutub uşaqların hazır olduqlarını bildirdi: buyurun, cənab Qiraəti, uşaqlar sizi dinləyir. Çox fərqli vəziyyət, tamam qəribə vəziyyətlə ilə üz-üzə qalmışdım, içimdə qərarımı verdim. Boğazımı arıtlayıb, çox qısa olaraq bunu dedim: «Bismillahir-rəhmanir-rəhim. Əziz uşaqlar, dinimiz idman etməyi çox bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam! Gedin idmanınızla məşğul olun». Uşaqlar dağılışandan sonra məktəb direktoru gileylənməyə başladı: — Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz. Razılaşmadığımı bildirdim: — Siz heç bilirsiz nə edirsiniz?! Uşaqları idmandan ayıraraq zorla söhbətlərimə qulaq asdırmaqla, siz ta Qiyamət gününədək bu uşaqlarda din alimlərinə qarşı az qala nifrət oyadacaqdınız. Təsəvvür edin, indi mən əgər fürsəti qənimət sayıb (?!) uzun-uzadı din barədə danışsaydım, bilirsiz nə olacaqdı?! Onlar harda din alimi görsəydilər deyəcəkdilər ki, bunlar idmanla düşməndir. Ustad əlavə edir: Elə bu barədə danışırdıq ki, uşaqlar mənə yaxınlaşaraq soruşdular: — Siz axşamlar hansı məsciddə olursunuz? Məscidin ünvanını verdim. Axşam o uşaqların hamısı məsciddə idi\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter