İslamda dəyərli gün hesab olunan cümə gününün xüsusi namazı vardırmı?


İslamda dəyərli gün hesab olunan cümə gününün xüsusi namazı vardırmı? Həzrət İmam Həsən Əskəri(ə.s) buyurmuşdur: \"Hər kəs həftənin Cümə günündə dörd rükət namaz qılsa və onun hər bir rükətində \"Həmd\" , \"Mulk\" və \"Fussilət\" surələrini oxusa, mütəal Allah onu cənnətə daxil edər, onun öz ailəsinə şəfaət verməsini qəbul edər, qəbir əzabından və Qiyamətin günün qorxulu, vəhşətli hadisələrindən amanda saxlayar\".
Ravi İmam Həsən Əsgəri(ə.s)soruşdu: \"Bu namazları günün hansı vaxtlarında qılaq\"? Həzrət (ə.s) Buyurdu : \"Gün çıxandan batana qədər olan fasilədə\".


Mərhum Behcətin Həzrət Adəm haqqında nəql etdiyi əhvalat hansı tapşırığı öyrədir?


Mərhum Behcətin Həzrət Adəm haqqında nəql etdiyi əhvalat hansı tapşırığı öyrədir? Bildiyiniz kimi Həzrət Adəm (ə.s) 200 ildən çox yaşamışdır. Çoxlu övladları var idi. Övladları onun hüzurunda çox səs-küy edirdilər. O isə sakit duraraq heç bir söz demirdi.
Bir dəfə övladlarından biri təəccüb edərək dedi: Biz bu qədər səs-küy salırıq,sakit durmuruq,dinc oturmuruq,atamız isə sakit durub danışmır elə hey baxır.Soruşurlar: Ata bəs siz bizim bu oyunlarımıza,səs-küyümüzə bir şey demirsiniz? Həzrət Adəm (ə.s) onlara buyurdu: Həzrət Cəbrail (ə.s) bizi yer üzünə gətirdikdə belə buyurdu: Əgər Behiştdəki əvvəlki məqamınıza qayıtmaq və çatmaq istəyirsinizsə, az danışın. \"Ayətullah Behçət (r.a)\"


Ayətullah Mərəşi Nəcəfi ölümündən öncə oğluna hansı tövsiyələri etdi?


Ayətullah Mərəşi Nəcəfi ölümündən öncə oğluna hansı tövsiyələri etdi? Alim və arif Ayətullah Mərəşi Nəcəfinin arifanə vəsiyyətnaməsindən (bir hissə)
✔ Ona (böyük oğluma) vəsiyyət edirəm ki, həmişə təharətli və dəstəmazlı olsun. Çünki bunun özü mənəvi nuraniliyə, qəm və kədərlərin aradan qalxmasına səbəb olur.
✔ Vəsiyyət edirəm ona davamlı surətdə rükunun zikrindən sonra, xüsusən də sonuncu rükuda bu duanı oxumağı: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və tərəhhəm əla əczina və əğsina bihəqqihim”.
✔ Camieyi-kəbirə ziyarətini davamlı olaraq oxumağı vəsiyyət edirəm. Həftədə bir dəfə də olsa, oxuyun.
✔ Vəsiyyət edirəm nənəmiz Zəhrayi-Bətulun (ruhum ona fəda olsun) təsbihatını davamlı surətdə zikr etməyi.
✔ Təkidlə vəsiyyət edirəm gecə namazını və gecələr istiğfar etməyi...


Ustad Füruği qiyamət üçün hazırlıq haqda hansı tövsiyələri verir?


Ustad Füruği qiyamət üçün hazırlıq haqda hansı tövsiyələri verir? Ustad Füruği Ağa: İnsanlar iki dəstədirlər: Biriləri dünyadan köçənlər, digərləri isə dünyaya gələnlər. Gedənlər də Allahın əlindədir, Gələnlər də Allahın əlindədir.
Daima O (Allah), mütləq padişahdır. Nə getmək bizim öz əlimizdədir, nə də gəlmək. Hamısı Allahın əlindədir. Mömin gərək hər an səfərə hazır olsun. Camaat! Qəlblərinizi tabutdan əvvəl, Allahın məhzərinə (hüzuruna) göndərin. Elə etməyin ki, tabutlarınızı və cəsədlərinizi aparsınlar, amma qəlbləriniz dünyada qalsın. Fərqi yoxdur insan cavan yaşında ölür, yoxsa qoca yaşında. Əsas məqsəd budur ki, qəlbimiz tabutdan əvvəl Allahın məhzərinə yetişə.


Necə oldu Həzrət Əli (ə) Ümmül-Bəninlə ailə qurdu?


Necə oldu Həzrət Əli (ə) Ümmül-Bəninlə ailə qurdu? Xanım Zəhranın (s.ə) vəfatından sonra Həzrət Əli (ə) ərəb arasında nəsilşünas kimi məşhur olan qardaşı Əqildən xahiş etdi ki, şücaətli bir qəbilədən ona həyat yoldaşı tapsın. Əqil çox götür-qoy etdikdən sonra Hizam ibn Xalidin qızı Ümmül-Bənin üçün elçiliyə getdi. Hizam bu gözlənilməz təklifə etirazla dedi: Bədəvi bir qadın öz bədəvi mədəniyyəti ilə Əmirəlmömininə layiq dayil... Əqilin təkidlərindən sonra arvadı və qızı ilə məsləhətləşmək üçün vaxt istədi. Onlarla görüşdükdən sonra xəbər tutdu ki, qızı yuxu görüb...
Ümmül-Bənin yuxusunu belə nəql etmişdi: Özümü gül-çiçəkli, mer-meyvəli bir bağda gördüm. Dümduru çaylar axırdı. Mən göydə ay və ulduzlara baxıb sütunsuz səma barədə düşünürdüm ki, ay sanki göydən qırılıb ətəyimə endi. Onun nuru göz qamaşdırırdı. Mən heyrətdə olduğum an dörd parlaq ulduz ayın arxasınca ətəyimə endi...
Sonradan dörd şəhid verəcək ananın yuxusu... Vilayet.info


Uğurlu evlilik üçün diqqət olunası 25 qayda hansılardır?


Uğurlu evlilik üçün diqqət olunası 25 qayda hansılardır? Xoşbəxt ailə olmaq üçün lazım olan 25 qanun:
1.Ailə həyatında ziddiyyətlə qarşılaşdıqda bunu faciə kimi qəbul etməyin. Çünki heç bir insan səhvsiz deyil.
2. Qərarları qəbul edərkən ağıl və məntiqinizdən yararlanın və ya mütəxəssislə məsləhətləşin.
3. Həyatınıza dair qərarları siz özünüz verin və başqalarının bu barədə nə düşünəcəyi iradənizdə tərəddüd yaratmasın.
4. Həyatınızın yaxşı və ya pis olması sizin onu necə idarə etmənizdən asılı olduğu üçün onu sağlam üsulla idarə edin.
5. Qərarları qəbul etməmişdən öncə həyat yoldaşınızın da fikrini öyrənin.
6. İmkan daxilində həyat yoldaşınızı öz məşğuliyyətlərinizə şərik edin.
7. Həyat yoldaşınız haqda daima sağlam qeydləriniz olsun və ondan yersiz səhv tutmayın.
8. Ailəvi gəzintilərə xüsusi vaxt ayırın.
9. Qayğılarınızın çoxluğu özünüzə diqqət yetirməməyinizə səbəb olmasın...


Quran ayəsinə görə təvazökarlığın iki əlaməti nələrdir?


Quran ayəsinə görə təvazökarlığın iki əlaməti nələrdir? Təvazokarliq; Qurani-kərim 25-ci Furqan surəsinin 63-cü ayəsində buyurur:

وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

\"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.\"


Kimə dörd şey verilmişsə, dörd şey daha verilmişdir!!!


Kimə dörd şey verilmişsə, dörd şey daha verilmişdir!!! İbn Məsud (r) rəvayət edir: Rəsulullah (s buyurdu:\"Kimə dörd şey verilmişsə, ona dörd şey daha verilmiş deməkdir\". Sonra da bu sözünü Qurandan ayələrlə açıqladı. Belə buyurdu:
1) \"Kimə Allahı zikr etmə nəsib edilmişsə, Allah da onu xatırlayar. Çünki Allah Quranda, \"Siz Məni yad edin ki, Mən də sizi yad edim!\'\' (Bəqərə 2/152) buyurur.
2) \"Kimə dua etmək nəsib edilmişsə, ona cavab veriləcək. Çünki Allah Quranda, “Mənə dua edin, Mən də sizə cavab verim\" (Ğafir 40/60) buyurur.
3) \"Kimə verilən nemətlərə şükr etmək nəsib edilmişsə,ona daha çoxu veriləcək deməkdir. Çünki Allah Quranda, \"Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram\" (İbrahim 14/7) buyurur.
4) \"Kimə istiğfar etmək nəsib edilmişsə, o bağışlanacaq deməkdir. Çünki Allah Quranda, \"Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!\" (Nuh 71/10) buyurur [Əl-Təbərani,əl-Mucəmus əs-Sağir 703]


Gecə namazı insana qorxmazlıq verməklə əlavə nə bağışlayar?! Hekayə.


Gecə namazı insana qorxmazlıq verməklə əlavə nə bağışlayar?! Hekayə. İmam Zahbinin “Seyr aləm un Nubalə” adlı əsərində belə bir hikayə var. Deyir ki, bir neçə nəfər gecə səyahətinə çıxmışdı. Onlar bir dərəyə gəldilər və orada ağaclar var idi. Onlar yatmağa hazırlaşırdılar. Onlar hazırlaşdığı anda qəfildən bir şir peyda oldu. Onlar sığınacaq üçün yaxında olan bir ağaca dırmaşdılar. Amma onlardan biri artıq gecə namazına başlamışdı. Qiyam etmiş və gecə namazının zikrləri ilə məşğul idi. (şirin gəlişindən xəbəri olmadı belə). Şir gəldi, amma namaz qılan adam hərəkət etmədi. Namaza davam etdi. Şir ətrafında dolandı və arxasını həmin adama döndü. Və o getdi. O biri adamlar yerə endilər və dedilər: “Sən dəlisən?!”.
Üzr istəyirəm ardını öz sözlərimlə davam edəcəm. Onlar dedilər: “Şir burdaydı və sən də tərpənmədin!” O dedi: “Allahın hüzurunda dayanmışdım, başqa bir şeydən qorxmağa utandım. Allahın hüzurunda dayananda Onun yaratdığı bir şeydən qorxmağa utandım!. Nə dərəcədə yüksək konsentrasiyadır?! “Axirət intizarı kanalından”
Qeyd: Belə bir addımı görmək üçün güclü iman və ixlaslı əmələ ehtiyac var.


Həzrət Abbasın (ə) anası Ümmül-Bənin nə üçün Kərbəlada iştirak etmədi?


Həzrət Abbasın (ə) anası Ümmül-Bənin nə üçün Kərbəlada iştirak etmədi? -H. Ümmül-Bənin İ. Əlinin (ə) xanımı və H. Abbasın (ə) anası şiə məktəbində İmamət məqamına sadiq və vəfalı qalan şəxsiyyətlərdəndir. Ümmül-Bəninin uca məqamı haqqında O xanımın H. Zeynəbin əsirlikdən Mədinəyə qayıtdığı zaman olan danışığıdır. H. Zeynəb (ə) Qəmli karvanla Mədinəyə qayıdanda Ümmül-Bənin ondan soruşdu ki, Hüseynim haradadır? Cavabında İmamın şəhadətə çatdığı xəbərini eşitdi. Ümmül-Bənin belə buyurdu: \"Ey Kaş! Bütün övladlarım Hüseynə fəda olaydı, Yer üzündə hər nə varsa fani olaydı amma Hüseyn diri qalardı.\"
-İmam Əli (ə) Ümmül Bəninlə evlənməsi dastanı bu cürə olub ki, Əli (ə) böyük qardaşı olan Əqillə məsləhətləşdi ki Fatimənin şəhadətindən sonra kiminlə evlənə bilər. Çünki İmamın qardaşı ərəb tayfalarını tanımaqda sayılı şəxsiyyətlərdən idi. İmam (ə) qardaşının məsləhəti ilə Kəlabiyyə tayfasından olan Fatimə adlı xanımla evləndi.
-Həzrət Abbasın anası adının çağırılmasında başqa ləqəblə çağırılmasını xahiş etdi. İstəyinin səbəbi bu idi ki, Həsəneyn (ə) Fatimə adını eşitməklə ana qəmləri təzələnməsin. İmam (ə) da bu xanımı Ümmül Bənin övladlar anası olaraq çağırardı. H. Ümmül-Bəninin 4 oğlu oldu: Abbas, Abdullah, Cəfər və Osman ki Kərbəla şəhidləri olaraq tarixə düşdülər.
-Amma sualımızın cavabı ki, nə üçün Ümmül-Bənin Kərbəlada iştirak etmədi? Bu məsələ haqda cavab vermək üçün tarixi sənədli cavab tapmaq olmur. Ümmül Bəninin kərbəlaya gəlməməsi iki haldan xaric deyil: 1-Hansısa məsləhətə görə Mədinədə qalması onun getməməsinə mane oldu. 2-Və ya İmam Hüseynin (ə) əmri ilə bu addımı atmışdır ki, övladlarının şəhidliyini görüb anaları dərd çəkməsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter